“Böyük
Vətən müharibəsində Qələbənin 75 illiyi (1945-2020)” Azərbaycan
Respublikasının yubiley medalı
haqqında ƏSASNAMƏ
Azərbaycan Respublikasının
2020-ci il 17 aprel
tarixli 49-VIQD nömrəli
Qanunu ilə təsdiq edilmişdir
Maddə
1. Təltif edilən şəxslər
“Böyük Vətən müharibəsində Qələbənin
75 illiyi (1945-2020)” Azərbaycan
Respublikasının yubiley
medalı ilə
1941-1945-ci illər Böyük
Vətən müharibəsi
cəbhələrində döyüş
əməliyyatlarında iştirak
etmiş, faşist işğalçılarına qarşı gizli mübarizə aparmış,
arxa cəbhələrdə
çalışmış, həmin dövrdə
SSRİ Silahlı Qüvvələrində
xidmət etmiş Azərbaycan Respublikasının
vətəndaşları, əcnəbilər
və vətəndaşlığı
olmayan şəxslər
təltif edilirlər.
Maddə 2. Təltif
edən orqan
“Böyük Vətən
Müharibəsində Qələbənin
75 illiyi (1945-2020)” Azərbaycan
Respublikasının yubiley
medalı ilə bu Əsasnamənin 1-ci maddəsində göstərilən
şəxslər Azərbaycan
Respublikası Konstitusiyasının
109-cu maddəsinin 23-cü bəndinə
uyğun olaraq təltif edilirlər.
Maddə 3. Taxılma qaydası
“Böyük Vətən
müharibəsində Qələbənin 75 illiyi
(1945-2020)” Azərbaycan Respublikasının yubiley
medalı döşün sol
tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda,
onlardan sonra
taxılır.
Azərbaycan.-2020.- 3 may.- S.3.