Daxili Qoşunların 28 illik döyüş və xidmət yolu

 

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi (DİN) Daxili Qoşunlarının yaranmasından 28 il ötür.

DİN-in Mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bu münasibətlə Daxili Qoşunların komandanlığı və bir qrup hərbi qulluqçusu Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin xatirəsini ehtiramla yad ediblər.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər çiçək dəstələri düzülüb.

Sonra Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş Vətən övladlarının unudulmaz xatirəsinə ucaldılmış "Əbədi məşəl” abidəsinin önünə əklil qoyulub, Daxili Qoşunların şəhid hərbi qulluqçularının abidəsi ziyarət olunub.

Martın 12-də Azərbaycan $g 2020.-13 mart.- S.3.növbəti ildönümünə həsr olunmuş təntənəli mərasim keçirilib.

Tədbirdə Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov iştirak edib.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin, ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda, xidməti borclarını yerinə yetirərkən qəhrəmanlıqla həlak olmuş hərbi qulluqçuların və bütün şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət himni səsləndirilib.

Daxili İşlər nazirinin müavini - Daxili Qoşunların komandanı, general-leytenant Şahin Məmmədov qurumun yaranması, inkişafı və bu günü barədə geniş məruzə ilə çıxış edib. Bildirilib ki, Ümummilli Lider Heydər Əliyevin 1995-ci il 9 mart tarixli Fərmanı ilə Qoşunların torpaqlarımızın müdafiəsi məqsədilə döyüşə başladığı ilk gün - 1992-ci ilin 12 mart tarixi Azərbaycan Respublikasının Daxili Qoşunları Günü elan olunub.

Daxili Qoşunların tarixinin parlaq hadisələrlə zəngin və Vətənimizin yeni tarixi ilə sıx bağlı olduğunu diqqətə çatdıran nazir müavini xalqa və dövlətə sədaqətlə xidmət edən qoşunların hərbi qulluqçularının polis orqanlarının əməkdaşları ilə birgə qarşıya qoyulmuş tapşırıqları hər zaman layiqincə yerinə yetirdiklərini vurğulayıb. O, respublikamızın ərazi bütövlüyü uğrunda döyüşlərdə Daxili Qoşunların 672 hərbi qulluqçusunun şəhid olduğunu, 1173 nəfərin yaralandığını, 9-nun itkin düşdüyünü bildirib. Hərbi qulluqçulardan 9 nəfərinin "Azərbaycanın Milli Qəhrəmanı” fəxri adına layiq görüldüyü qeyd edilib.

Tədbirdə iştirak edən Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri, general-polkovnik Məhərrəm Əliyev Daxili Qoşunların yaranmasının 28-ci ildönümü münasibətilə Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən, dövlət başçısının səmimi təbriklərini, ən xoş arzularını tədbir iştirakçılarına çatdırıb. O, çıxışında təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan ordu quruculuğu ənənələrinin bu günuğurla davaminkişaf etdirildiyini, ali diqqət və qayğı, eyni zamanda ciddi nəzarət, tələbkarlıq sayəsində Daxili Qoşunların qarşıya qoyulan, qanunvericiliklə üzərinə düşən bütün vəzifələrin öhdəsindən gələ bilən, yüksək peşəkarlığa, döyüşfiziki hazırlığa malik mobil bir quruma çevrildiyini vurğulayıb.

Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov Ümummilli Lider Heydər Əliyevin ordu quruculuğu prosesində Daxili İşlər Nazirliyi sisteminin əsas struktur qurumlarından olan Daxili Qoşunların təkmilləşməsinə böyük önəm verdiyini, məhz onun xüsusi diqqət və qayğısı ilə formalaşıb inkişaf etdiyini məmnunluqla xatırladıb.

Nazir Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin ali diqqət və qayğısı sayəsində Daxili Qoşunların qarşıya qoyulan istənilən döyüş tapşırığını keyfiyyətlə yerinə yetirməyə qadir olan peşəkar birləşməyə, sabitliyin təminatçılarından və dövlətçiliyin dayaqlarından birinə çevrildiyini, maddi-texniki bazasının, kazarma-yaşayış fondunun yaxşılaşdırılması, müasir silah, texnika, xüsusi vasitələrlə təchizatı üçün məqsədyönlü tədbirlər həyata keçirildiyini, hərbi hissələrin müasir standartlara uyğun olan texnika, xüsusi vasitələr və rabitə sistemləri ilə təchiz edildiyini bildirib.

V.Eyvazov qeyd edib ki, ölkədə cinayətkarlığa qarşı mübarizədə, ictimai asayişinhüquq qaydasının qorunmasında, silahlı cinayətkar dəstələrin zərərsizləşdirilməsində, ölkəmizdə keçirilən I Avropa, IV İslam Həmrəyliyi oyunları, "Formula-1” Azərbaycan Qran-Prisi yarışları kimi mötəbər beynəlxalq idman və digər mədəni-kütləvi tədbirlər zamanı, eləcə də təbii fəlakətlərin və texnogen qəzaların nəticələrinin aradan qaldırılmasında qoşunların şəxsi heyəti üzərinə düşən xidməti vəzifələri layiqincə yerinə yetirib.

Daxili Qoşunların inkişafı üçün qəbul edilən qərarların, Prezident İlham Əliyevin martın 11-də imzaladığı müvafiq sərəncamları ilə daha 18 hərbi qulluqçunun dövlət mükafatları ilə təltif olunmasının şəxsi heyət tərəfindən minnətdarlıqla və ruh yüksəkliyi ilə qarşılandığını vurğulayan nazir V.Eyvazov qeyd edib ki, ölkə rəhbərinin Daxili Qoşunların müxtəlif tədbirlərində iştirakı, eləcə də qoşunların xidmətinə verdiyi yüksək qiymət, haqqında söylədiyi dəyərli fikirlər, tövsiyələr hər zaman fəaliyyət proqramı kimi qəbul olunmaqla şəxsi heyəti daha böyük uğurlara ruhlandırır.

General-polkovnik Vilayət Eyvazov əminliklə bildirib ki, Daxili Qoşunların bütün şəxsi heyəti respublikamızda asayişin, daxili təhlükəsizliyin, vətəndaşların və dövlətin qanuni mənafelərinin hüquqazidd əməllərdən qorunmasında bundan sonra da səy və bacarığını əsirgəməyəcək.

Sonra əlamətdar gün münasibətilə xidmətdə fərqlənən bir qrup hərbi qulluqçunun təltif edilməsi barədə Daxili İşlər nazirininnazir müavini - Daxili Qoşunların komandanının imzaladıqları əmrlər elan olunubmükafatlar təqdim edilib.

Tədbirin sonunda mərasim iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə müraciət qəbul olunub.

 

Azərbaycan.-2020.-13 mart.- S.3.