Bakıda “Voleybol üçün daha bir gün”
devizi altında
festival təşkil olunub
Avropa Voleybol Konfederasiyası
(CEV) dörd ildən bir təsadüf etdiyimiz fevralın 29-da
"Voleybol üçün
daha bir gün” devizi altında festival təşkil
edir. Azərbaycan Voleybol Federasiyası
(AVF) da bu gün münasibətilə
festival keçirib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan
Voleybol Mərkəzində
təşkil olunan festivalda əvvəlcə
Azərbaycan Respublikasının
Dövlət himni səsləndirilib.
Gənclər və İdman nazirinin müavini İsmayıl İsmayılov
tədbirdə çıxış
edərək voleybol günü münasibətilə
təbriklərini çatdırıb. Voleybolun
ölkəmizdə populyar
idman növü olduğunu və sürətlə inkişaf
etdiyini vurğulayan nazir müavini deyib: "Əminəm ki, bu yüksəliş
davam edəcək. Dövlət
başçısı İlham
Əliyevin apardığı
uğurlu idman siyasətinin nəticəsidir
ki, bu gün
Azərbaycanda voleybolun
inkişafı üçün
hər cür şərait yaradılıb.
Nəinki paytaxt Bakıda,
regionlarda da böyük idman tədbirləri keçirilir.
Hər il
dünyanın 60-dək ən
möhtəşəm idman
tədbiri Azərbaycanda
təşkil olunur. Prezident İlham Əliyevin idmana yüksək diqqət və qayğısı nəticəsində ali idman qurumları irimiqyaslı tədbirlərin təşkilini
ölkəmizə həvalə
edirlər”.
Fevralın 29-nun Azərbaycan voleybolu
üçün xüsusi
gün olduğunu söyləyən AVF-nin birinci vitse-prezidenti Faiq Qarayev ölkəmizdə
idmanın bu növünün böyük
tarixə malik olduğunu vurğulayıb:
"Bizim böyük
idmançılarımız olublar. Həyatda olmayanlara Allahdan
rəhmət diləyirik.
Voleybolumuzun bu yerə çatmasında onların
böyük rolu var.
Bu gün bütün
insanlar çalışırlar
ki, voleybol daha yüksək yerlərə qalxsın.
Federasiyanın prezidenti adından
hər kəsə təşəkkür edirəm,
voleybolu sevənlərə,
xalqımıza cansağlığı
arzulayıram”.
Qadın voleybolçulardan ibarət
Azərbaycan millisinin üzvü Şəfaqət
Alışanova bu bayramın ölkəmizdə
qeyd olunmasına sevindiyini bildirib, voleybolçular adından
dövlət başçısı
İlham Əliyevə,
AVF-nin prezidenti Cavid Qurbanova təşəkkürünü bildirib. O, Azərbaycan voleybolunu
dünyada tanıdan, hamıya sevdirən Faiq Qarayevə də minnətdarlıq edib.
Daha sonra konsert proqramı olub.
Proqram başa
çatdıqdan sonra
istedadlı voleybolçuların
seçimi olub.
Qeyd
edək ki, Avropada bu gün ilk dəfə 2016-cı ildə
qeyd edilib. Həmin gün
CEV-nin tərkibində olan
federasiyalar müxtəlif tədbirlər,
peşəkar, həvəskar voleybolçular
üçün matçlar
keçiriblər. Ən maraqlısı isə odur ki, keçirilən matçlarda setlər günün
şərəfinə 25-dən yox, 29 xaldan hesablanıb.
Azərbaycan.-2020.- 1 mart.- S.8.