Könüllülərdən əsl DOST örnəyi

 

"Harada həssas qruplar var, biz öz dəstəyimizlə oradayıq!”

 

 

 

 

Prezident İlham Əliyevin 30 dekabr 2019-cu il tarixli sərəncamı ilə 2020-ci ilin Azərbaycan Respublikasında "Könüllülər ilielan edilməsi ölkəmizdə bu hərəkatı xeyli gücləndirdi. Bu gün biz artıq könüllülüyü bir fəaliyyət sahəsi deyil, xüsusən gənclərimizin həyat tərzi kimi özünü göstərən və cəmiyyətdə önəmli rolu ilə seçilən ümummilli hərəkat kimi görürük. Könüllülük hərəkatı bu gün pandemiya ilə əlaqədar həssas qruplara yönələn dəstək tədbirlərində də əsl DOST örnəyi ilə diqqəti cəlb edir.

 

Pandemiya ilə bağlı xüsusi karantin rejimi dövründə yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxma riski yüksək olan yaşı 65-dən yuxarı vətəndaşların infeksiyadan qorunması üçün onların evdən çıxmamalarına qərar verilib. Prezident İlham Əliyev deyib: "Biz vəziyyətin mənfi istiqamətdə inkişafının qarşısının alınması üçünbu qabaqlayıcı tədbirləri görməklə özümüzü qoruyuruq. Biz dövlətimizi, xalqımızı, insanlarımızı, xüsusilə yaşlı insanları qorumalıyıq”.

 

Beləliklə, dövlət başçısının tapşırığı ilə həyata keçirilən genişmiqyaslı sosial dəstək tədbirlərinin mühüm bir istiqaməti yaşı 65-dən yuxarı vətəndaşların sosial xidmətlə, ümumən qayğı mühiti ilə əhatə olunmasına yönəlib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bütün sosial xidmət işçiləri səfərbər edilməklə gücləndirilmiş rejimi şəraitində yaşı 65-dən yuxarı tənha şəxslərə evlərində gündəlik sosial xidmətlər göstərilir. "Sosial xidmət haqqında” qanuna uyğun olaraq, nazirliyin sosial xidmət işçiləri tərəfindən tənha yaşayan ahıl şəxslər evlərində gündəlik olaraq məişət xidmətləri ilə təmin edilirlər. Hazırda yaşı 65-dən yuxarı tənha şəxslərə də bu xidmətlərdən yararlanmaq imkanı verilib. Onlar bu xidmətlərlə təmin edilmək üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 142 - Çağrı Mərkəzinə zəng edərək qeydiyyata alınırlar.

 

Bu gün 9 sosial xidmət müəssisəsində 1000-dən çox şəxs stasionar şəraitdə sosial xidmətlərlə təmin olunmaqla bərabər, 15 minədək tənha yaşlı insan, eləcə də tənha əlilliyi olan şəxs də evlərində bu xidmətlərlə əhatə olunub. Onlara ev təsərrüfatı ilə bağlı işlərdə, öz vəsaitləri ilə əsas tələbat mallarının, dərman vasitələrinin alınmasında, kommunal ödənişlərin edilməsində və s. köməklik göstərilir.

 

Bütün bu işlərdə könüllülər də yaxından iştirak edirlər. Onlar daim sosial xidmətçilərlə birgə tənha yaşlı insanlara, eləcə də əlilliyi olan tənha şəxslərə yaxından dəstək olurlar. Belə gənclərin sırasında ölkənin Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü olan Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin (DOST Agentliyi) "Könüllü DOST” proqramının könüllüləri də var. 30-dan çox DOST könüllüsü tənha yaşayan yaşlı insanlarımıza ev işlərində fəallıqla, həvəslə dəstək olurlar. Onlar həmin tənha yaşlılara tez-tez baş çəkərək, istək və qayğıları ilə maraqlanır, hansı sahədə kömək lazım olduğunu soruşurmüvafiq istiqamətdə də yardımlar göstərirlər.

 

Eyni zamanda Yeni Azərbaycan Partiyasının könüllüləri, Heydər Əliyev Fondunun "Regional İnkişafİctimai Birliyinin könüllüləri, Təhsil Nazirliyinin "Bir” Tələbə-Könüllü proqramının, Gənclər Fondunun nəzdindəki Gənclərin İnkişafKaryera Mərkəzinin və "SƏLİS” Birliyinin könüllüləri də tənha, yaşlı, həssas qrupdan olan insanlara evlərində sosial xidmətlər, qayğı və yardım göstərirlər.

 

Bununla yanaşı, qeyd edilən həssas əhali qruplarına sosial xidmətlərlə yanaşı, sosial tərəfdaşlar tərəfindən ərzaq yardımları da çatdırılır. Müxtəlif dövlət və özəl qurumlar tərəfindən bu istiqamətdə sosial aksiyalar geniş vüsət alıb. Təkcə bu ay Bakıda və ölkəmizin bölgələrində 30 minədək ərzaq payı tənha yaşlılara və əlilliyi olan tənha şəxslərə təqdim edilib. Ərzaq dəstəyi aksiyası hazırda da davam edir. Bu, həm də dövlət tərəfindən aparılan işlərə bir dəstəkdir, milli həmrəyliyin göstəricisidir.

 

Ərzaq yardımlarının evlərə çatdırılması işlərində də könüllülər yaxından iştirak edirlər. Onlar sosial xidmətçilərlə birgə bu ərzaq paylarını tənha yaşlılara və əlilliyi olan tənha şəxslərin evlərinə apararaq təqdim edirlər.

 

"Dost çətin gündə tanınar” deyiblər. Könüllülər də indiki şəraitdə tənha yaşlılarımıza əsl dost dəstəyi göstərirlər.

 

Könüllülərimizin yaşlı, əlilliyi olan insanlara hörmət və qayğı ilə yanaşmaları, bu sahədə fəallıq göstərmələri onların hər şeydən əvvəl milli-mənəvi dəyərlərimizə sədaqət hisslərinin əyani təsdiqidir.

 

 

İradə ƏLİYEVA

Azərbaycan.-2020.-3 may.-S.6.