Hökumət sahibkarlara dəstək üçün
təkliflər hazırlayır
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı ilə martın 17-də Baş Nazir Əli Əsədovun yanında iqtisadi məsələləri müzakirə etmək üçün hökumətin iclası keçirilib.
Nazirlər Kabinetinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, iclasda koronavirus pandemiyasının qlobal miqyasda yaratdığı mənfi mühitin Azərbaycan iqtisadiyyatına mümkün təsirləri və qabaqlayıcı tədbirlər haqqında müzakirələr aparılıb.
Hökumətə
tapşırılıb ki, bir həftə ərzində ticarət, ictimai iaşə və nəqliyyat sahələrində
tətbiq edilən məhdudlaşdırıcı tədbirlərin
təsiri nəticəsində sahibkarlara dəyə
biləcək itkilərin minimuma endirilməsi
üçün dövlət tərəfindən
müxtəlif formalarda dəstək
verilməsi də daxil olmaqla
təkliflər paketi hazırlasın.
Azərbaycan.- 2020.- 18 mart.- S. 3.