Ağdaş və Göyçay rayonlarında yaşayış
məntəqələrinin qazlaşdırılması ilə
bağlı əlavə tədbirlər haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1.
Ağdaş və Göyçay rayonlarında ərazi vahidlərinin,
o cümlədən yeni yaşayış massivlərinin
(siyahı əlavə olunur) qazlaşdırılması
işlərinin davam etdirilməsi məqsədilə "Azərbaycan
Respublikasının 2020-ci il dövlət büdcəsində
dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri)
üçün nəzərdə tutulan vəsaitin
bölgüsü”nün 1.11.1-ci yarımbəndində
göstərilmiş məbləğin 11,97 milyon (on bir milyon
doqquz yüz yetmiş min) manatı Azərbaycan
Respublikasının Dövlət Neft Şirkətinə
ayrılsın.
2. Azərbaycan
Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın
1-ci hissəsində göstərilən məbləğdə
maliyyələşməni təmin etsin.
3. Azərbaycan
Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli
gələn məsələləri həll etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
12 mart 2020-ci il
Azərbaycan.-2020.-
13 mart.- S.1.