“Texniki
tənzimləmə haqqında” Azərbaycan
Respublikasının 2019-cu il 30 sentyabr tarixli 1669-VQ
nömrəli Qanununun tətbiqi barədə”
Azərbaycan Respublikası Prezidentinin
2019-cu il 26 noyabr tarixli 863 nömrəli Fərmanında dəyişiklik
edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin
Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının
109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq,
"Texniki tənzimləmə
haqqında” Azərbaycan
Respublikasının 2019-cu il 30 sentyabr tarixli 1669-VQ nömrəli
Qanununun tətbiqi ilə əlaqədar qərara alıram:
"Texniki tənzimləmə
haqqında” Azərbaycan
Respublikasının 2019-cu il
30 sentyabr tarixli 1669-VQ
nömrəli Qanununun
tətbiqi barədə”
Azərbaycan Respublikası
Prezidentinin 2019-cu il 26
noyabr tarixli 863 nömrəli Fərmanına
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2019, ¹ 11, maddə 1711) aşağıdakı
məzmunda 2.4-cü bənd
əlavə edilsin:
"2.4. həmin Qanunun 7.7-ci,
7.8-ci, 7.9-cu, 7.10-cu maddələrində,
7.11-ci maddəsinin ikinci
cümləsində (birinci
halda), 7.14-cü maddəsinin
ikinci cümləsində
(ikinci halda), 9.1-ci maddəsində, 13.5-ci maddəsinin
ikinci cümləsində,
13.9-cu, 13.10-cu (ikinci halda)
maddələrində, 13.12-ci maddəsinin ikinci cümləsində, 14.9-cu maddəsinin
ikinci cümləsində,
15.1-ci, 16.1-ci maddələrində "orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının İqtisadiyyat
Nazirliyi nəzərdə
tutulur.”.
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
17 mart 2020-ci il
Azərbaycan.- 2020.- 18 mart.- S. 2.