Azərbaycanda
çoxpartiyalı Milli Məclis
formalaşdı
Yenilənmiş parlament
Prezident İlham
Əliyevin genişmiqyaslı və çoxşaxəli
islahatlarının daha da
dərinləşməsinə müsbət töhfə verəcək
Azərbaycanda VI çağırış Milli Məclisin yeni tərkibi formalaşdı və martın 10-da parlamentin ilk iclası keçirildi. Prezident İlham Əliyevin iştirak etdiyi iclasda Milli Məclisin yeni sədri, vitse-spikerlər, yeni komitə və komissiya rəhbərləri də seçildi.
Bitərəf və partiya rəhbərlərinə böyük etimad
İlk dəfə olaraq parlament rəhbərliyi çoxpartiyalılıq prinsipi əsasında müəyyənləşdi. Prezident İlham Əliyevin yürütdüyü daxili və xarici siyasətə, bütün sahələrdə həyata keçirdiyi mütərəqqi islahatlara öz funksiyaları və səlahiyyətləri çərçivəsində dəstək verəcək parlament rəhbərliyində həm bitərəflər, həm də azlıqda olan partiyaların nümayəndələri təmsil olundular. Bitərəflər və azlıqda olan partiyaların nümayəndələri həm də Milli Məclisin daimi komitələrinə sədr seçildilər. Qeyd edək ki, yeni parlamentdə Yeni Azərbaycan Partiyası 70, müstəqillər 39, digər partiyalar 12 deputatla təmsil olunurlar. Müstəqil Azərbaycan parlamentinin tarixində ilk dəfə qadın deputat Sahibə Qafarova Milli Məclis Sədri seçildi. Birinci vitse-spiker Əli Hüseynli, vitse-spikerlər isə Adil Əliyevlə Fəzail İbrahimli oldu.
Beləliklə, yenilənmə həm mövcud parlamentin tərkibində, həm də ali qanunvericilik orqanının rəhbərliyində - spiker və onun müavinləri, komitə, komissiya sədrlərinin formalaşması prinsipində də özünü göstərdi.
Prezident İlham Əliyev parlamentin ilk iclasında həm seçkilərin keçirilməsini, seçki prosesi ilə bağlı beynəlxalq təşkilatların, müşahidə qruplarının rəylərini dəyərləndirdi, həm də yeni tərkibə tövsiyələrini verdi.
Altıncı çağırış parlamentin uğurla fəaliyyət göstərəcəyinə, aparılan genişmiqyaslı və çoxşaxəli islahatlara, onların dərinləşməsi işinə öz töhfəsini verəcəyinə əminliyini bildirən Prezident vurğuladı ki, siyasi sistemin möhkəmləndirilməsi, siyasi münasibətləri sağlam zəmində inkişaf etdirmək üçün bütün partiyaların nümayəndələri Milli Məclisin rəhbərliyində və komitələrinin rəhbərliyində təmsil olunmalıdırlar. Yeni formalaşan tərkib bunun bariz nümunəsidir.
Dövlət başçısı çoxpartiyalı parlamentin formalaşmasını demokratiyanın inkişafında önəmli addım adlandırdı: "Keçən çağırış Milli Məclisin komitələrinin rəhbərliyində, parlamentin rəhbərliyində müxalifət nümayəndələri təmsil olunmurdu. Ancaq mən hesab edirəm ki, Azərbaycanda siyasi sistemi möhkəmləndirmək, siyasi münasibətləri sağlam zəmində gücləndirmək üçün buna ehtiyac var. Əlbəttə, hesab edirəm ki, Yeni Azərbaycan Partiyası ümumi maraqlar naminə bu sahədə də çox düzgün addım atır...
Hesab
edirəm ki, qanunvericilik sahəsində də siyasi sistemin təkmilləşdirilməsi
üçün Milli Məclis tərəfindən lazımi
addımlar atılacaq və Azərbaycanda çoxpartiyalı
sistem daha da möhkəm əsaslar üzərində
qurulacaq”.
Milli Məclis islahatlara yeni təkan verəcək
Son 3 ildə Prezident İlham Əliyev tərəfindən Nazirlər
Kabineti, Prezident Administrasiyası, mərkəzi
və yerli icra hakimiyyəti orqanları, məhkəmə-hüquq
sistemində aparılan
struktur və kadr islahatları ölkənin ictimai-siyasi,
iqtisadi inkişafına
yeni təkan verib. Dövlət başçısının söylədiyi kimi, mütərəqqi islahatların
dərinləşməsi parlamentdən
də yan keçə bilməzdi.
Əlbəttə ki, yeni tərkibdə formalaşmış
Milli Məclis bu islahatlara yeni təkan verəcək.
Prezident
deputatlar qarşısında
duran vəzifələrdən
söz açdı və onlara tapşırıqlarını verdi:
- qanunvericilik bazası
daha da möhkəmləndirilməli;
- kəmiyyətə deyil, daha çox
keyfiyyətə fikir verilməli;
- mövcud qanunların
təkmilləşdirilməsinə baxılmalı, onları yenidən təftiş etməli;
- milli dəyərlərin
qorunması ilə bağlı qanunvericilik bazası daha da geniş olmalı;
- qəbul edilən
qanunların icrasına
nəzarət etməli;
- informasiya təhlükəsizliyi
ilə əlaqədar
qanunvericilikdə yeni yanaşmalar olmalı;
- iqtisadi islahatların
dərinləşməsi işinə
töhfə verən qanunlar qəbul edilməlidir.
Cənab İlham Əliyev deputatların seçicilər
qarşısındakı öhdəliklərinə
də nəzər yetirərək bildirdi ki, onlar daim
seçicilərlə təmasda
olmalı və insanların problemlərinin
həlli istiqamətində
ciddi çalışmalıdırlar. Bu da deputatlar qarşısında
qoyulmuş çox böyük məsuliyyətdir:
"Xüsusən, indiki
dönəmdə, iqtisadiyyatın
prioritet olduğu bir zamanda parlamentin
hər üzvünün,
komitələrin fəaliyyəti
xüsusi əhəmiyyət
kəsb edir. Komitələrə peşəkar şəxslərin
rəhbərlik etməsi
göstərir ki, yaxın günlərdə
ciddi qanunvericilik prosesinin şahidi olacağıq”.
Ölkə lideri bəyan etdi ki, parlamentdə
qanunlar qəbul olunarkən iqtisadi inkişafın dərinləşdirilməsi,
milli dəyərlərin
qorunması, informasiya
təhlükəsizliyi, sosial
siyasət və gənclər siyasəti nəzərə alınmalıdır. Milli Məclis
üzvlərinin beynəlxalq
qurumlarda Azərbaycan həqiqətlərinin daha
geniş şəkildə
təbliğ etmələrinin
vacibliyindən danışan
Prezident Dağlıq Qarabağ məsələsində
ermənilərin tarixi
saxtalaşdırmaq cəhdlərinin
qarşısının alınması
üçün fəallığı
artırmağın zəruriliyini
vurğuladı. Son 16 ildə Azərbaycanın bütün sahələrdəki
davamlı inkişafına
toxunan Prezident vurğuladı ki, iqtisadi sahədə əldə edilmiş uğurların dünyada bərabəri yoxdur.
Beləliklə, VI çağırış Milli
Məclis öz işinə başladı. Dövlət başçısının fikirlərindən
aydın oldu ki, parlament Azərbaycanın
dayanıqlı inkişafının
təmin edilməsinə
yönələn strateji
xəttin uğurla həyata keçirilməsinə
öz töhfəsini
verəcək, ölkənin
sosial-iqtisadi inkişaf
strategiyasını dəstəkləməkdə
davam edəcək.
Bir sözlə,
Prezidentin parlamentin ilk
iclasındakı geniş
nitqi, tapşırıq
və tövsiyələri
Milli Məclisin yeni formalaşmış təmsilçiləri üçün
bir yol xəritəsi
oldu.
Rəşad
BAXŞƏLİYEV
Azərbaycan.-2020.-14 mart.- S.1;4.