Boz ay
Gah bozarır, gah qızarır,
Gah qızarır, gah bozarır.
Günəş
çıxır, tez də batır
Yazla
Qışın arasında.
Hava meyxoş, hava sərin,
Qışla
Yazın arasında.
Bu nə qışdır, bu nə yazdır?
Soyuq çoxdur, isti azdır.
Günəş
doğur, bəs Günəşin,
O
istisi harda qalıb?
O
həniri, hərarəti,
Yoxsa ondan qışmı alıb?
Soyuq, şaxta yerə hopub
İşləmişdir
iliyinə.
Şehlər
dönüb qrov olub,
Səpələnib
Yer üzünə!
Qar da, buz da yağış təkin,
Çisək
təkin tez-tez yağır.
Qarı
Nənə ətəyini
Bulud kimi tez-tez sıxır.
Qara bulud durulaşır,
Pambıq
kimi dümağ olur.
Qara
yağış - Ağ yağışa,
Yağa-yağa ürcah olur.
Quşlar
damı hasarından
Yuvasını
sökür daha.
Ağacların
kəlləsində
Yeni yuva tikir daha.
Qonur
köhnə ovlağına.
Sanki
çıxır yaylağına.
Hamı
yaza hazırlaşır,
Sığırçınlar
qaqqıldaşır.
Durna köçü səmt götürür.
Karvan
çəkib köhnə yurda!
Bülbüllər
də tez-tez ötür
O
qoruqda, bu qoruqda.
Boz Ay dönüb qızardıqca
Boz bülbüllər
sarı olur.
İlk çiçəyi qoxlayan da
Bal toplayan arı olur!
Boz Ay Qışı sıxışdırır,
Yaza yeni yollar
açır!
Qışdan sonra gələn
Yaza
Çöllər geniş qollar açır.
Xonça tutub el-obalar,
Sanki Yazı izləyirmiş.
Düzlər boyu xalı
sərmiş,
Sanki gəlin gözləyirmiş!
Torpağa bax, torpağa
Torpağa bax, torpağa,
Sanki qalxır ayağa.
Buxarlanır nəfəsi,
Oyanıbdır həvəsi.
Qızıl öküz tərpənir,
Torpaq sanki dillənir:
Çəmənim harda qaldı?
Səmənim harda qaldı?
Getdi qarlı yorğanım,
Getdi çənim, dumanım!
Gəlsin xalı-xalçalar,
Yollar boyu yoncalar,
Qoy bağ olsun, əkin olsun,
Mənim ana qucağım!
Səpin olsun, biçin
olsun,
Gülsün hər
bir bucağım!..
Əhməd
CAVAD
Azərbaycan.- 2020.- 17 mart.- S. 7.