Abşeron,
Xızı, Siyəzən və Şabran
rayonlarında yaşayış
məntəqələrinin
qazlaşdırılması ilə bağlı əlavə tədbirlər
haqqında
Azərbaycan
Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan
Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq qərara alıram:
1.
Abşeron, Xızı, Siyəzən və Şabran
rayonlarında ərazi vahidlərinin, o cümlədən yeni
yaşayış massivlərinin (siyahı əlavə olunur)
qazlaşdırılması işlərinin davam etdirilməsi
məqsədilə “Azərbaycan Respublikasının 2020-ci il
dövlət büdcəsində dövlət əsaslı vəsait
qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə
tutulan vəsaitin bölgüsü”nün 1.11.1-ci yarımbəndində
göstərilmiş məbləğin 10,92 milyon (on milyon doqquz
yüz iyirmi min) manatı Azərbaycan Respublikasının
Dövlət Neft Şirkətinə ayrılsın.
2. Azərbaycan
Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın
1-ci hissəsində göstərilən məbləğdə
maliyyələşməni təmin etsin.
3. Azərbaycan
Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli
gələn məsələləri həll etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
13 mart 2020-ci il.
Azərbaycan.-2020.-
14 mart.- S.1.