Xalqlarımız arasında
qardaşlıq münasibətlərinin çoxəsrlik tarixi var
Ölkələrimiz daim bir-birilərinin təşəbbüslərinə
dəstək göstərirlər
Martın 11-də rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov ilə təkbətək görüşü olub.
AZƏRTAC xəbər verir
ki, Türkmənistan Prezidenti
Qurbanqulu Berdiməhəmmədovu salamlayan Azərbaycan
Prezidenti İlham
ƏLİYEV dedi:
-Hörmətli cənab Prezident, əziz Qurbanqulu Məlikquliyeviç.
Sizi yenidən Azərbaycan
torpağında görməyə çox
şadam. Bizim
görüşlərimiz mütəmadi xarakter
daşıyır. Biz bu
görüşlərdə çox mühüm məsələlərə dair qərarlar qəbul edirik.
Xalqlarımız arasında qardaşlıq münasibətlərinin
çoxəsrlik tarixi var.
Bu, dostluğun,
qardaşlığın, qarşılıqlı dəstəyin
tarixidir. Biz həmişə
bir-birimizi dəstəkləmişik, bir-birimizin uğurlarına həmişə sevinmişik. Bu gün biz iki
müstəqil dövlət olaraq fəal
surətdə öz gələcəyimizi
qururuq.
Sizi və qardaş türkmən xalqını müstəqillik dövründə qazandığınız böyük nailiyyətlər, Türkmənistanın hərtərəfli inkişafı, beynəlxalq arenada fəal mövqeyi, çoxsaylı mühüm sosial-iqtisadi məsələlərin həlli münasibətilə təbrik etmək istərdim. Biz də, dostlarınız, qardaşlarınız kimi sizin uğurlarınıza sevinirik. Sizin bugünkü səfəriniz bizim siyasi, iqtisadi, nəqliyyat, humanitar əməkdaşlıq sahələrini əhatə edən çox geniş gündəliyə dair fəal dialoqumuzun davamıdır. Sizin görüşünüzə hazırlaşarkən mən bizim əməkdaşlığımıza dair informasiya ilə bir daha tanış oldum. Biz çox müsbət dinamika müşahidə edirik. Bu, bizi sevindirir. Çünki bu gün, dünyada iqtisadi-maliyyə sahəsində hələ boşluqların olduğu bir dövrdə bizim aramızda iqtisadi-ticari münasibətlər inkişaf edir, əmtəə dövriyyəsi artır. Biz öz regionumuzda - Xəzər, Mərkəzi Asiya və Qafqaz regionunda çox mühüm məsələləri həll edirik. Buna görə əminəm ki, ölkəmizə budəfəki rəsmi səfəriniz səmərəli, məhsuldar olacaq və yaxşı nəticələr verəcək. Bir daha xoş gəlmisiniz. Azərbaycanda vaxtınızın xoş keçməsini arzu edirəm.
Türkmənistan Prezidenti Qurbanqulu
BERDİMƏHƏMMƏDOV dedi:
-Təşəkkür edirəm,
İlham Heydər oğlu. İcazə verin, dəvətə
və nümayəndə
heyətimizi qəbul etdiyinizə görə Sizə minnətdarlığımı
bildirim.
Biz Sizin qonaqpərvərliyinizi,
səmimiyyətinizi hiss edirik. Biz Sizə minnətdarıq.
Əlbəttə, biz bu rəsmi
səfərə çox
böyük əhəmiyyət
veririk. Bu səfər bizim dövlətlərarası dialoq
kontekstində keçir
və beynəlxalq, siyasi, iqtisadi, mədəni-humanitar sahələrə
aid məsələlərin birgə müzakirələrinin
davamıdır. Düşünürəm ki, bugünkü görüşümüz, danışıqlarımız
da dostluq münasibətlərimizin möhkəmlənməsinə
yaxşı təkan verəcək. Türkmənistan-Azərbaycan dostluq münasibətlərinə
verdiyiniz şəxsi töhfəyə görə
də Sizə təşəkkür etmək
istərdim.
Sizə
ali dövləti fəaliyyətinizdə böyük
uğurlar və ən başlıcası, Sizin şəxsinizdə
bizim qardaşlarımıza, Azərbaycan xalqına rifah,
firavanlıq arzu etmək istəyirəm. Bir daha dəvətə
görə sağ olun.
Azərbaycan.-2020.- 12 mart.- S.2.