İstanbul Texnik Universitetinin rektoru Bakı Ali Neft Məktəbində olub
Bakı
Ali Neft Məktəbinin
mətbuat xidmətinin
verdiyi məlumata görə, BANM-ın rektoru Elmar Qasımovun
dəvəti ilə İstanbul Texnik Universitetinin (İTU) rektoru,
professor Mehmet Karacanın
rəhbərlik etdiyi nümayəndə heyəti
Bakıda səfərdə
olub.
Səfər çərçivəsində Bakı Ali Neft Məktəbinin rəhbərliyi
və professor-müəllim
heyəti ilə işgüzar görüşlər
keçirilib, SOCAR-ın
Kadr, Rejim və İnformasiya texnologiyaları üzrə
vitse-prezidenti Xalik Məmmədovla gələcək
əməkdaşlıq məsələləri
müzakirə olunub.
Bakı
Ali Neft Məktəbinin
əsas tədris korpusunu ziyarət edən qonaqlar burada yaradılan şəraitlə yaxından
tanış olublar. Onlara elmi-tədqiqat laboratoriyalarının,
kitabxananın, idman və fitnes zallarının, tələbə
evinin fəaliyyəti
barədə ətraflı
məlumat verilib.
Rektor Elmar Qasımovla görüş
zamanı BANM ilə
İTU arasında müxtəlif
istiqamətlərdə əməkdaşlıq
perspektivləri barədə
fikir mübadiləsi aparılıb. Eyni zamanda BANM-da
yaradılması nəzərdə
tutulan kompüter mühəndisliyi ixtisası
üzrə İTU-nun təcrübəsinin
öyrənilməsi, birgə
akademik proqramların həyata keçirilməsi,
professor-müəllim heyəti
və tələbə
mübadiləsi, ikili
diplom, birgə innovasiya layihələrinin
reallaşdırılması məsələləri müzakirə
edilib.
Elmar Qasımov
İstanbul Texnik Universitetinin mühəndislik
sahəsindəki çoxillik
effektiv fəaliyyətinin
BANM üçün uğurlu
təcrübə olacağını
bildirib. O, bu baxımdan ikitərəfli
əməkdaşlığın daha geniş müstəvidə davam etdirilməsinin vacibliyini bildirib. E.Qasımov gənc Ali Məktəb
olmasına baxmayaraq,
BANM-ın mühəndislik
sahəsində yüksək
ixtisaslı peşəkar
mühəndis kadrların
yetişdirilməsində lider
mövqeyini qoruyub saxladığını vurğulayıb.
Rektor ölkənin ən intellektual potensiallı gənclərin də BANM-da təhsil aldığını qonaqların
diqqətinə çatdırıb.
İTU rektoru, professor Mehmet Karaca isə öz növbəsində
rəhbərlik etdiyi universitet barədə geniş məlumat verərək 150 illik tarixi olan İTU-nun nüfuzlu məzunlarından,
xarici əlaqələrindən,
beynəlxalq reytinq cədvəllərindəki mövqeyindən
danışıb. O, BANM ilə
əlaqələrin genişlənməsinə
maraqlı olduğunu qeyd edərək bu görüşü gələcək əməkdaşlığın
yeni mərhələsi
kimi qiymətləndirib.
Daha sonra
BANM ilə İTU arasında
əməkdaşlığa dair memorandum imzalanıb. Eyni zamanda
BANM-ın Erasmus+ və
Beynəlxalq Proqramlar Ofisi ilə İTU arasında "Mevlana” Mübadilə Proqramı çərçivəsində əməkdaşlığa dair
də müqavilə imzalanıb.
Qeyd edək ki, sözügedən
proqramın məqsədi
Türkiyə Cümhuriyyətinin
ali təhsil
müəssisələri ilə
digər ölkələrin
ali təhsil müəssisələri arasında
tələbə və
akademik heyətin mübadiləsini həyata
keçirməkdən ibarətdir.
Sonda
Elmar Qasımov İTU rektoru Mehmet Karacaya BANM-ın "Fəxri
qonaq” plaketini təqdim edib.
Azərbaycan.-2020.- 11 mart.- S.6.