“Bacarıqlı əllər ailəsi”nin yaratdığı bədii nümunələr

 

Onlar çox deyillər. Bəlkə də bir ailənin uşaqları hesab etmək olar. Çoxuşaqlı bir ailənin balaları kimi də mehribandırlar bir-birilərinə. Hərəsinin özünəməxsus qabiliyyəti, həm də dərdləri var. Əslində, müəyyən formada fiziki məhdudiyyətləri olan bu uşaq-gənclər özlərinə bunu heç də dərd etmirlər ki, tay-tuşları kimi istədikləri yerə sərbəst gedib-gəlmir, qüsurlu danışır, ürəklərindən keçənləri ifadə etməkdə çətinlik çəkirlər.

Onların bir qisminin haqqında, istedadları barədə dəfələrlə söz açılıb. Lakin bu gün belə uşaq və gənclərin yaratdıqları nümunəvi sənət incilərindən söz açmaq çox vacibdir. "Bacarıqlı Əllər Dünyası” İctimai Birliyində tanış olduğum belə istedad sahiblərindən biri Rahim Rzayevdir.

 

 

 

Əsaya söykənib hərəkət etsə də...

 

 

O, 1986-cı il mart ayının 18-də anadan olub. Elə dünyaya göz açandan fiziki qüsurlu, 1-ci qrup əlildir. Əsaya dirənib hərəkət etsə , tay-tuşlarından geri qalmağı xoşlamır. 1993-cü ildə orta məktəbə gedib. 9-cu sinfi bitirdikdən sonra bir müddət işləməyə başlayıb. 1992-ci ildən 2019-cu ilədək bir neçə dəfə sağ ayağı dizdən aşağı ağır əməliyyata məruz qalıb. Sonrakı taleyini belə dilə gətirdi Rahim: "2015-ci ilin avqust ayında 1 saylı Sağlamlıq İmkanı Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzində kompüter kursuna qoşuldum. Beş aya bu kursu bitirdim. 2016-cı ilin yanvarından mart ayınadək "Bacarıqlı Əllər Dünyasıİctimai Birliyi nəzdində Türkiyə İşbirliyi Koordinasiya Agentliyinin mozaika kursunda oxudum. Burada həmin peşə üzrə kamilləşmək üçün əlavə üç ay da kurs keçdim. "Bacarıqlı Əllər Dünyası” İB-nin təşkil etdiyi kurslarda iştirak edərək, tələbəlikdən müəllimliyə kimi yol keçdim. 2017-ci ildə bu birliyin təşkilatçılığı "AzərsunHoldinqin dəstəyi ilə "Mənim dünyamadlı şəxsi sərgim keçirildi. 2019-cu ildə yenə "Bacarıqlı Əllər Dünyası "Bank Respublika”nın dəstəyi ilə "Mən bacararamadlı layihədə müəllim kimi iştirak etdim. Bundan sonra bir çox layihələrə təlimçi sənətkar kimi qoşuldum. 2018-ci ildə keçirilən Ümumrespublika Əlillər sərgisində III yeri tutaraq diplomla təltif olundum. Ötən ilin sentyabrından

BP-nin əlillər üçün təşkil etdiyi "British Council” kurslarında iştirak edirəm. Bilmirəm sabah nələr olacaq, amma həyata pozitiv baxışlarım məni irəliyə aparır. Uğurlarımı gördükcə həyata daha da bağlanır nəsə yaratmaq istəyirəm...”

 

 

 

Mustafa Abdullayev "bacarıqlı əllər ailəsi”nin üzvlərindən biridir

 

 

1995-ci ilin may ayı doğulduğu ailəni sevindirsə , bu sevincin ömrü uzun olmayıb. Bakı şəhərində anadan olduğu üçün Mustafa 268 nömrəli xüsusi orta məktəbə gedib. Həkimlərin diaqnozu belə olub: inkişafın ləngiməsi. O, Ramanada yerləşən 1 saylı Sağlamlıq İmkanı Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzində rəssamlıq kurslarına gedib.

"Bacarıqlı Əllər Dünyası”nda da az şey öyrənməyib. Birliyin təşkil etdiyi "Şəhidlər ölmür "adlı layihədə daha da mükəmməl işlər öyrənməyə başlayıb və bir çox layihələrdə yaxından iştirak edib.

Mustafa problemli olsa da, çox zəhmətkeş gəncdir. Gözəl rəsm çəkmək qabiliyyəti ilə yanaşı, muncuqlarla da işləməyi bacarır. Bir çox sərgilərdə əl işləri nümayiş etdirilib. Şəkər xəstəliyindən illərdir ki, əziyyət çəkən anasının tək övladıdır. Ona görə çəkdiyi rəsmlərini satmaqla anasının gözünü əməliyyat etdirib...

Fiziki məhdudiyyətli uşaqların arasında elə istedadlılar var ki, onlar artıq püxtələşmiş sənətkar kimi tanınırlar. "Azərbaycanı dünyaya tanıdaqlayihəsi ilə respublikanın müxtəlif bölgələrinə (İsmayıllı, Şəki, Şamaxı, Quba s.) səfərlər edib, orada sərgilər keçiriblər. Belə layihələrin təşkili bacarıqlı əllər sahiblərinin üzə çıxarılmasında, xüsusən onların ictimaiyyətə, cəmiyyətə inteqrasiyasında mühüm vasitələrdən biri hesab edilir.

 

 

 

"Evdə qal, sənət öyrən

 

 

 

Qısa zaman ərzində 40-dək belə uşağın toplanmasına nümunəvi əl işləri yaratmalarına səbəb olan Zəhra Xələfova, Rahim Rzayev, Sevinc Məsimova, Adil Şıxəliyev yeniyetmələrin sevimli müəllimləridir.

"Bacarıqlı Əllər Dünyasıİctimai Birliyinin sədri Azadə Məmmədova deyir ki,

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının "Real TV” ilə birlikdə koronavirusun yayılmasının qarşısının alınmasına ictimai dəstəyi təmin etmək məqsədilə keçirdiyi "Evdə qal, cəmiyyəti qoruadlı kampaniyasına qoşularaq "Evdə qal, sənət öyrəndevizi ilə evdə qalan insanlarla virtual təlimlərə başlamışıq: "Zoom” proqramı vasitəsilə maraqlanan şəxslərə əl işləri öyrədəcəyik. Məqsədimiz budur ki, insanlar asudə vaxtlarından səmərəli istifadə etsinlər. Bu çətin günlərdən, karantin dövründən sağ-salamat çıxacağıq. Axı biz birlikdə güclüyük. Müraciətimiz isə belədir: dəyərli dostlar, bizə qoşulun, həftədə 3 gün sizə əl işləri öyrədək. Təki siz evdə qalın. Biz sizi darıxmağa qoymarıq!”

 

 

M.NƏRİMANOĞLU

Azərbaycan.-2020.- 1 may.- S.7.