Azərbaycan
Respublikasının İnzibati Xətalar
Məcəlləsində dəyişiklik edilməsi
haqqında
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli
Məclisi Azərbaycan
Respublikası Konstitusiyasının
94-cü maddəsinin I hissəsinin
17-ci bəndini rəhbər
tutaraq qərara alır:
Azərbaycan Respublikasının İnzibati
Xətalar Məcəlləsində
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2016, ¹ 2 (I kitab), maddə
202, ¹ 3, maddələr 397, 403, 429, ¹ 4, maddələr 631, 647, 654, ¹ 5, maddələr
835, 846, ¹ 6, maddələr 997, 1010, ¹ 7, maddələr 1247, 1249, ¹ 10, maddə
1608, ¹ 11, maddələr 1769, 1774, 1781,
1783, 1786, 1788, ¹ 12, maddələr 1984,
2000, 2009, 2024, 2049; 2017, ¹ 1, maddə 21, ¹
2, maddələr 147, 152, 162, ¹ 3, maddələr 331, 344, ¹ 5, maddələr
698, 701, 734, 749, 754, ¹ 6, maddələr
1020, 1033, 1036, ¹ 7, maddələr 1273, 1296,
1297, 1299, ¹ 11, maddələr 1964, 1966,
1969, 1979, ¹ 12 (I kitab), maddələr
2214, 2217, 2220, 2233, 2237, 2240, 2253, 2256, 2266; 2018, ¹ 1, maddə 19, ¹ 2, maddələr
160, 162, 163, ¹ 3, maddələr 383, 401, 404,
¹ 4, maddə 646, ¹ 5, maddələr
857, 860, 862, 876, 883, ¹ 6, maddələr
1153, 1168, ¹ 7 (I kitab), maddələr
1435, 1437, 1438, ¹ 10, maddə 1963, ¹ 11, maddələr 2188, 2191, 2214, 2217, 2231, ¹ 12 (I kitab), maddələr 2473,
2475, 2499, 2507, 2512, 2522; 2019, ¹ 1, maddələr
4, 6, 15, 18, 44, ¹ 3, maddələr 374, 389, ¹
4, maddələr 579, 581, 587, 595, ¹ 5, maddələr 791, 800, 803, 804, 813, ¹ 6, maddələr 992, 998, 1007, ¹ 7, maddə
1193, ¹ 8, maddələr 1364, 1367, 1368, 1381 və 1383, ¹ 11, maddələr
1682, 1686, 1696, ¹ 12, maddələr 1883,
1900) aşağıdakı dəyişikliklər edilsin:
1. 43.1-ci maddədə "204-208,” rəqəmlərindən
sonra "211,” rəqəmləri
əlavə edilsin.
2. 211-ci maddə aşağıdakı
redaksiyada verilsin:
"Maddə 211. Epidemiya
əleyhinə rejimin,
sanitariya-gigiyena və
karantin rejimlərinin pozulması
Epidemiya
əleyhinə rejimin,
sanitariya-gigiyena və
karantin rejimlərinin pozulmasına görə -
fiziki şəxslər
yüz manatdan iki yüz manatadək
məbləğdə, vəzifəli
şəxslər min beş
yüz manatdan iki min manatadək məbləğdə cərimə
edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti
nəzərə alınmaqla,
bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər iki min manatdan beş min manatadək məbləğdə
cərimə edilir.
3. 388-1-ci
maddə üzrə:
3.1. maddənin adında
və 388-1.1.1-ci maddənin
dispozisiyasında "ehtiyatında”
sözündən sonra
"və ya informasiya-telekommunikasiya şəbəkəsində”
sözləri əlavə
edilsin;
3.2.
388-1.1-ci maddənin dispozisiyasında
"sahibi” sözündən
sonra "və ya informasiya-telekommunikasiya şəbəkəsinin istifadəçisi”
sözləri əlavə
edilsin;
3.3.
388-1.1-ci maddənin sanksiyası
aşağıdakı redaksiyada
verilsin:
"fiziki şəxslər beş yüz manatdan min manatadək, vəzifəli şəxslər
min manatdan min beş yüz manatadək məbləğdə cərimə
edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti
nəzərə alınmaqla,
bir ayadək müddətə inzibati həbs tətbiq edilir, hüquqi şəxslər min beş
yüz manatdan iki min manatadək məbləğdə cərimə
edilir.”.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 17 mart 2020-ci il
Azərbaycan.- 2020.- 20 mart.- S.
3.