Heydər Əliyev Mərkəzi - fransızların ən çox sevdiyi məkan

 

COVID-19 epidemiyası dünya ölkələrini silkələyərək hər kəsi təcridolma rejiminə riayət etməyə məcbur etdi. İnsanlar ağıllarına da gəlməyən bu yeni rejimlə hesablaşmalı oldular.

Təcridolma rejimi ilə hesablaşmalı olan fransızlar sosial şəbəkələrdə səyahət etdikləri ölkələrdən şəkillər paylaşaraq xatirələrini bölüşüblər.

Fransa Milli Assambleyasının sabiq deputatı, İl-dö Frans regionunun Udan (Houdan) kommunasının meri Jan-Mari Tetart bu müddətdə müxtəlif ölkələrə səyahətlərindən ən yaddaqalan xatirələrini paylaşıb.

Udan merinin ən xoş xatirələri ilə bağlı bölüşdüyü şəkillər arasında intellekt memarlıq abidələrindən olan Heydər Əliyev Mərkəzinin, eləcə də Bakı şəhərinin görməli yerləri də var.

Tetart sosial şəbəkələrdə Bakıya səfəri ilə bağlı fikirlərini ifadə edib və onun paytaxtımızdan bölüşdüyü şəkillər fransızların marağına səbəb olub. Bəziləri Bakıda olduqlarını bildirərək onun əsrarəngiz müasir şəhər olduğunu qeyd edir, digərləri paytaxtımızı tanımadıqlarını, ancaq bu şəkillər vasitəsilə onun necə gözəl olduğunu vurğulayıblar.

 

Azərbaycan.-2020.- 1 may.- S.7.