Azərbaycanın Rus İcması Rusiyanın baş prokuroruna müraciət edib

 

Azərbaycanın Rus İcması "Tsarqrad” telekanalının saytında dərc edilmiş təhrikçi xarakterli məqalə ilə əlaqədar Rusiya Federasiyasının baş prokuroru İqor Krasnova müraciət edib.

AZƏRTAC xəbər verir ki, müraciətdə deyilir: "Hörmətli İqor Viktoroviç! Azərbaycanın rus icması "Tsarqrad” telekanalının saytında dərc edilmiş "Ruslar, getməyin, bizə kölələr və fahişələr lazımdır!” sərlövhəli məqalənin müəllifi Vladimir Xomyakovun Azərbaycan və rus xalqları arasında etnoslararası münaqişəyə təhrik etmək, düşmənçilik və nifrət hissi oyatmaq cəhdlərini qətiyyətlə pisləyir. Məqalə etnoslararası münaqişəni qızışdırmağa təhrik etməklə bərabər, tarixi tamamilə təhrif edir, faktları və hadisələri saxtalaşdırır. Hər şeydən əlavə, bu məqalə fevralın 26-da, Azərbaycanın Xocalı şəhərində azərbaycanlıların kütləvi şəkildə qətlə yetirilməsinin ildönümü günündə dərc edilib. 1992-ci ilin həmin günündə erməni silahlıları bir gecədə Xocalının 613 günahsız sakinini - qocaları, qadınları və uşaqları qəddarlıqla qətlə yetiriblər.

Mən rusam. Həmin dövrdə Bakı şəhərinin Nizami rayon İcraiyyə Komitəsinin sədri vəzifəsində çalışırdım və 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə baş vermiş hadisələr mənə çoxlarından daha artıq tanışdır. Mənim maşınım dəfələrlə, özü də "silahlılar” tərəfindən deyil, sovet ordusunun hərbi qulluqçuları tərəfindən atəşə tutulmuşdu.

Məqalənin müəllifi Xomyakovun yazdıqları yalan, böhtan, faktların təhrif edilməsidir.

Xomyakov Bakının adi vətəndaşlarını "silahlılar” adlandırır, lakin içərisində insanlar olan maşınları tanklarla əzən, şəhərin adi vətəndaşlarını güllələyən həmin "silahlılar” deyil, sovet döyüşçüləri idi.

Həmin döyüşçülər tərəfindən qətlə yetirilənlər arasında ruslar, yəhudilər, digər millətlərə mənsub şəxslər də vardı. Təcili yardım maşınının həkimi həlak olub, uşaqlar həlak olub, gənc ər-arvad Allahverdiyevlər, Vera Bessantina, Boris Yefimçev, Vladimir Tokayev, Valeri Boqdanov, Vladimir Semyonov, Aleksandr Marxevka, Oleq Yusupov, Yan Meyeroviç, Andrey Nişşenko və başqaları atəşə tutularaq həlak olublar.

Vladimir Xomyakov bu adamları da "silahlılarsayır? Həmin günlərdə bütün Azərbaycan xalqı - azərbaycanlılar, ruslar, yəhudilər, ukraynalılar digərləri ümid edirdilər ki, SSRİ-nin rəhbəri ədalətli qərar qəbul edəcək, Ermənistanda yaşayan, heç bir təqsiri olmayan azərbaycanlıları qətlə yetirmiş, 300 mindən çox azərbaycanlını Ermənistandan qovmuş erməni millətçilərin azğın hərəkələrinə son qoyacaq.

Məhz erməni millətçilərinin bu cür hərəkətləri Bakı Sumqayıt şəhərlərinin hiddətlənmiş sakinlərini provokasiyaya sövq edir, Ermənistandan üzgün halda qaçmış azərbaycanlıların üz tutduğu Bakıda çoxsaylı mitinqlər keçirilirdi.

Məqalənin müəllifi Xomyakov XVII-XVIII əsrlərdə Azərbaycan dövlətinin, yoxsa ayrı-ayrı xanlıqların mövcud olması barədə nahaq mühakimə yürüdür. Vaxtilə Rusiyada da knyazlıqlar mövcud idi, onlar öz aralarında vuruşurdular.

Mən tam məsuliyyətlə bəyan edə bilərəm ki, Xomyakov həmin günlərdə guya rusların döyülməsi, öldürülməsi, küçələrdə əllərində "Ruslar, getməyin, bizə kölələr fahişələr lazımdır!” sözləri yazılmış plakatlar olan izdiham barədə dedikləri doğru deyil (bunu yalan adlandırmaq istəmirəm).

Həmin günlərdə mən Xalq Cəbhəsinin liderləri ilə dəfələrlə görüşmüşəm onlar həqiqətən məndən xahiş ediblər ki, rus əhali ilə görüşlər keçirilməsinə kömək edim. Belə görüşlər keçirildi. Rusların nəinki öldürülməsi, hətta döyülməsi ilə bağlı heç bir fakt olmayıb.

1993-cü ildə xalqın təkidli çağırışı ilə hakimiyyətə gəlmiş ümummilli lider Heydər Əliyev ölkədə özbaşınalığı hərc-mərcliyi dayandırdı, Milad bayramı günlərində (1994-cü il yanvarın 10-da) rus əhali qarşısında çıxış etdi onlarda özlərinin uşaqlarının Azərbaycan Respublikasında gələcəyinə inam hissi yaratdı.

Azərbaycan həmişə çoxmillətli ölkə olub, ölkə ərazisində yaşayan bütün millətlərin, bütün xalqların hüquqlarına ləyaqətinə hörmətə zəmanət vermək bacarığı ilə məşhur olub.

Multikulturalizm, həmrəylik, çoxkonfessiyalılıq - bu sözlər çoxdan Azərbaycanın sərvətinə çevrilib. Etnik müxtəliflikli ölkədə müxtəlif etnik qrupların dinc yanaşı yaşaması üçün hər cür şərait yaradılır, hər kəsin hüquqlarının müdafiəsi təmin edilir.

Azərbaycanın rus diasporu müasir Rusiyanın hüdudlarından kənarda rusların ən iri diasporlarından biridir. Bu gün Azərbaycanda 120 mindən çox etnik rus vətəndaş yaşayır. Onlar həmişə özlərini Azərbaycan Respublikasının tamhüquqlu vətəndaşları hesab ediblər. Üstəlik, qonşu Ermənistanla çoxdan davam edən münaqişəyə baxmayaraq, bu gün Azərbaycanda on mindən çox erməni yaşayır.

Ruslar özlərinə səmimi xoş münasibəti görəndən sonra azərbaycanlılarla çiyin-çiyinə erməni işğalçılara qarşı birləşib Ermənistan Azərbaycana qarşı işğalçılıq siyasəti yürütməyə başlayanda Azərbaycanın suverenliyi ərazi bütövlüyü uğrunda vuruşublar. 90-cı illərin əvvəlində Qarabağ müharibəsi dövründə onların çoxu həlak olub. Bu gün biz qürur hissi ilə deyə bilərik ki, Azərbaycanın Milli Qəhrəmanı Yuri Kovalyov, İqor Makeyev və Azərbaycanın çoxsaylı digər etnik rus vətəndaşları Qarabağ uğrunda, Azərbaycan uğrunda vuruşub, ordenmedallarla təltif ediliblər.

Biz, Azərbaycanda yaşayan ruslar məqalə müəllifinin yazdığı kimi özümüzü "repressiyaya məruz qalmış xalqhesab etmirik və xüsusən Vladimir Xomyakov kimilərin bizi müdafiə etməsinə ehtiyacımız yoxdur.

Biz öz doğma rus dilimizdə sərbəst danışırıq, uşaqlarımız rus məktəblərinə gedir, ali məktəblərdə rus dilində oxuyurlar. Rus dilində kitablar, jurnallar və qəzetlər oxuyur, telekanallara baxırıq.

Bu gün Vladimir Xomyakovun məqaləsini oxuyanda görürük ki, bu, tarixin qəsdən təhrif edilməsi, dezinformasiyailk növbədə, hər iki xalqa təhqirdir. "Tsarqrad” telekanalının saytında yerləşdirilmiş məqalə həqiqəti əks etdirmir. Jurnalist öz fikirlərini obyektiv şərh etməli, bu zaman mötəbər mənbələr istinad etməlidir. İndiki halda aşkar görünür ki, V.Xomyakovun məqaləsi sifarişlə yazılıb, bilərəkdən etnoslararası münaqişənin qızışdırılmasına yönəlib və buna görə cinayət məsuliyyəti doğurur.

Azərbaycanın Rus İcması sizdən dönə-dönə xahiş edir, bu provokasiyaya ciddi diqqət yetirəsiniz, Rusiya Cinayət Məcəlləsinin 282-ci maddəsinin və "İnformasiya, informasiya texnologiyaları və informasiyanın qorunması haqqında” 27 iyul 2006-cı il tarixli Federal Qanunun 10.6-cı maddəsinin tələblərinin pozulması baxımından müvafiq yoxlama aparasınız və məqalə müəllifi Vladimir Xomyakovu məsuliyyətə cəlb edəsiniz.

Azərbaycanın rus icmasının üzvləri adından,

 

 

Mixail ZABELİN,

Azərbaycan Respublikası Milli Məclisinin deputatı,

Azərbaycanın Rus İcmasının sədri”

Azərbaycan.-2020.-13 mart.- S.5.