“Valideynlərini itirmişvalideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

 

Azərbaycan Respublikasının Qanunu

 

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 16-cı bəndini rəhbər tutaraq qərara alır:

"Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, ¹ 8, maddə 477; 2001, ¹ 11, maddə 687, ¹ 12, maddələr 731, 736; 2002, ¹ 5, maddə 241, ¹ 6, maddə 328; 2006, ¹ 2, maddə 75; 2007, ¹ 6, maddə 561, ¹ 12, maddə 1197; 2008, ¹ 7, maddə 602; 2010, ¹ 4, maddə 275; 2013, ¹ 5, maddə 477; 2016, ¹ 11, maddə 1765; 2018, ¹ 5, maddə 872, ¹ 12 (I kitab), maddə 2505; 2019, ¹ 8, maddə 1382, ¹ 12, maddə 1908) aşağıdakı dəyişikliklər edilsin:

1. 1-ci maddənin "valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların arasından olan şəxslər” bəndində "və orta ixtisas” sözləri ", orta ixtisas və peşə” sözləri ilə əvəz edilsin.

2. 5-ci maddə üzrə:

2.1. birinci, ikincidördüncü hissələrdə, beşinci hissənin birinci cümləsində "və orta ixtisas” sözləri ", orta ixtisas və peşə” sözləri ilə əvəz edilsin;

2.2. yeddinci hissəyə "ümumi təhsil,” sözlərindən sonra "peşə və” sözləri əlavə edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 17 aprel 2020-ci il

Azərbaycan.-2020.- 2 may.- S.1.