Xüsusi
dövlət mühafizəsi sahəsində idarəetmənin
təkmilləşdirilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının
109-cu maddəsinin 31-ci bəndini
rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Respublikasının Xüsusi
Dövlət Mühafizə
Xidməti ləğv
edilsin.
2. Ləğv edilmiş Azərbaycan Respublikasının Xüsusi
Dövlət Mühafizə
Xidmətinin əsasında
aşağıdakı dövlət
orqanları yaradılsın:
2.1. Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti;
2.2. Azərbaycan Respublikasının Xüsusi
Rabitə və İnformasiya Təhlükəsizliyi
Dövlət Xidməti;
2.3. Azərbaycan Respublikasının Strateji
Obyektlərin Mühafizəsi
Dövlət Agentliyi.
3. Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti,
Azərbaycan Respublikasının
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət
Xidməti və Azərbaycan Respublikasının
Strateji Obyektlərin Mühafizəsi Dövlət
Agentliyi müvafiq olaraq əsasnamələrinin,
strukturlarının və
ali zabit heyəti vəzifələrinin
siyahılarının layihələrini,
habelə hərbi qulluqçuları və işçilərinin say həddi
barədə təkliflərini
2 ay müddətində Azərbaycan
Respublikasının Prezidentinə
təqdim etsin.
4. Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti,
Azərbaycan Respublikasının
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət
Xidməti və Azərbaycan Respublikasının
Strateji Obyektlərin Mühafizəsi Dövlət
Agentliyi müvafiq əsasnamələri təsdiq
edilənədək Azərbaycan
Respublikası Prezidentinin
2012-ci il 26 dekabr tarixli 794 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının
Xüsusi Dövlət
Mühafizə Xidməti
haqqında Əsasnamə”də
müvafiq hissələrdə
nəzərdə tutulan
vəzifələrin həyata
keçirilməsini təmin
etsinlər.
5. Azərbaycan Respublikasının Nazirlər
Kabineti:
5.1. "Azərbaycan Respublikasının Milli Qvardiyasının statusu haqqında” Qanun layihəsini 2 ay müddətində
Azərbaycan Respublikasının
Prezidentinə təqdim
etsin;
5.2. bu
Fərmandan irəli gələn digər məsələləri həll
etsin.
İlham
ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı
şəhəri, 16 mart 2020-ci il
Azərbaycan.-
2020.- 17 mart.- S. 2.