“Sahibkarlıq sahəsində
aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan
Respublikasının Qanununda dəyişiklik
edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli
Məclisi Azərbaycan
Respublikası Konstitusiyasının
94-cü maddəsinin I hissəsinin
1-ci bəndini rəhbər
tutaraq qərara alır:
"Sahibkarlıq sahəsində
aparılan yoxlamaların
dayandırılması haqqında”
Azərbaycan Respublikası
Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2015, ¹ 10, maddə
1109; 2017, ¹ 11, maddə 1973; 2018, ¹ 11, maddə 2232, ¹ 12 (I kitab), maddə 2520; 2019, ¹ 2, maddə
202, ¹ 6, maddə 1006) 2.1-ci maddəsinin
birinci cümləsinə
birinci halda "tərəfindən” sözündən
sonra "özəl tibb fəaliyyətinin subyektlərində aparılan
yoxlamalar, eləcə
də” sözləri əlavə edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 17 mart 2020-ci il
Azərbaycan.- 2020.- 20 mart.- S. 4.