Dövlət
proqramlarının icrası regionların inkişafında
başlıca rol oynayır
Regionların sosial-itisadi inkişafı Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrası nəticəsində Göygöl rayonunun iqtisadiyyatı da inkişaf edir. Təkcə keçən il rayonda 11 istehsal obyekti istifadəyə verilmiş, iqtisadiyyatın əsas sahələrində istehsal edilən məhsul və xidmətlərin ümumi həcmi 208 milyon manatdan çox olmuşdur.
Rayonda sahibkarlığın inkişafına yaradılmış münbit şərait sayəsində hüquqi şəxslərin sayı 596-ya çatmışdır. Ötən il 24 iş adamına 1 milyon 532 min manat güzəştli kredit verilmiş, 79 yeni iş yeri yaradılmışdır.
İqtisadiyyat yüksəldikcə abadlıq və quruculuq işlərinin həcmi də genişlənir. Keçən il rayon statistika idarəsi üçün yeni inzibati bina istifadəyə verilmiş, məcburi köçkünlərin yaşayış şəraitini yaxşılaşdırmaq üçün 130 mənzillik 5 mərtəbəli 3 binanın tikintisi başa çatdırılmışdır. Hazırda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Göygöl rayon şöbəsi üçün inzibati binada və "Qafqaz” hotelində tikinti işləri davam etdirilir.
Yol infrastrukturunda
da bir sıra
yeniliklər edilmişdir. Toğanalı,
Əzgilli, Nadil, Zurnabad avtomobil yollarında, Çaykənd,
Qarabulaq, Quşçu,
Quşqara kənddaxili
yollarda təmir işləri aparılmış,
8 yaşayış məntəqəsini
birləşdirən, 42,3 kilometrlik
Gəncə-Kəlbəcər-Laçın
avtomobil yolunun yenidən qurulmasına başlanılmışdır.
Aqrar sahəyə
göstərilən dövlət
qayğısı sayəsində
kənd təsərrüfatı
məhsulları istehsalı
da nəzərəçarpacaq
dərəcədə artmışdır. Keçən
il rayonda
14946 ton buğda, 5854 ton arpa
istehsal edilmişdir.
Rayonda kənd təsərrüfatı
təyinatlı torpaqlardan,
xüsusilə də
pay torpaqlarından təyinatı
üzrə səmərəli
istifadə olunmasına
nəzarət artırılmış,
torpaqların təyinatının
dəyişdirilərək tikililər aparılmaması
və digər məqsədlər üçün
istifadəyə qarşı
mübarizə gücləndirilmişdir.
Əvvəlki illərdə olduğu
kimi, keçən il də
fermerlər dövlət
yardımlarından layiqincə
yararlanmışlar. 1530 nəfər toxum və kənd təsərrüfatı məhsulları
istehsalçılarına dövlət
büdcəsindən 728 min 263 manat subsidiya və yardım ödənilmişdir. 730 kənd
təsərrüfatı məhsulları
istehsalçısına 70 faiz güzəştlə
1326 ton mineral gübrə, 3973 litr kimyəvi preparat satılmışdır.
Heyvandarlar da uğurlarını ildən-ilə artırırlar. Hazırda rayonda
324 baş cins heyvan bəslənilir.
Süni yolla mayalandırılmış 1136 baş inəkdən 432 baş cins bala
alınmış, heyvan
sahiblərinə ümumilikdə
42 min 900 manat məbləğində
subsidiya ödənilmişdir.
Mal-qaranın artımı
hesabına keçən
il əvvəlki illə müqayisədə
süd istehsalı 213
ton, ət istehsalı
isə 14,8 ton çox olmuşdur.
Əkin sahələrini suvarma suyu ilə təminatda
yaranan çətinlikləri
aradan qaldırmaq üçün də bir sıra məqsədyönlü
işlər həyata
keçirilir. Əkin sahələrinin suvarılmasında
istifadə edilən subartezian quyularının
248-də cari, üçündə
əsaslı təmir
işləri aparılmış,
Yeni Qızılca kəndində iki, Balçılı, Qırıxlı,
Xaqani, Quşqara və Səmədli kəndlərinin hərəsində
bir subartezian quyusu istifadəyə verilmişdir.
Əhalinin təbii qaz təchizatını daha da yaxşılaşdırmaq məqsədilə Göygöl şəhərinin A.Şəmşir küçəsində, Üçtəpə, Nadil kəndlərində və Qızılqaya qəsəbəsində köhnə borular yenisi ilə əvəz edilmişdir. Aşağı Zurnabad qəsəbəsinin qazlaşdırılması üçün daşıyıcı və paylayıcı qaz xətləri çəkilmiş, mənzillərə qaz sayğacı quraşdırılmışdır. Hazırda bu iş davam etdirilir.
Sabir ƏLİYEV
Azərbaycan.-2020.- 11 mart.- S.7.