Hacı Zeynalabdin
Tağıyevin abidəsinin ucaldılması haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan neft sənayesinin təşəkkülündə mühüm xidmətləri olmuş böyük xeyriyyəçi, maarifpərvər və ictimai xadim Hacı Zeynalabdin Tağıyevin xatirəsinin əbədiləşdirilməsi məqsədilə Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1.
Bakı şəhərində böyük xeyriyyəçi
və ictimai xadim Hacı Zeynalabdin Tağıyevin abidəsi
ucaldılsın.
2.
Bakı Şəhər İcra Hakimiyyəti Azərbaycan
Respublikasının Mədəniyyət Nazirliyi ilə birlikdə
Hacı Zeynalabdin Tağıyevin abidəsinin ucaldılması
ilə bağlı tədbirlərin həyata keçirilməsini
təmin etsin.
3. Azərbaycan
Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli
gələn məsələləri həll etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
11 mart 2020-ci il
Azərbaycan.-2020.-
12 mart.- S.1.