Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 29 dekabr tarixli 51 nömrəli Fərmanı ilə təsdiq edilmiş “20 Yanvar şəhidi” fəxri adı haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

 

Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 29 dekabr tarixli 51 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, ¹12, maddə 765; 2009, ¹ 6, maddə 423) ilə təsdiq edilmiş "20 Yanvar şəhidifəxri adı haqqında Əsasnamə”nin 5-ci hissəsinin birinci bəndinə "haqqındasözündən sonra "bu Əsasnamənin əlavəsində müəyyən olunmuş formadasözləri əlavə edilsin həmin hissənin ikinci bəndi ləğv edilsin.

 

İlham ƏLİYEV,

 

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 16 mart 2020-ci il

 

Azərbaycan.- 2020.- 18 mart.- S. 2.