“Neft
müharibəsi” başladı
Ərəb ölkələri Rusiya ilə qarşı-qarşıya gəlib
Cari ayın əvvəllərində dünya neft bazarı növbəti qiymət şoku yaşadı. Bu, son altı ay ərzində üçüncü şok idi. Sentyabr və yanvarda neft kotirovkalarının kəskin şəkildə artımı ilə müşahidə olunmuş, ardınca irimiqyaslı tənəzzül baş vermişdi. Bu dəfə aşağıya doğru daha sürətli hərəkət nəzərə çarpır.
Dünya neft bazarında yaranmış vəziyyət Rusiya ilə Səudiyyə Ərəbistanı arasında ixtilafdan qaynaqlanır. Martın 6-da Moskva və Ər-Riyad neftin qiymətinə münasibətdə gələcək fəaliyyəti barədə razılaşma əldə edə bilmədi. Rusiya OPEC+ formatında əvvəlki şərtləri qoruyub saxlamağı təklif edir, Səudiyyə Ərəbistanı isə koronavirus üzündən neft hasilatını azaltmağa tərəfdar çıxırdı. OPEC hasilatı cari ilin axırınadək gündə 1,5 milyon barel azaltmağı təklif etmiş, Rusiya isə bu təklifi qəbul etməmişdir. İki tərəf sazişə gələ bilmədiyindən OPEC+ sövdələşməsi qüvvəsini itirmiş, bunun ardınca neftin qiyməti dərhal 30 faiz aşağı düşmüşdür. Beləliklə, gələn aydan etibarən neft hasilatına tətbiq olunmuş bütün məhdudiyyətlər aradan qaldırılacaq.
Bu o deməkdir ki, qlobal neft bazarı bir müddət qeyri-müəyyən şəraitdə yaşamağa məhkumdur. Belə bir şəraitdə karbohidrogen ixrac edən bir sıra ərəb ölkələri öz neftinin qiymətini aşağı salacağını bəyan edərək Rusiyaya qarşı "neft müharibəsi”nə başlamışdır. Əldə olan məlumata görə, İraq Asiya üçün neftin bir barelinin qiymətini 5 dollar ucuz satmağa hazırdır. Bu ölkə həm də gələn ay neft ixracının həcmini artırmağı planlaşdırır. Küveyt neftin qiymətinin 6 dollar ucuz satacağını bildirmişdir.
Öz növbəsində Səudiyyə Ərəbistanı da Şərqi və Cənub-Şərqi Asiya ölkələri üçün nefti 6 dollar ucuzlaşdırmışdır. Krallıq, həmçinin karbohidrogen ixracını xeyli artırmaq niyyətindədir. Ötən çərşənbə axşamı "Saudi Aranco” şirkətinin prezidenti Əmin Nasir "Röyter” agentliyinə bildirmişdir ki, şirkət gələn ay gündəlik neft hasilatını 12,3 milyon barelə çatdıracaq, hərçənd krallıq bundan əvvəl hasilatı OPEC+ sazişi çərçivəsində 9,7 barel/gün səviyyəsində saxlayırdı. Səudiyyə Ərəbistanının ardınca BƏƏ də gələn aydan etibarən neft ixracını 1 milyon barel/gündən çox artırmaq niyyətində olduğunu bəyan etmişdir.
"Qara qızıl”ın
qiymətinin kəskin şəkildə
ucuzlaşmasının səbəbləri barədə
müxtəlif mülahizələr irəli sürülür.
Məlumdur ki, yeni tipli koronavirusun
yayılması ilə Çində istehsal
azalmış, nəticə etibarı ilə dünya
neft bazarında təklif tələbi
üstələmiş və karbohidrogenin
qiyməti aşağı düşmüşdür.
Başqa bir mülahizəni ABŞ-ın
nüfuzlu "The Wall Street Journal” qəzeti irəli sürmüşdür. Qəzet
martın 8-də Səudiyyə
Ərəbistanı hakimiyyət
orqanlarının adı
çəkilməyən nümayəndəsinə
istinadən xəbər
vermişdi ki, neftin ucuzlaşdırılması
birbaşa Rusiyanın
mövqeyini zəiflətmək
məqsədi güdür:
krallıq OPEC+ ölkələri
arasında neft hasilatının əlavə
olaraq azaldılması
barədə ötən
həftə keçirilmiş
danışıqlar uğursuzluqla
başa çatdıqdan
sonra belə bir addım atmışdır.
ABŞ qəzetinin bu
versiyası elə də inandırıcı
görünmür. Belə ki,
bütün neft ölkələri, o cümlədən
karbohidrogen hasilatında
dünya lideri mövqeyinə çıxmış
Birləşmiş Ştatların
özü qiymətin
aşağı düşməsi
səbəbindən itirəcək.
Rusiyanın itkisi artıq özünü göstərir: neft ucuzlaşandan bəri rus rublu dəyərini
itirməyə başlamışdır.
İndi məsələ dünya neft bazarında vəziyyəti sabitləşdirməkdir. Hələlik ixracatçı ölkələr
bir araya gəlməyə tələsmir.
Bununla belə, aydındır ki, koronavirus təhlükəsi aradan qalxdıqdan sonra bazarda neftə tələbat artacaq.
Çin
hökuməti gələn
ay koronavirusla mübarizənin
başa çatacağını
bəyan etmişdir.
Temperaturun artması ilə
yoluxucu xəstəliyin
yayıldığı digər
ölkələrdə də
vəziyyətin sabitləşəcəyi
gözlənilir.
Digər tərəfdən, son 15 ilin
təcrübəsi göstərir
ki, Brent markalı neftin qiyməti uzun müddət aşağı səviyyədə
- 30-40 dollar səviyyəsində qalmır. Ekspertlərin fikrincə, cox
güman ki, ilin ikinci yarısında
bir barel neftin qiyməti 50 dollara, hətta 70 dollara çatacaq. İsti hava şəraitində koronavirusun sönməsi və Çində sənaye istehsalı həcminin bərpa olunması buna şərait yaratmalıdır.
Həmçinin dünyanın müxtəlif
guşələrində azrentabelli
neft yataqlarında hasilatın azalması da müsbət rolunu oynayacaq.
Allahverdi MEHDİYEV
Azərbaycan.-2020.-13 mart.- S.6.