“Sahibkarlıq
sahəsində aparılan yoxlamaların
dayandırılması haqqında” Azərbaycan
Respublikasının 2015-ci il 20 oktyabr tarixli 1410-IVQ
nömrəli Qanununun tətbiqi və
sahibkarlıq sahəsində aparılan yoxlamaların dövlət
tənzimlənməsinə dair əlavə
tədbirlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 26 oktyabr tarixli 660 nömrəli Fərmanında dəyişiklik
edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin
Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının
109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq
"Sahibkarlıq sahəsində
aparılan yoxlamaların
dayandırılması haqqında”
Azərbaycan Respublikasının
Qanununda dəyişiklik
edilməsi barədə”
Azərbaycan Respublikasının
2020-ci il 17 mart tarixli 29-VIQD nömrəli
Qanununun icrası ilə əlaqədar qərara alıram:
"Sahibkarlıq sahəsində
aparılan yoxlamaların
dayandırılması haqqında”
Azərbaycan Respublikasının
2015-ci il 20 oktyabr tarixli 1410-IVQ nömrəli
Qanununun tətbiqi və sahibkarlıq sahəsində aparılan
yoxlamaların dövlət
tənzimlənməsinə dair əlavə tədbirlər barədə”
Azərbaycan Respublikası
Prezidentinin 2015-ci il 26
oktyabr tarixli 660 nömrəli Fərmanının
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2015, ¹ 10, maddə 1132; 2016, ¹ 8, maddə 1384, ¹ 10, maddə
1633; 2017, ¹ 4, maddə 565, ¹ 11, maddə 1997; 2019, ¹ 2, maddələr
247, 249; ¹ 3, maddə 415, ¹ 4, maddə 621, ¹ 6, maddə
1032) 1.1-ci və 1.2-1-ci bəndlərinə
"dərman” sözündən
əvvəl "özəl
tibb fəaliyyətinin
subyektlərində aparılan
yoxlamalara, eləcə
də” sözləri əlavə edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 19 mart 2020-ci il
Azərbaycan.- 2020.- 20 mart.- S.
4.