Səfər başa
çatdı
Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun
Azərbaycana rəsmi səfəri
Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun Azərbaycan Respublikasına rəsmi səfəri martın 11-də başa çatıb.
AZƏRTAC
xəbər verir ki, hər iki ölkənin dövlət
bayraqlarının dalğalandığı Heydər
Əliyev Beynəlxalq Aeroportunda Türkmənistan Prezidentinin
şərəfinə fəxri qarovul dəstəsi
düzülmüşdü.
Prezident
Qurbanqulu Berdiməhəmmədovu Azərbaycan Respublikası
Baş Nazirinin birinci müavini Yaqub Eyyubov, Xarici İşlər
nazirinin müavini Xələf Xələfov və digər rəsmi
şəxslər yola saldılar.
Azərbaycan.-2020.- 12 mart.- S.4.