Azərbaycan
Respublikası Prezidentinin “Azərbaycan
Respublikası İnzibati Xətalar Məcəlləsinin
təsdiq edilməsi haqqında” Azərbaycan
Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli
Qanununun tətbiqi barədə” 2016-cı
il 15 fevral tarixli 795 nömrəli və “İnzibati
xətalar haqqında işlərə baxmağa
səlahiyyəti olan vəzifəli şəxslərin
Siyahısı”nın təsdiq edilməsi barədə” 2017-ci
il 23 fevral tarixli 1256 nömrəli fərmanlarında dəyişiklik
edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin
Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının
109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq,
"Azərbaycan Respublikasının
İnzibati Xətalar Məcəlləsində dəyişiklik
edilməsi haqqında”
Azərbaycan Respublikasının
2019-cu il 8 oktyabr tarixli 1673-VQD nömrəli Qanununun icrası ilə əlaqədar qərara alıram:
1. "Azərbaycan Respublikası
İnzibati Xətalar Məcəlləsinin təsdiq
edilməsi haqqında”
Azərbaycan Respublikasının
2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan
Respublikası Prezidentinin
2016-cı il 15 fevral tarixli 795 nömrəli Fərmanının (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2016, ¹ 2 (II kitab),
maddə 259, ¹ 3, maddə
460, ¹ 4, maddə 670, ¹ 6, maddələr
1025, 1063, ¹ 7, maddə 1272, ¹ 9, maddə 1468, ¹ 10, maddələr
1614, 1638; 2017, ¹ 2, maddələr 176, 202, ¹
3, maddə 351, ¹ 4, maddələr
530, 537, ¹ 6, maddə 1101, ¹ 7, maddələr 1314, 1346, ¹ 8, maddə
1521, ¹ 9, maddə 1637, ¹ 10, maddələr
1788, 1798, ¹ 11, maddələr 2003, 2027, ¹ 12
(I kitab), maddələr
2290, 2320; 2018, ¹ 1, maddə 36, ¹ 2, maddələr 198, 201, ¹ 3, maddələr
418, 428, 443, 445, ¹ 5, maddələr 914, 918,
926, 955, ¹ 6, maddələr 1225, 1234, ¹ 7 (I kitab), maddələr 1465,
1477, 1494, 1504, ¹ 8, maddələr 1678, 1697,
¹ 9, maddə 1840, ¹ 11, maddələr
2244, 2256, 2273, 2289, ¹ 12 (I kitab), maddələr 2541, 2566, 2573, 2610; 2019, ¹ 1, maddələr 52, 68, ¹ 3, maddə
426, ¹ 4, maddələr 602, 630, ¹ 5, maddələr 825, 846, 852, ¹ 6, maddələr
1035, 1046, ¹ 8, maddələr 1395, 1401, ¹ 11,
maddə 1700) 5.64-cü bəndində
"562.3-cü maddəsində” sözləri "391-1 və
562.3-cü maddələrində” sözləri ilə əvəz edilsin.
2. Azərbaycan Respublikası
Prezidentinin 2017-ci il 23
fevral tarixli 1256 nömrəli Fərmanı
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2017, ¹ 2, maddə 200, ¹ 6, maddə
1105, ¹ 9, maddə 1638, ¹ 11, maddə
1984; 2018, ¹ 2, maddə 199, ¹ 3, maddələr 415, 419, 429, ¹ 5, maddələr
915, 927, ¹ 7 (I kitab), maddə
1481, ¹ 8, maddə 1698, ¹ 11, maddələr
2242, 2289, ¹ 12 (I kitab), maddələr
2566, 2597; 2019, ¹ 1, maddə 82, ¹ 2, maddə 213, ¹ 3, maddə
426; ¹ 4, maddələr 620, 630, 649, ¹ 5, maddələr 819, 862) ilə
təsdiq edilmiş
"İnzibati xətalar
haqqında işlərə
baxmağa səlahiyyəti
olan vəzifəli şəxslərin Siyahısı”nın
3.3-cü bəndinin sonunda
nöqtə işarəsi
nöqtəli vergül
işarəsi ilə əvəz edilsin və aşağıdakı
məzmunda 3.4-cü bənd
əlavə edilsin:
"3.4. Məcəllənin 391-1-ci maddəsində
nəzərdə tutulmuş
inzibati xətalar haqqında işlərə
- ədliyyə naziri,
onun müavinləri, Nazirliyin Aparatının Qeydiyyat və notariat baş idarəsinin rəisi, onun müavini, Nazirliyin yanında Dövlət notariat arxivinin müdiri, Naxçıvan Muxtar Respublikasının ədliyyə
naziri, onun müavini, Naxçıvan
Muxtar Respublikası Ədliyyə Nazirliyi Aparatının qeydiyyat və notariat üzrə müvafiq səlahiyyətli struktur qurumunun rəhbəri və Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi yanında Dövlət notariat arxivinin müdiri.”.
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
17 mart 2020-ci il
Azərbaycan.- 2020.- 18 mart.- S. 2.