Polşa
Respublikasının Prezidenti Zati-aliləri cənab Andjey Dudaya
Hörmətli
cənab Prezident,
Polşa
Respublikasının milli bayramı – Konstitusiya Günü
münasibətilə Sizə və xalqınıza öz
adımdan və Azərbaycan xalqı adından ən xoş
arzularımı və səmimi təbriklərimi
çatdırıram.
Ölkələrimiz
arasındakı dostluq əlaqələrinin bugünkü səviyyəsi,
qarşılıqlı faydalı əməkdaşlığın
genişlənməsi məmnunluq doğurur. İnanıram ki,
strateji tərəfdaşlıq münasibətlərimiz
xalqlarımızın rifahı naminə bundan sonra daha da dərinləşəcəkdir.
Bu
xoş fürsətdən istifadə edərək Sizə
möhkəm cansağlığı, fəaliyyətinizdə
müvəffəqiyyətlər, dost Polşa xalqına daim
rifah arzulayıram.
Hörmətlə,
İlham
Əliyev
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 30 aprel
2020-ci il.
Azərbaycan.-2020.- 3 may.- S.1.