Siyasi müstəqillik, davamlı sabitlik, inamlı yüksəliş

 

 

Prezident İlham Əliyevin müəllifliyi ilə müasir Azərbaycan tarixinin şanlı səhifəsi yazılır

 

İstənilən dövlətin beynəlxalq münasibətlər sistemində nüfuzunu yüksəldən səbəblər var. Bunların arasında ən mühümü təbii ki, dövlətin həyata keçirdiyi xaricidaxili siyasətin məzmunu və mahiyyətidir. Müasir dövrdə dövlətin nüfuzu ilə yanaşı, həm də ona göstərilən beynəlxalq etimadı da məhz bu səbəb meydana çıxarır.

Bu gün Azərbaycan, sözün əsl mənasında, tam müstəqil siyasət yürüdən ölkədir. Azərbaycanın öz siyasi dəstxəti, dövlətçilik siması, inkişaf yolu var. Son 25 illik tarixə nəzər yetirsək, aydın şəkildə bunu görə bilərik. Son 16 ildə isə Azərbaycanın tamamilə fərqli siyasiiqtisadi reallıqlar şəraitində inkişaf etdiyinin şahidiyik.

 

 

Heç vaxt indiki qədər güclü olmayan ölkə

 

 

"Biz öz taleyimizin sahibiyik, biz müstəqil ölkəyik, biz azad xalqıq, dünya miqyasında öz layiqli yerimizi tutmuşuq və müstəqillik, inkişaf yolu ilə bundan sonra da gedəcəyik. Azərbaycan heç vaxt indiki qədər güclü olmayıb”.

2003-cü ildən bugünədək verdiyi bütün vədlərinə sadiq qalaraq Azərbaycanı tarixinin ən qüdrətli dövlətinə çevirən Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət söylədiyi fikirlərlə üst-üstə düşür. Tamamilə müstəqil, ölkənin beynəlxalq mövqelərinin möhkəmlənməsinə və inkişafına hesablanmış siyasət yürüdən cənab İlham Əliyevin müəllifliyi ilə müasir Azərbaycan tarixinin şanlı səhifəsi yazılır.

Elə bir beynəlxalq müzakirə mövzusu yoxdur ki, Azərbaycan həmin vaxt atdığı addımı hansısa dövlətin siyasiya iqtisadi maraqlarına uyğunlaşdırsın.

Enerji məsələlərindən başlamış xarici siyasi əməkdaşlığa, beynəlxalq təşkilatlarda iştiraka, qlobal terrorizmlə mübarizəyə qədər Azərbaycan tamamilə müstəqil siyasət həyata keçirir.

Cənab İlham Əliyev Azərbaycanın dünyadakı artan nüfuzunu dəyərləndirərkən qeyd edir ki, bu gün ölkəmizdə xalqın iradəsi hökm sürür: "Bu gün biz özümüz qərarları qəbul edirik. Bu gün Azərbaycan dünya miqyasında müasir, öz tarixinə, ənənələrinə sadiq, sürətlə inkişaf edən dinamik ölkədir. Heç kimdən asılı deyilik və elə etməliyik ki, heç vaxt heç kimdən asılı olmayaq. Buna görə güclü olmalıyıq, vətənpərvər olmalıyıq, iqtisadiyyatımız daha da güclü olmalıdır və siyasi iradəmiz yerində olmalıdır. Bugünkü hakimiyyətdə bütün bunlar var və hər kəs görür ki, heç kim bizim işimizə müdaxilə edə bilməz. Nə qədər çalışsalar, nə qədər əlləşsələr, nə qədər yalan-böhtan yaysalar yapışmır bizə”

 

 

20 il əvvəlki ölkə ilə bugünkü Azərbaycanı müqayisə etmək mümkün deyil

 

 

Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin prioritetlərindən biri də ölkədə güclü iqtisadiyyatın yaradılması idi. Son 16 ildə iqtisadi cəhətdən əldə edilən uğurlara nəzər yetirsək görərik ki, Azərbaycan iqtisadiyyatı 3,4 dəfə artıb. Bu isə dünyada rekord göstəricidir.

Son 16 ildə Azərbaycanda yoxsulluq səviyyəsi təxminən 50 faizdən 4,8 faizə düşüb. Bu fakt isə onu göstərir ki, iqtisadi inkişafneft-qaz layihələri insanlara daha yaxşı həyat sürməyə kömək edib. Bu müddət ərzində Azərbaycanın xarici ticarəti 6,4 dəfə artıb. Ölkənin birbaşa xarici borcu ümumi daxili məhsulun yalnız 17 faizini təşkil edir.

16 ildə valyuta ehtiyatlarımız 51 milyard dollara çatıb. Ölkə iqtisadiyyatına 270 milyard dollar investisiya yatırılıb ki, bunun da yarısı xarici sərmayədir. Bu da onu deməyə əsas verir ki, cənab İlham Əliyev həm də Azərbaycanı investisiyalar məkanına çevirib. Xariciyerli investorlar üçün əlverişli şərait yaradılıb.

Fevralın 25-də Azərbaycana səfərə gələn Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəmizin son illərdəki inkişafını qiymətləndirərkən qeyd etmişdir ki, 20 il əvvəlki Azərbaycan ilə bugünkü Azərbaycanı müqayisə etmək mümkün deyil. Bu gün tamamilə başqa bir Azərbaycan göz önündədir. Bu gün infrastrukturu, quruculuğu ilə daim inkişaf edən, dəyişən bir Azərbaycan var.

 

 

Ən islahatçı dövlət, ən islahatçı Prezident

 

 

Prezident İlham Əliyevin həyata keçirdiyi sosial-iqtisadisiyasi islahatlara əsasən Dünya Bankı "Doing Business” hesabatında Azərbaycanı ən islahatçı 20 ölkədən biri, cənab İlham Əliyevi isə ən islahatçı dövlət başçısı hesab edir.

Xüsusən də son 3 ildə həyata keçirilən sosial-iqtisadi, siyasi islahatlar həm ölkə ictimaiyyəti, həm də beynəlxalq reytinq təşkilatları tərəfindən yüksək dəyərləndirilir.

Martın 10-da Milli Məclisin ilk iclasında çıxış edən Prezident İlham Əliyev son 16 ildə əldə edilən uğurları dəyərləndirərkən söyləmişdir ki, iqtisadi sahədə əldə edilmiş uğurların dünyada bərabəri yoxdur: "Əgər varsa, desinlər, götürsünlər statistikaya baxsınlar, hansı ölkə 16 il ərzində öz iqtisadiyyatını 3,4 dəfə artıra bilib. Ondan sonra yoxsulluq, 50 faizə yaxın idi, indi 4,8 faizdirdaha da aşağı düşəcək. Çünki maaşlar, pensiyalar artır və artırılacaq, müavinətlər də həmçinin. Xarici borc ümumi daxili məhsulun 17 faizinə bərabərdir. Bu, çox aşağı göstəricidir. İnkişaf etmiş bəzi ölkələrdə bu, 100 faizdən çoxdur. Amma ondan daha önəmli məsələ odur ki, valyuta ehtiyatlarımız xarici borcumuzdan altı dəfə çoxdur. Yəni istəsək, xarici borcumuzu bir ay ərzində sıfırlaya bilərik. Xarici borcu ödəmək üçün gərək bəzi ölkələrin valyuta ehtiyatları indikindən 50 dəfə artıq olsun”.

Bu illər ərzində iqtisadi sahədə bu uğurlar əldə edilib, sosial sahədə maaşlar, pensiyalar on dəfədən çox artıb. Məcburi köçkünlərin, şəhid ailələrinin problemləri öz həllini tapır. Azərbaycan kosmik dövlətə çevrilib.

 

 

Nəqliyyat qovşağı, Xəzərdə ən böyük donanmaya məxsus dövlət

 

 

Azərbaycan bu müddət ərzində həm də etibarlı tərəfdaş və tranzit ölkəyə çevrilib. Nəqliyyat sektorunun sürətli inkişafını stimullaşdıran Azərbaycan Avrasiyada nəqliyyat qovşağı kimi mövqelərini getdikcə gücləndirir.

Bu gün Xəzərdə ən böyük donanma (200-dən çox gəmi) ölkəmizə məxsusdur. Son 16 ildə ölkədə 6 beynəlxalq hava limanı tikilib. Hazırda Azərbaycan Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizlərinin yaradılmasında iştirak edən və fəal investisiya yatıran yeganə ölkədir.

Prezident İlham Əliyevin təşəbbüsü ilə reallaşan transmilli layihələr Azərbaycana iqtisadisiyasi dividendlər gətirməkdədir. Bu ilin sonunda bütün seqmenti fəaliyyətə başlayacaq "Cənub qaz dəhlizi” isə Avropanın enerji xəritəsini dəyişəcək. Azərbaycan qazı İtaliyaya və Avropanın digər ölkələrinə çatacaq.

Hazırda Azərbaycanın təsdiqlənmiş qaz ehtiyatları 2,6 trilyon kubmetrdir. Proqnozlaşdırılan ehtiyatlar 3 trilyon kubmetr civarındadır. Prezident İlham Əliyevin söylədiyi kimi, bu rəqəmlər təsdiq edir ki, Azərbaycan 100 ildən çox müddət üçün karbohidrogen ehtiyatlarının etibarlı təchizatçısı olacaq.

Ötən illərdə uğurla gerçəkləşdirilən sosial-iqtisadi islahatların nəticəsi olaraq respublikamız dünyanın sürətli inkişaf yolunda irəliləyən, qlobal maliyyə-iqtisadi böhrandan uğurla çıxan, özünəməxsus milli inkişaf modelini yaradan dövlətlərindən biri kimi tanınır. Ölkəmizin iqtisadi inkişafı son illərdə keyfiyyətcə yeni mərhələyə qədəm qoyub ki, bu mərhələdə də əsas məqsədlərdən biri ölkədə dinamik sosial-iqtisadi inkişafın davamlılığını uzun müddətə təmin etməkdir.

Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu xarici diplomatiyatam müstəqil siyasət onu deməyə əsas verir ki, Azərbaycanı qarşıda böyük uğurlar gözləyir.

Milli Məclisdəki çıxışında da dövlət başçısı qətiyyətlə vurğuladı ki, Azərbaycan daim müstəqil, prinsipialöz milli maraqlarına uyğun siyasət yürüdür. Heç bir qüvvə Azərbaycan dövlətinə təzyiq göstərə bilməz.

 

Rəşad BAXŞƏLİYEV

Azərbaycan.-2020.-13 mart.- S.1-2.