Mehmet KARACA:
“İnanıram ki, Bakı Ali
Neft Məktəbi çox
tezliklə regionda söz
sahibi olacaq”
Bakı Ali Neft
Məktəbinin rektoru Elmar
Qasımovun dəvəti ilə İstanbul
Texnik Universitetinin rektoru, professor Mehmet Karacanın rəhbərlik etdiyi nümayəndə heyəti Bakıda səfərdə
olub. Səfər çərçivəsində
Bakı Ali Neft Məktəbinin
rəhbərliyi və professor-müəllim heyəti ilə işgüzar görüşlər keçirilib və nəticədə BANM ilə
İTU arasında əməkdaşlığa dair
memorandum imzalanıb. İstanbul Texnik Universitetinin rektoru,
professor Mehmet Karaca ilə müsahibəni oxuculara təqdim edirik:
- İlk olaraq Bakı haqqında təəssüratlarınızı bilmək istərdik.
- Bu, mənim Bakıya dördüncü səfərimdir.
Hər dəfə gələndə
Bakını çox
fərqli rakurslardan kəşf edirəm.
Bakı
min illər əvvəl
əsası qoyulmuş
qədim şəhər
ab-havası ilə müasirliyin harmoniyasını
özündə sintez
edir. Məhz bu cəhəti
ilə Bakı məni təsirləndirir.
Həmçinin şəhər geniş
küçələri, mədəni
və gülərüz
insanları ilə göz oxşayır.
Düşünürəm ki, Bakıya
növbəti gəlişimdə
yenə də fərqliliklərin şahidi
olacağam.
- İstanbul Texnik
Universitetini uğurlu edən nədir?
- İstanbul Texnik
Universiteti təxminən
247 illik tarixə malik olan və
Türkiyənin ən
qədim və mühəndislik sahəsində
ən prestijli universitetlərindəndir. Burada ciddi
bir universitet ənənəsi formalaşıb.
İstanbul Texnik Universiteti yeni nəsil universitetlər üçün nümunə
sayılacaq ali
təhsil müəssisəsidir.
Belə ki, bizim universitet dünya trendlərinə ən tez uyğunlaşan
və yeniliklərə
ən çox açıq universitetlər
siyahısında ən
qabaqcıl ali
təhsil müəssisələrindəndir.
İstanbul Texnik Universiteti
həm də Türkiyədə ciddi nüfuza sahib məzunların
yetişdirilməsi ilə
diqqət çəkir.
Bizim məzunlar içərisində tanınmış
şirkət rəhbərləri,
Türkiyənin ictimai-siyasi
həyatında mühüm
rol oynamış və Türkiyə xalqının vizyonunu formalaşdırmış liderlərdən
Süleyman Dəmirəl,
Turqut Özal, Nəcməddin Ərbakan kimi nüfuzlu məzunları var. Bundan əlavə, Türkiydə
tikinti podratçılarının
yetişdirilməsində bu
universitet mühüm
rol oynayır: 10 podratçıdan 8-i bizim
məzunların payına
düşür.
- Bakı Ali Neft Məktəbində təhsil üçün yaradılan şəraiti necə dəyərləndirirsiniz?
- Öncə onu deyim ki, Ali Məktəbinizdə olmaqdan qürur və şərəf duyuram. Başda rektor Elmar Qasımov olmaqla, bizi qarşılayan Ali Məktəbin bütün əməkdaşlarının qonaqpərvərliyindən çox məmnun qaldım. Buna görə bütün heyətə təşəkkür edirəm.
Onu da xüsusi qeyd etmək istəyirəm ki, Bakı Ali Neft Məktəbi 8 ildə inanılmaz dərəcədə inkişaf edib, bir ali təhsil müəssisəsinin qazana biləcəyi uğurları çox qısa zamanda əldə edə bilib. Ən əsası Ali Məktəb komandası ilə məni çox təsirləndirdi. Komandada olan insanlar qlobal düşüncəyə, vizyona sahibdirlər. Başda rektor olmaqla bütün heyətin gözündə gələcəyə dair işıq gördüm, onların yeniliklər və inkişaf üçün açıq və həvəsli olduqlarını hiss etdim. Ali Məktəbin qoyduğu hədəflər və gözləntilər də böyükdür. Düşünürəm ki, komandadakı insanlar bu enerji ilə qoyulmuş hədəflərə də çatacaqlar. Azərbaycanın dünya standartlarına cavab verən, gələcəyin mühəndislərinin yetişdirilməsində BANM ölkə təhsilində ciddi rol oynayır. İnanıram ki, Bakı Ali Neft Məktəbi çox tezliklə regionda da söz sahibi olacaq.
-
İstanbul Texnik Universiteti Bakı Ali Neft Məktəbi ilə
hansı istiqamətdə əməkdaşlıq edəcək?
- Təbii
ki, əməkdaşlığımızın əsas ana xətti
mühəndislik sahəsində olacaq. Bundan
əlavə, bilgi texnologiyaları, süni zəka ilə bağlı işlər
də planlaşdırılır. Hələlik
üç istiqamət müəyyən etmişik: ilk istiqamət olaraq Bakı Ali Neft Məktəbində Kompüter
mühəndisliyi ixtisasını formalaşdırmaq və onun icrası ilə bağlı bütün detallar üzərində
işləməyi düşünürük.
İkinci istiqamət kimi
ortaq layihələr, birgə fəaliyyət
imkanları, tələbə mübadiləsi
proqramlarının genişləndirilməsi nəzərdə
tutulur. Üçüncü
istiqamət isə odur ki,
BANM-də Texnoparkla bağlı Startap Mərkəzi qurmağı hədəfləyirik.
B.MİRZƏYEV
Azərbaycan.-2020.-13 mart.- S.7.