A.X.Xuduyevin
Azərbaycan Respublikasının Ukraynada
fövqəladə və səlahiyyətli səfiri, eyni zamanda, Azərbaycan
Respublikasının Demokratiya və İqtisadi İnkişaf Uğrunda Təşkilat – GUAM yanında daimi nümayəndəsi vəzifələrindən
geri çağırılması
haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:
Azər Xudayar oğlu Xuduyev Azərbaycan Respublikasının Ukraynada fövqəladə və səlahiyyətli səfiri, eyni zamanda, Azərbaycan Respublikasının Demokratiya və İqtisadi İnkişaf Uğrunda Təşkilat – GUAM yanında daimi nümayəndəsi vəzifələrindən geri çağırılsın.
İlham Əliyev
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
12 mart 2020-ci il.
Azərbaycan.-2020.- 13 mart.- S.1.