“Torpaq icarəsi
haqqında” və “Dövlət əmlakının özəlləşdirilməsi
haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik
edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli
Məclisi Azərbaycan
Respublikası Konstitusiyasının
94-cü maddəsinin I hissəsinin
11-ci bəndini rəhbər
tutaraq, "Fitosanitar nəzarəti haqqında”
Azərbaycan Respublikasının
Qanununda və Azərbaycan Respublikasının
İnzibati Xətalar Məcəlləsində dəyişiklik
edilməsi barədə”
Azərbaycan Respublikasının
2019-cu il 3 may tarixli 1577-VQD nömrəli
Qanununun icrası ilə əlaqədar qərara alır:
Maddə 1. "Torpaq
icarəsi haqqında”
Azərbaycan Respublikası
Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 1999, ¹ 3, maddə
154; 2001, ¹ 3, maddə 149; 2002, ¹ 5, maddə 241, ¹ 12, maddə
706; 2003, ¹ 1, maddə 14; 2006, ¹ 5, maddə 389, ¹ 6, maddə
478, ¹ 8, maddə 657; 2007, ¹ 8, maddə 745; 2008, ¹ 5, maddə
348, ¹ 12, maddə 1048; 2012, ¹ 6, maddə 503; 2015, ¹ 3, maddə
247; 2018, ¹ 6, maddə 1183; 2019, ¹ 1, maddə 34, ¹ 7, maddə
1178) 5-ci maddəsinin altıncı
abzasından "baytarlıq,
fitosanitar nəzarəti
xidmətlərinin,” sözləri
çıxarılsın.
Maddə 2. "Dövlət
əmlakının özəlləşdirilməsi
haqqında” Azərbaycan
Respublikası Qanununun
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2000, ¹ 8 (I kitab), maddə
580; 2002, ¹ 10, maddə 586; 2005, ¹ 5, maddə 391, ¹ 6, maddə
464; 2006, ¹ 5, maddə 389, ¹ 6, maddə 478, ¹ 12, maddə
1005; 2007, ¹ 8, maddə 745; 2013, ¹ 11, maddə 1314; 2014, ¹ 12, maddə
1524; 2015, ¹ 2, maddə 78, ¹ 11, maddə 1297; 2017, ¹ 12 (I kitab),
maddə 2191; 2019, ¹ 2, maddə
180, ¹ 5, maddə 797, ¹ 6, maddə
993, ¹ 8, maddə 1382) 6.2.5-ci maddəsindən "və
fitosanitar nəzarəti
xidmətləri” sözləri
çıxarılsın.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 24 aprel
2020-ci il
Azərbaycan.-2020.- 3 may.- S.3.