Sumqayıt Dövlət Dram Teatrının repertuarı genişlənir

 

Böyük ədib, görkəmli dramaturq, "Molla Nəsrəddinjurnalının qurucusu, Azərbaycanı bütün varlığı ilə sevən xalqın maariflənməsi üçün daim mübarizə aparan Cəlil Məmmədquluzadənin yaradıcılığı hər zaman aktual olub.

Sumqayıt Dövlət Dram Teatrının yaradıcı heyəti bu mövsümdə Mirzə Cəlilə müraciət edib. Kollektiv Cəlil Məmmədquluzadənin 150 illiyinə töhfə olaraq ədibin "Danabaş kəndinin əhvalatlarıpovesti əsasında eyniadlı tamaşanı dövlət sifarişi ilə hazırlayıb.

Tamaşa XIX əsrin sonlarındakı Azərbaycan kəndinin feodal-patriarxal mühitini, zülm özbaşınalığı, xurafatı bütün dolğunluğu ilə əks etdirir. Əsər yolunu azmış Xudayar bəyin əməllərini, pul üçün islam qanunlarını ayaqlar altına salan qaziləri, kərbəlayiləri, həmçinin bütövlükdə zülmət qaranlığa bələnmiş mühitin cəhalət məngənəsində sıxıb əzdiyi kəndliləri səciyyələndirir.

Əsərin quruluşçu rejissoru Əməkdar artist Namis Şirməmmədovdur. Tamaşanın quruluşçu rəssamları - Elşən Sərxanoğlu Şahin Hüseynli rejissor ideyasına əsərin ali məqsədinə uyğun bədii dekorasiyanın öhdəsindən uğurla gəliblər. Rollarda əməkdar artistlər İlahə Səfərova, Sədaqət Nuriyeva, Cəlal Məmmədov, Mövsüm Hüseynov, aktyorlar - Habil Xanlarov, Dağlar Rüstəmov, Kamran Muradlı, Akif Mirzəyev, Yalçın Səlimov, Mətanət Əmirullayeva, Mətləb Səfərli Fizuli Qərənizadə çıxış edirlər. Tamaşa izləyicilərə "Haqqın, ədalətin yanında olmesajını ötürür.

Səhnə əsərinin ictimai baxışında bədii şura üzvləri, teatrın yaradıcı heyəti iştirak edib. Teatrın direktoru Əməkdar artist Mübariz Həmidov öncə tamaşanı ərsəyə gətirən kollektivi təbrik edib, Mirzə Cəlil yaradıcılığının böyüklüyündən danışıb klassik əsərlərin gənclərin tərbiyəsində oynadığı önəmli rolu vurğulayıb. Bədii şura üzvləri, Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəisi Mehman Şükürov, teatrın baş rejissoru, Xalq artisti Firudin Məhərrəmov başqaları yeni tamaşanın bədii-estetik məziyyətlərindən, aktyor improvizələrinin dəqiqliyindən, tamaşanın bədii tərtibat həllinin uğurundan danışıblar. Çıxışlarda göstərilib ki, əsərin ideyası bugünkü qloballaşan cəmiyyətdə hüquq azadlığı, sosial ədalət prinsipləri ilə səsləşir.

 

 

Akif ƏLİYEV

Azərbaycan.-2020.- 15 mart.- S.6.