“Azərbaycan
Respublikasının Moskva şəhəri
ilə əməkdaşlıq üzrə Hökumət
Komissiyasının yeni tərkibinin təsdiq
edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 10 oktyabr tarixli 1724 nömrəli
Sərəncamında dəyişiklik edilməsi haqqında
Azərbaycan
Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan
Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq qərara alıram:
1.
"Azərbaycan Respublikasının Moskva şəhəri ilə əməkdaşlıq
üzrə Hökumət Komissiyasının yeni
tərkibinin təsdiq edilməsi barədə” Azərbaycan
Respublikası Prezidentinin 2006-cı il 10 oktyabr tarixli
1724 nömrəli Sərəncamının (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2006, ¹ 10, maddə 865; 2009, ¹ 7, maddə 589; 2012, ¹ 2, maddə 139; 2014, ¹ 2,
maddə 112, ¹ 6, maddə 644; 2016, ¹ 8, maddə 1384) 1-ci hissəsi
ilə təsdiq edilmiş Hökumət
Komissiyasının tərkibi aşağıdakı redaksiyada verilsin:
"Komissiyanın
həmsədri
Bakı
Şəhər İcra Hakimiyyətinin
başçısı
Komissiyanın
üzvləri
Azərbaycan
Respublikası Xarici İşlər nazirinin müavini
Azərbaycan
Respublikası İqtisadiyyat nazirinin müavini
Azərbaycan
Respublikası Kənd Təsərrüfatı nazirinin
müavini
Azərbaycan Respublikası Gənclər və İdman nazirinin müavini
Azərbaycan Respublikası Səhiyyə nazirinin müavini
Azərbaycan Respublikası Təhsil nazirinin müavini
Azərbaycan Respublikası Mədəniyyət nazirinin
müavini
Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin sədri
Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin sədri
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi
Agentliyinin sədri
Azərbaycan Respublikası Dövlət Gömrük
Komitəsi sədrinin
müavini
Azərbaycan Respublikasının Rusiya Federasiyasında fövqəladə və səlahiyyətli səfiri.”.
2. Azərbaycan Respublikasının
Xarici İşlər
Nazirliyi bu Sərəncamın 1-ci hissəsi
ilə edilən dəyişiklik barədə
Rusiya Federasiyası tərəfinə bildiriş
göndərsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 17
mart 2020-ci il
Azərbaycan.- 2020.-
18 mart.- S. 2.