Qızıl barmaqlar

 

"Bacarıqlı əllər”dən çıxan əl işləri mükəmməl sənət əsərləri kimi sevilir

 

 

Onları çoxuşaqlı ailənin üzvləri də hesab etmək olar: bir-biriləri ilə səmimi, doğma münasibətlərinə görə. Barmaqları qızıl olan bu istedadlıları bir "ailəyə” toplamaq heçasan olmayıb. 10 il bundan öncə "zərgər barmaqlı” istedadlıları bir araya toplamaqla böyük xeyirxahlıq göstərilib.

"Bacarıqlı Əllər Dünyası” İctimai Birliyinin sədri Azadə Məmmədova deyir ki, fiziki məhdudiyyətli uşaqların arasında elə istedadlılar var ki, onlar artıq püxtələşmiş sənətkar kimi tanınırlar. "Azərbaycanı dünyaya tanıdaq” layihəsi ilə respublikanın müxtəlif bölgələrinə (İsmayıllı, Şəki, Şamaxı, Qubas.) səfərlər edib, orada sərgilər keçirmişik. Belə layihələrin təşkili bacarıqlı əllər sahiblərinin üzə çıxarılmasında, xüsusən onların ictimaiyyətə, cəmiyyətə inteqrasiyasında mühüm vasitələrdən biri hesab edilir”.

Qısa zaman ərzində 40-dək belə uşağın toplanmasına və nümunəvi əl işləri yaratmalarına səbəb, ilk növbədə, Zəhra Xələfova, burada əziyyəti daha çox olan Rahim Rzayev, Sevinc Məsimova, Adil Şıxəliyev kimi sevimli müəllimlərdir.

 

Şamxalın "möcüzə”si...

 

Azadə Məmmədova "Bacarıqlı əllər” ailəsinin üzvlərini təqdim edərkən Xələfli Samxal Şahid oğlundan başladı: "1998-ci ildə Bakıda anadan olub. Autizm sindromunitq inkişafı geriliyi var. Yasamal rayonundakı 153 nömrəli tam orta məktəbdə inklüziv təhsil alıb. "Saglam Gələcəyə Yardım” İctimai Birliyi, "Birgə və Sağlam”, Bakı Uşaq Teatrı, A.Şaiq adına Kukla Teatrı, "Bacarıqlı Əllər Dünyası”, Tofiq İsmayılov adına Uşaq Qalereyası və s. yerlərdə müxtəlif dərnəklərdə təlimlər keçib. Stolüstü tennisyüngül atletika üzrə bir çox yarışlarda iştirak edərək qalib olub. "Birgə və Sağlamda autizmli gənclərin çalışdığı "Kasalata” kafe-atelyedə peşə, ənənəvi incəsənət vasitəsilə İnklüziv Təhsil Layihəsində keramikafoto təlimləri də alır. "Möcüzə” rəqs qrupunun üzvü olan Şamxal həm də özəl əl qabiliyyətinə malikdir - rəsmləri adamı heyran qoyur...”

Milliyyətcə mesxeti türkü olan Umarova Astımaral Əziz qızının 15 yaşı var. O, yalnız əl işləri ilə fərqlənmir, həm də gözəl rəqs edir. Tikmə, toxumamuncuqlarla işləməyi sevir. "Bacarıqlı Əllər” dərnəyinin həm məsuliyyətli üzvü, həm də çalışqanlarındandır.

Nigar Süleymanzadənin də 15 yaşı var. Eşitməsi qüsurlu olan Nigar həm də nitq məhdudiyyətlidir. O da çox gözəl rəqs edir. Toxumaları və ümumiyyətlə, əl işləri onda əla alınır, müəllimi razılıq edir. Deyir ki, ilk başlayanda çətinlikləri az olmamışdı. Lakin indi onun əl işləri fərqlənir. Nigarın biserlərlə işləmək və rəsm çəkmək qabiliyyəti də var.

 

 

Rəngbərəng darı muncuqlarından yaradılan pələng

 

Mayılzadə Fatimə də təşkilatın təlimlərindən yararlanır. Gözəl əl qabiliyyətlidir: muncuqtoxuma işlərini bacarır, dəzgahda palaz, milçə ilə papaq, şərf və s. toxuyur. Suvenir, saç sancağı düzəltməyi bacarır. Rəssamlıq Akademiyasının təşkil etdiyi rəsm əsərləri müsabiqələrində dəfələrlə I, II və III yerlərin qalibi olub.

Fatimənin anası Rəxşəndə Şiriyevanın yüksək qiymət verilən əl işləri var - muncuqdan qəndqabı, səbət toxuyur.

Bu ailədə əl qabiliyyəti ilə seçilənlərin hər biri barədə geniş söz açmasaq da, Mustafa Abdullayevin, Bəsti Hüseynovanın, Gülnar Cabbarovanın xüsusi istedad sahibi olmalarını qeyd etməliyik. Əlbəttə, belə "qızıl barmaqlılar” barəsində yazmaq, təqdim etmək həm də onların sağlam həyat uğrunda mübarizə aparmalarına bir stimul, cəmiyyətə inteqrasiyalarına təkan deməkdir.

 

 

Məhəmməd NƏRİMANOĞLU

Azərbaycan.-2020.- 15 mart.- S.6.