Azərbaycan Respublikası Milli Məclisi komitələrinin sədrlərinin
seçilməsi haqqında
Azərbaycan Respublikası Milli Məclisinin Qərarı
Azərbaycan Respublikasının Milli
Məclisi qərara alır:
Azərbaycan Respublikası Milli
Məclisinin deputatları
aşağıdakı komitələrin
sədrləri seçilsinlər:
Əli Məhəmməd oğlu
Hüseynli - Hüquq siyasəti və dövlət quruculuğu komitəsi;
Ziyafət Abbas oğlu Əsgərov - Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi;
Zahid Məhərrəm oğlu Oruc - İnsan hüquqları komitəsi;
Sadiq
Haqverdi oğlu Qurbanov - Təbii ehtiyatlar, energetika və
ekologiya komitəsi;
Tahir Famil oğlu Mirkişili - İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi;
Tahir Musa oğlu Rzayev - Aqrar siyasət komitəsi;
Musa İsa oğlu Quliyev - Əmək və sosial siyasət komitəsi;
Əhliman Tapdıq oğlu Əmiraslanov - Səhiyyə komitəsi;
Hicran Kamran qızı Hüseynova - Ailə, qadın və uşaq məsələləri komitəsi;
Adil Abış oğlu Əliyev - Gənclər və idman komitəsi;
Fəzail Feyruz oğlu İbrahimli - İctimai birliklər və dini qurumlar komitəsi;
Siyavuş Dünyamalı oğlu Novruzov - Regional məsələlər komitəsi;
Bəxtiyar Həmzə oğlu Əliyev - Elm və təhsil komitəsi;
Qənirə Ələsgər qızı Paşayeva - Mədəniyyət komitəsi;
Səməd
İsmayıl oğlu Seyidov - Beynəlxalq münasibətlər
və parlamentlərarası əlaqələr komitəsi.
Azərbaycan Respublikası Milli
Məclisinin Sədri S.Qafarova
Bakı şəhəri, 10 mart 2020-ci il.
Azərbaycan.-2020.- 11 mart.- S.1.