Qədim diyarın tarixini əks etdirən muzey

 

 

M.A.Əliyev adına Lənkəran Tarix Diyarşünaslıq Muzeyində xalqımızın qədim və müasir tarixinə aid minlərlə eksponat nümayiş etdirilir. Onlar muzeyə gələnlərin böyük marağına səbəb olur.

Muzeyə o cümlədən xarici turistlər də baş çəkir və burada xüsusilə qədim dövrə aid əşyalara heyranlıqla tamaşa edirlər. Belə ki, muzeydə Daş dövrünə aid həvəngdəstə, çəkiclər, sümükdən hazırlanmış bıçaqlar və s. qorunub saxlanır. Burada eləcə də Tunc dövrünə aid silahlar və qadın bəzək əşyaları toplanıb. XX əsrin əvvəllərində Lənkəranda açılmış Behcət məktəbinin adının həkk olunduğu daş lövhə də ən çox diqqəti cəlb edən eksponatlardandır.

Muzeydə həmçinin Lənkəranın müxtəlif dövrlərdə yaşamış, qurub-yaratmış görkəmli insanları haqqında geniş məlumat əldə etmək mümkündür.

 

Azərbaycan.-2020.- 15 mart.- S.8.