Yeni Azərbaycan Partiyası koronavirusa qarşı mübarizəyə qoşulur
Yeni Azərbaycan Partiyası özünün çoxsaylı üzvlərinin təkliflərini nəzərə alaraq koronavirus xəstəliyinə qarşı mübarizədə ehtiyacı olan vətəndaşlara Nazirlər Kabineti yanında operativ qərargahın tövsiyələrinin yerinə yetirilməsi işində mümkün köməkliyin göstərilməsi, zəruri məlumatların çatdırılması, maarifləndirmə işlərinin aparılması məqsədilə təşkilatın bütün strukturlarını səfərbər edib.
Bu barədə AZƏRTAC-a Yeni Azərbaycan Partiyasından məlumat verilib.
Bildirilir ki, dünyanı ciddi təşvişə
salan, minlərlə insanın ölümünə
səbəb olan koronavirus pandemiyasına qarşı mübarizə
Azərbaycan hökumətinin
fəaliyyətində ön
plana çıxıb. Azərbaycan
Respublikasının Prezidenti
İlham Əliyevin tapşırığı əsasında,
Nazirlər Kabineti yanında yaradılmış
operativ qərargah koronavirusun yayılmasının
qarşısının alınması
istiqamətində gərgin
iş rejimində səmərəli fəaliyyət
göstərir. Epidemioloji vəziyyət
ciddi nəzarət altında saxlanılır,
virusa yoluxma hallarının qarşısının
alınması, zəruri
profilaktik tədbirlərin
görülməsi ilə
əlaqədar vacib addımlar atılır, əhaliyə lazımi məlumat və tövsiyələr verilir.
Təcrübə göstərir ki,
bütün cəmiyyət
və ayrılıqda
hər bir vətəndaş virusa yoluxmaların qarşısının
alınmasında mühüm
rol oynaya bilər və oynamalıdır.
Həmçinin qeyd olunur ki,
Yeni Azərbaycan Partiyasının gəncləri
sosial şəbəkələr
üzərindən operativ
qərargahın tövsiyələrinin
əhali arasında yayılmasına köməklik
göstərmək məqsədilə
aksiyalar təşkil etməyi qərara alıb.
Azərbaycan.- 2020.- 19 mart.- S.
6.