“Zənginləşən xəzinəmiz”dən yeni virtual soraqlar

 

Azərbaycan Milli Xalça Muzeyində "Zənginləşən xəzinəmiz” adlı sərginin virtual açılışı olub. Muzeyin direktoru, Əməkdar mədəniyyət işçisi Şirin Məlikova bildirib ki, sərgini onlayn şəkildə açmaq qərarına gəliblər: "Çünki texnoloji tərəqqi əsrində Milli Xalça Muzeyi dünya şəbəkəsinin saysız-hesabsız yeniliklərini mənimsəməlidir. Ziyarətçilərimiz internet vasitəsilə real zaman rejimində muzeyin sosial şəbəkə səhifəsindən bizi izləyə bilərlər”.

Sərgidə 2017-ci ildən bu günədək kolleksiyaların zənginləşdirilməsi məqsədilə əldə edilən xovluxovsuz xalçalar, onların məmulatları, zərgərlik nümunələri və geyimlər təqdim olunur. Son üç ildə muzeyin kolleksiyalarına 68 əşya daxil edilib, onlardan bəzilərinin təqdimat mərasimi də keçirilib. Növbəti təqdim olunan nümunələrdən 21 eksponat isə ilk dəfə sərgilənir.

Sərgidə diqqəti cəlb edən qiymətli eksponatlardan biri muzeyin tarixində ilk dəfə məşhur "Sothebys” hərrac evindən əldə edilən zərgərlik nümunəsi - qadın asma bəzəkləridir. Qacarlar dövrünə xas üslubda, yüksək bədii zövqlə hazırlanan bu bəzəklər XIX əsrə aiddir. Onlar öz üslub xüsusiyyətlərinə görə muzeyin zərgərlik kolleksiyasında yer alan eksponatlar arasında unikal nümunələrdir.

ABŞ vətəndaşları Hilari-Dumas JonesJay Jones tərəfindən muzeyə hədiyyə edilən Quba xalçaçılıq məktəbinin ən məşhur kompozisiyalarından olan "Qonaqkənd” xalçası da sərgidə nümayiş olunur.

Kolleksiyaçılar tərəfindən bədii, elmi əhəmiyyət kəsb edən əşyaların təmənnasız olaraq muzeyə bağışlanması onların bu mədəniyyət ocağına böyük etibar etdiklərinin göstəricisidir. Muzey dövlət və özəl sektorda fəaliyyət göstərən təşkilat və fiziki şəxslərlə, o cümlədən Heydər Əliyev Fondu, Dövlət Gömrük Komitəsi, AMEA-nın ArxeologiyaEtnoqrafiya İnstitutus. qurumlarla sıx əməkdaşlıq edir. Bu təşkilatlar tərəfindən hədiyyə edilən əşyalar öz kompozisiyası, texnikası, rəng harmoniyası və ornamentlərinin zərifliyi ilə muzeyin ekspozisiyasında layiqli yer tutur.

Tədbirdə həmçinin muzey tərəfindən hazırlanan "Azərbaycan Milli Xalça Muzeyinin kolleksiyasından zərgərlik inciləri” adlı kitabın təqdimatı da keçirilib. Kitabda kolleksiyanın yaranma tarixi, burada qorunan müxtəlif çeşidli qadın və kişi zərgərlik nümunələri, bu sənətdə istifadə edilən ənənəvi texnikalar və Azərbaycanın tanınmış zərgərləri haqqında müfəssəl məlumat yer alıb. Kitabın geniş oxucu kütləsinə çatdırılması məqsədilə mətnlər Azərbaycan, ingilisrus dillərində verilib.

"Zənginləşən xəzinəmiz” sərgisi martın 26-dək ziyarətçilər üçün açıq olacaq.

 

 

Azərbaycan.-2020.- 15 mart.- S.6.