Azərbaycan
Respublikasının Dövlət Sərhəd Xidməti ilə
Bolqarıstan Respublikasının Daxili
İşlər Nazirliyi arasında sərhəd
məsələləri üzrə əməkdaşlıq
haqqında Sazişin təsdiq edilməsi
barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan
Respublikasının Dövlət Sərhəd Xidməti ilə
Bolqarıstan Respublikasının Daxili İşlər Nazirliyi
arasında sərhəd məsələləri üzrə əməkdaşlıq
haqqında 2019-cu il noyabrın 21-də Bakı şəhərində
imzalanmış Saziş təsdiq edilsin.
2. Bu
Fərmanın 1-ci hissəsində göstərilən
Saziş qüvvəyə mindikdən sonra Azərbaycan
Respublikasının Dövlət Sərhəd Xidməti onun
müddəalarının həyata keçirilməsini təmin
etsin.
3. Azərbaycan
Respublikasının Xarici İşlər Nazirliyi Sazişin
qüvvəyə minməsi üçün zəruri olan
dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə
Bolqarıstan Respublikası Hökumətinə bildiriş
göndərsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
10 mart 2020-ci il
Azərbaycan.-2020.-
11 mart.- S.5.