“Qarabağnamə” nümayiş ediləcək
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının repertuarında xüsusi yer tutan "Qarabağnamə” tamaşası növbəti dəfə 31 mart - Azərbaycanlıların soyqırımı günü münasibətilə nümayiş olunacaq.
Teatrın
mətbuat xidmətindən bildirilib ki, Xalq
yazıçısı, görkəmli dramaturq İlyas Əfəndiyevin
"Hökmdar və qızı” əsəri əsasında
hazırlanan tamaşanın rejissoru Xalq artisti Mərahim Fərzəlibəyov,
quruluşçu rəssamı İsmayıl Məmmədovdur.
Martın
29-da nümayiş ediləcək tamaşada rolları Xalq
artistləri Kazım Abdullayev, Firəngiz Mütəllimova,
Rafiq Əzimov, Hacı İsmayılov, Əli Nur, Ramiz Məlik,
Əjdər Həmidov, Əməkdar artistlər Elxan Quliyev, Məsmə
Aslanqızı, Elnar Qarayev, Aslan Şirin, Kazım Həsənquliyev,
Elşən Cəbrayılov, Əminə Babayeva, aktyorlar
İlyas Əhmədov, Ləman İmanova, Elnur Qədirov, Rada
Nəsibova ifa edəcək.
Tamaşanın
musiqi tərtibatçısı Həmid Kazımzadə, geyim
rəssamı Aygün Mahmudova, işıq üzrə rəssamı
Rafael Həsənovdur.
Səhnə
əsərində XVIII əsrdə Qarabağ
xanlığının mərkəzi olan Şuşada baş
vermiş tarixi hadisələrdən və Qarabağ
hökmdarı İbrahim xanın ictimai-siyasi, ailə-məişət
həyatından bəhs edilir.
O
dövrdə xanlıqlara bölünmüş Azərbaycana
yiyələnmək istəyən Rusiya və İranla siyasi əlaqələri
və dostluq münasibətlərini bərqərar etməyə
çalışan İbrahim xan erməni fitnəkarlığının
qurbanı olur.
Azərbaycan.-2020.-
15 mart.- S.6.