İlham
ƏLİYEV: “Heç kim
məsuliyyətdən boyun qaçıra
bilməyəcək”
Prezidentə və xalqa xəyanət edənlər mütləq layiqli cəzalarını alacaqlar
Korrupsiya bütün dünyanı
narahat edən problemdir. Korrupsiyanın mövcudluğu ilk növbədə ümumbəşəri
və milli dəyərləri sarsıdır,
hüquqi dövlət
quruculuğuna mane olur,
iqtisadi və sosial inkişafı buxovlayır, cəmiyyətin
ehtiyatlarından səmərəsiz
istifadə edilməsinə
şərait yaradır,
aztəminatlı insanlara
ziyan vurur. Ona görə də korrupsiyaya qarşı mübarizə demokratik və sivil inkişaf
yolu seçmiş hər bir dövlətin
qarşıya qoyduğu
əsas məqsədlərdən
hesab olunur.
Şəffaflıq və qanunçuluq
daim prioritetdir
Bu gün demokratiya
yolunu seçmiş hər bir ölkə
bu bəla ilə mübarizə aparır. Amma korrupsiyaya qarşı
mübarizədən yalnız
o halda danışmaq olar ki, dövlət
öz siyasi iradəsini ortaya qoysun və korrupsiyanın qarşısını
almaq üçün
cəmiyyətin bütün
səviyyələrində onunla davamlı mübarizə aparsın.
Əgər belə olmazsa,
heç bir dövlət cəmiyyəti
korrupsiyadan təmizlədiyini
iddia edə bilməz.
Ölkəmizdə korrupsiyaya qarşı mübarizə qanunçuluq
prinsipləri əsasında
həyata keçirilir. Şəffaflığın artırılması, korrupsiyaya şərait yaradan halların aradan qaldırılması
və qabaqlayıcı
tədbirlərin həyata
keçirilməsi korrupsiyaya
qarşı mübarizənin
əsas prinsipləri kimi təsbit edilib. Korrupsiyaya qarşı mübarizə,
bu sahədə görülən tədbirlərin
səmərəli davam
etdirilməsi, zəruri
qanunların qəbul edilməsi, dövlət orqanlarının fəaliyyətinin
təkmilləşdirilməsi, səmərəli nəzarət
mexanizmlərinin yaradılması,
hüquq pozuntularının
aşkar edilməsi və nəticələrinin
aradan qaldırılması,
yerli özünüidarə
orqanlarının, vəzifəli
şəxslərin fəaliyyətinin
qanuniliyinin, şəffaflığının
və səmərəliyinin
təmin edilməsi, ümumən bu sahədə ümumi dövlət siyasətinin
həyata keçirilməsinin
təmin edilməsi məqsədilə "Korrupsiyaya
qarşı mübarizə
üzrə Dövlət
Proqramı (2004-2006-cı illər)”,
"Açıq hökumətin
təşviqinə dair
2012-2015-ci illər üçün
Milli Fəaliyyət Planı”, "Korrupsiyaya qarşı mübarizəyə
dair 2012-2015-ci illər
üçün Milli
Fəaliyyət Planı”,
Şəffaflığın artırılması və
korrupsiyaya qarşı
mübarizə üzrə
Milli Strategiya və onun həyata
keçirilməsi ilə
bağlı 2007-2011-ci illər
üçün Fəaliyyət
Planı, "Açıq
hökumətin təşviqinə
dair 2016-2018-ci illər
üçün Milli
Fəaliyyət Planı”
icra olunub.
Bu məqsədlə həmçinin
dövlət xidmətlərinin
göstərilməsində müasir informasiya-kommunikasiya
texnologiyalarından istifadənin
genişləndirilməsi, dövlət
orqanlarının göstərdikləri
xidmətlərin elektronlaşdırılması,
vətəndaş cəmiyyəti
institutlarının ictimai
həyatda rolunun daha da gücləndirilməsi,
maliyyə şəffaflığının
təmin edilməsi və korrupsiyanın qarşısının alınması
sahəsində mühüm
tədbirlər görülüb.
Bu ilin fevral ayında Azərbaycan Respublikasının Prezidenti
tərəfindən "Açıq
hökumətin təşviqinə
dair 2020-2022-ci illər
üçün Milli
Fəaliyyət Planı”
təsdiq olunub. Bu fəaliyyət
planında ölkəmizdə
korrupsiyanın qarşısının
alınması və dövlət orqanlarının
fəaliyyətində şəffaflığın
gücləndirilməsi, maliyyə
şəffaflığının təmin edilməsi, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın
leqallaşdırılmasına qarşı mübarizə,
dövlət xidmətlərinin
təkmilləşdirilməsi, ictimai nəzarətin və ictimai iştirakçılığın artırılması, yerli
özünüidarəetmədə hesabatlılığın, aşkarlığın
və ictimai iştirakçılığın təmin olunması, özəl sektorda şəffaflığın və
məsuliyyətin artırılması,
əhaliyə göstərilən
kommunal xidmətlərdə
şəffaflığın və müştəri məmnunluğunun artırılması
sahəsində tədbirlər
nəzərdə tutulub.
Rüşvətxorlar və islahatlara kölgə salanlar məsuliyyətdən
qaça bilməyəcəklər
Göründüyü kimi respublikamızda korrupsiya ilə mübarizə sahəsində
böyük siyasi iradə mövcuddur. Həyata
keçirilmiş bütün
bu tədbirlər nəticəsində mühüm
qanunlar qəbul edilmiş, korrupsiyaya qarşı mübarizə
aparan ixtisaslaşmış
institutlar fəaliyyətə
başlamış, dövlət
orqanlarında islahatlar
aparılmış, vətəndaş
cəmiyyətinin üzvləri
ilə səmərəli
əməkdaşlıq qurulmuş,
ictimai nəzarət və maliyyə intizamı gücləndirilmiş,
vətəndaş-məmur münasibətləri minimuma
endirilmiş, dövlət
qurumlarına müraciət
elektronlaşdırılıb.
Ümumiyyətlə, respublikamızda həyata keçirilən sosial-iqtisadi
islahatlar nəticəsində
qazanılan uğurların
davamlılığı korrupsiyaya
qarşı mübarizə
sahəsindəki tədbirlərin
önəmini daha da artırmaqdadır. Bütün sahələrdə
şəffaflıq prinsipinin,
maliyyə intizamının
gücləndirilməsi, eləcə
də korrupsiya hallarına qarşı digər mübarizə tədbirlərinin genişləndirilməsi
də məhz bu reallıqla şərtlənir. Korrupsiyanı hər bir dövlətin
sosial-iqtisadi inkişafını
əngəlləyən buxov
hesab edən Prezident İlham Əliyev sosial-iqtisadi inkişafın keyfiyyətcə
yeni mərhələsində
korrupsiya və rüşvətxorluğa qarşı
mübarizənin gücləndirilməsini
xüsusi diqqətdə
saxlayır. Ölkəmizdə
həyata keçirilən
quruculuq işlərinə,
iqtisadi, sosial və siyasi sahədə aparılan islahatlara kölgə salan, habelə əhalinin haqlı narazılığına səbəb
olan rüşvətxorluq
və korrupsiya kimi neqativ təzahürlərə
qarşı daha ciddi mübarizə aparılması sahəsində
zaman-zaman məmur adına ləkə
salanlar ifşa olunub, ədalət mühakiməsi qarşısına
çıxarılıblar.
Lakin təəssüflə
qeyd edilməlidir ki, bu gün
də Prezidentin xəbərdarlıqlarından nəticə
çıxarmayan, ona
göstərilmiş etimaddan
öz maraqları və tamahı üçün sui-istifadə
edən məmurlara rast gəlinir. Ən acınacaqlısı
isə odur ki, belə məmurlar
aparılan islahatlara kölgə salmaqla yanaşı, dünya bəlasına çevrilmiş
koronavirusla mübarizə
zamanı da üzərlərinə düşən
vəzifələrin məsuliyyətini
anlamayaraq, bu prosesdən öz maraqları üçün
istifadə edirlər.
Ağstafa, Biləsuvar,
Yevlax, Neftçala rayonlarının icra başçılarının əməlləri
göstərdi ki, bu adamlar yol
verdikləri korrupsiya hərəkətləri ilə
tək onlara bəslənən etimada deyil, Prezidentə və xalqa xəyanət
ediblər.
Prezident
İlham Əliyev baş prokuror Kamran Əliyevi videoformatda qəbul edərkən bu məsələyə münasibət
bildirərək deyib:
"Ağstafa, Biləsuvar,
Yevlax, Neftçala rayonlarının icra başçıları həbs
edilmişdir, ictimaiyyətə
bu məsələ ilə bağlı ətraflı məlumat verilmişdir və bundan sonra da
ətraflı məlumat
veriləcəkdir. Eyni zamanda
bu yaxınlarda Binəqədi qəsəbə
bələdiyyəsinin sədri
saxta icazə sənədi satmaqda ittiham olunub və əşyayi-dəlillə
saxlanılıb. İsmayıllı rayonunun şəhər üzrə icra nümayəndəsi yardımın
mənimsənilməsi ilə
məşğul olmuş,
kasıb adamlara göndərilən yardımı
özünə götürmüşdür.
Həbs edilmiş icra başçılarının istintaqı
gedir. Ancaq bu gün nümayiş etdirilən videokadrlar onu göstərir ki, rüşvətxorluq bu adamlar üçün əsas prinsip olmuşdur. Yəni bütün aidiyyəti
qurumlar bir qayda olaraq hər
ay icra başçılarına
və icra hakimiyyətinin digər nümayəndələrinə rüşvət verməli
olmuşlar. Əfsuslar olsun
ki, belə xoşagəlməz hallar digər rayonlarda da vardır. Bu haqda məlumat var və bir
daha demək istəyirəm ki, heç kim
məsuliyyətdən boyun
qaçıra bilməyəcək”.
Təəssüf ki, öz məsuliyyətini
anlamayanlar arasında icra başçıları
ilə yanaşı, müxtəlif vəzifə
sahiblərinə və
öz vəzifəsinin
nədən ibarət
olduğunu bilməyən
bələdiyyə sədrlərinə
də rast gəlinir. Lakin, Prezident İlham Əliyevin qeyd etdiyi kimi, heç
kim qanundan
üstün deyil və əgər kimsə fikirləşirsə
ki, onun yaxınları, tanışları,
qohumları, yüksək
vəzifəli dostları
kömək edəcəklər,
səhv edir. Öz əməlləri ilə Prezidentə, xalqa və vəzifəsinə
xəyanət edənlər
mütləq layiqli cəzalarını alacaqlar.
Rəşad
CƏFƏRLİ
Azərbaycan.-2020.-3 may.-S.1;5.