A.H.Naxçıvanlının
2-ci dərəcəli “Vətənə xidmətə görə”
ordeni ilə təltif edilməsi
haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan
Respublikasının ictimai-siyasi həyatında fəal
iştirakına görə Aqiyə Həbib qızı
Naxçıvanlı 2-ci dərəcəli "Vətənə
xidmətə görə” ordeni ilə təltif edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
13 mart 2020-ci il
Azərbaycan.-2020.-
14 mart.- S.1.