Ermənistanda siyasi çaxnaşma böyüyür

 

Paşinyan iqtidarı vətəndaşların təhlükəsizliyini qoruya bilmir

 

Ermənistanda cərəyan edən son hadisələr bu ölkənin sosial-iqtisadi sahəsində olduğu kimi, siyasi həyatında da problemlərin artdığından xəbər verir. Belə görünür ki, Paşinyan hakimiyyəti ilə sabiq iqtidar təmsilçiləri arasında kəskinləşən qarşıdurma ölkədə yeni xaosun formalaşmasına zəmin yaradır, ictimai-siyasi proseslərin daha gərgin mərhələyə qədəm qoyduğunu göstərir.

Belə durumda ən çox diqqəti cəlb edən məqamlardan biri də Ermənistanda PaşinyanKonstitusiya Məhkəməsi ətrafındakı gərginliyin ən yüksək həddə çatmasıdır. Buna paralel olaraq aprelin 5-də keçiriləcək referendumda əksər siyasi qüvvələr iştirak etmək istəmədiklərini bildirdikləri halda, Paşinyan geri çəkilmək niyyətində deyil.

"Qolos Armenii” saytı yazır ki, Paşinyan bir müddət əvvəl əyalətlərin birində olarkən çıxış edəcəyi auditoriyanı doldurmaq üçün müəllimlərdən şagirdləri məktəbə çağırmasını tələb etmişdi. Yeri gəlmişkən, bu gün ölkədə koronavirusla bağlı təhlükənin böyüdüyün bildirən sayt, qəribə də olsa, Ermənistandakı çaxnaşmanın səbəbini yayılan virusda deyil, hökumətdə axtarır: "Maraqlıdır ki, ötən şənbə Paşinyanla görüşən səhiyyə naziri Arsen Torosyan görüşdən sonra jurnalistlərlə görüşməmək üçün hökumət binasını gizli yolla tərk etmişdi. Paşinyan və komandası naşı fəaliyyətləri ilə bir neçə gün ərzində dövlətin və vətəndaşların təhlükəsizliyini təmin edə bilmədiklərini ortaya qoydular. Bu gün aparıcı ölkələr dünyanı bürüməkdə olan iqtisadi böhrana qarşı mübarizə tədbirləri apardıqları halda, Paşinyan məzuniyyətə çıxıb referendumla bağlı təşviqat aparır. Dünyanın bütün rəhbərləri öz vətəndaşlarını böyük izdihamlardan çəkinməyə çağırdığı halda, "Mənim addımım” fraksiyasının nazir və deputatları insanları aprelin 5-də seçki məntəqələrinə gəlməyə çağırırlar”.

Bildirilir ki, bu gün Paşinyan üçün xalqın sağlamlığın o qədər də önəm kəsb etmir. Hazırda baş naziri aprelin 5-də "Bəli” deyəcək 650 minlik səs düşündürür. Paşinyan üçün ölkədəki koronavirusla bağlı baş verənlər elə də önəmli deyil: "650 minlik səs qazana biləcəyinə şübhə edən Paşinyan qaçılmaz fiaskodan xilas olmaq üçün bir epidemiya təhlükəsindən istifadə etməyə təşəbbüs göstərmək istəyir. Çünki baş nazir də təqribən 6 milyon dollara başa gələcək referendum əvəzinə ölkədə neçə evsizin ev şəraitinin yaxşılaşdırıla biləcəyini anlayır”.

Hazırda Ermənistan üçün hələ də ən aktual problemlərdən biri ölkə əhalisinin xarici ölkələrə köçünün davam etməsidir. Rusiyanın rəsmi mənbələrinin verdiyi məlumata görə, bu ölkənin miqrasiya reyestrində qeydiyyata alınan ermənilərin sayı 300 mindən çoxdur. Bununla yanaşı, Rusiyanın ayrı-ayrı əyalətlərində qanuni işləyən ermənilər də var ki, onların da sayı artıq 100 mini ötməkdədir. Maraqlıdır ki, bunları etiraf edən erməni rəsmiləri soydaşlarının xaricə, ən çox halda isə Rusiyaya üz tutmalarını onların yaxşı bir həyat axtarışı ilə əlaqələndirsələr də, onların Ermənistanda qalan ailələrinin sonda dağılması ilə yekunlaşdığını gizlətmirlər.

Bunu yaxşı anlayan erməni rəsmiləri çıxış yolu kimi müxtəlif variantlar axtarışındadırlar. Məsələn, bu günlərdə yaradılan "Ermənistan Caritas” xeyriyyə təşkilatı daha çox Avrasiya İqtisadi Birliyi ölkələrinə üz tutan ermənilərin işləməsi və onların qalmaları ilə bağlı problemlərin həlli istiqamətində aparır. Qeyd edək ki. bu gün Ermənistandan Rusiyaya köç edən erməni ailələrinə məhdudiyyət qoymaq üçün Ermənistan rəhbərliyi müxtəlif variantlardan yararlanmağa çalışır. Məsələn, hazırda erməni hüquq müdafiəçiləri Ermənistanı tərk edən ailələrə məktəbəqədər uşaqları özləri ilə aparmamağa çağırır. Yeri gəlmişkən, bildirək ki, Rusiyada miqrant ailəsində uşağın doğulması faktı onun vətəndaşlığına təsir göstərmir. Yəni bu ölkədə xaricdən gələn ailədə doğulan körpənin valideynindən övladının Federal Miqrasiya Xidmətində qeydiyyata aldırması tələb olunur.

"Joxovurd” qəzeti yazır ki, Ermənistanda hakimiyyət dəyişikliyindən sonra da qalan mövcud problemlər əhalinin yaşayış səviyyəsini minimuma endirib. Aparılan qeyri-konstruktiv siyasət nəticəsində bütün beynəlxalq enerji, neft-qaz layihələrindən kənarda qalan Ermənistan indi yalnız ianələrə ümid bəsləyir. Əyalət sakinləri deyirlər ki, dünyadakı maliyyə böhranı problemləri səbəbindən xaricdə yaşayan yaxınlarından da yardımlar kəsilib. Bu faktı statistika xidməti də təsdiqləyir. Məlumata əsasən, Ermənistana pul transferlərinin həcmi üç ildir azalan temp üzrə davam edir. Qeyd olunur ki, hər il ölkəni tərk edənlər sırasında yer alan 10 minlərlə vətəndaş sonradan geri qayıtmır. Onların əksəriyyəti 18-65 yaş arasında olan insanlardır. Bu proses davam etsə, bir neçə ildən sonra Ermənistan əhalisinin sayı bir milyondan da az olacaq.

Bunlar göstərir ki, qarşıdakı dövr heçPaşinyan iqtidarı üçün asan olmayacaqbu hal ölkədə gərginliyi daha da artıracaq.

 

Elçin CƏFƏROV

 

Azərbaycan.- 2020.- 18 mart.- S. 8.