COVID-19-a cavab olaraq

Qoşulmama Hərəkatının Təmas Qrupunun

onlayn səviyyəli Zirvə görüşünün

BƏYANNAMƏSİ

4 may 2020-ci il

 

2020-ci il mayın 4-də COVID-19 pandemiyasının misli görünməmiş təsirləri ilə mübarizədə qlobal səylərə səmərəli töhfə vermək məqsədilə Azərbaycan Respublikasının Prezidenti, Qoşulmama Hərəkatının sədri Zati-aliləri cənab İlham Əliyevin təşəbbüsü ilə "COVID-19-a qarşı birlikdəyik” mövzusunda COVID-19-a cavab olaraq Qoşulmama Hərəkatının Təmas Qrupunun onlayn səviyyəli Zirvə görüşündə videokonfrans formatında görüşən biz - dövlət və hökumət başçıları

 

1. Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin və Qoşulmama Hərəkatının təsis sənədlərinin məqsədlərinə, prinsiplərinə və müddəalarına güclü sadiqliyimizi bir daha bildiririk.

 

2. BMT Baş Assambleyasının "2019-cu ilin koronavirus xəstəliyi ilə mübarizədə qlobal həmrəylik” adlı A/RES/74/270 və "COVID-19-a qarşı dərman, peyvənd və tibbi avadanlıqlara qlobal əlçatanlığı təmin etmək üçün beynəlxalq əməkdaşlıq” adlı A/RES/74/274 nömrəli qətnamələrin qəbulunu alqışlayırıq.

 

3. COVID-19 pandemiyası ilə mübarizədə BMT Baş katibinin planlarına və təşəbbüslərinə tam dəstək ifadə edirik.

 

4. 2020-ci ilin 25 mart tarixli "COVID-19 pandemiyası” və 2020-ci ilin 9 aprel tarixli "Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) və onun Baş direktoruna dəstək” adlı Qoşulmama Hərəkatının Əlaqələndirici Bürosunun kommunikelərini xatırladırıq.

 

5. Bəşəriyyət üçün ciddi problem olanbirlik, həmrəylik və yenilənmiş çoxtərəfli əməkdaşlığa əsaslanmaqla qlobal reaksiya tələb edən COVID-19-un sürətlə yayılmasından ciddi narahatlıq ifadə edirik.

 

6. Pandemiyanın misli görünməmiş təsirlərini, o cümlədən cəmiyyətlərə və iqtisadiyyatlara, eləcə də qlobal səyahətə və ticarətə ciddi zərər verdiyini və insanların yaşayışına dağıdıcı təsirini tanıyırıq.

 

7. Həmçinin pandemiya nəticəsində ən yoxsul və ən kövrək təbəqələrin ağır şəkildə zərər çəkdiklərini və böhranın təsirinin çətinliklə əldə edilmiş inkişaf nailiyyətlərinin üstündən xətt çəkəcəyini və Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq istiqamətində irəliləyişə mane olacağını qəbul edirik.

 

8. Mərkəzində Birləşmiş Millətlər Təşkilatı olmaqla multilateralizmə dəstəyimizi bir daha ifadə edir, BMT-nin Nizamnaməsindən və Dayanıqlı İnkişaf üzrə 2030-cu il Gündəliyindən qaynaqlanan beynəlxalq əməkdaşlıq və multilateralizm dəyərlərinin qorunub saxlanmasının və möhkəmləndirilməsinin BMT-nin 3 sütunununsülh və təhlükəsizlik, inkişafinsan hüquqlarının təşviqi və dəstəklənməsində fundamental olduğunu qəbul edirik.

 

9. Dövrümüzün ən böyük humanitar böhranı və fövqəladə səhiyyə vəziyyəti olan COVID-19 pandemiyası səbəbindən getdikcə artan problemlərə beynəlxalq ictimaiyyətin səmərəli cavabını təmin etmək məqsədilə məsləhət, təlim, avadanlıq və insan həyatını xilas edən xidmətlər də daxil olmaqla ön xətdə hazırda oynadığı kritik rol və rəhbərliyi tanıyaraq ÜST və onun rəhbərliyinə tam dəstəyimizi ifadə edirik.

 

10. Birləşmiş Millətlər Təşkilatının üzv dövlətlərini milli, regional və beynəlxalq səviyyələrdə bu bəlaya qarşı mübarizə aparmaq istiqamətində əməkdaşlıqlarını möhkəmləndirməyə çağırırıq.

 

11. Xüsusi vurğulayırıq ki, bu tip qlobal fövqəladə vəziyyət qarşısında həmrəylik ruhu səylərimizin mərkəzində olmalıdır və dərman vasitələri, tibbi avadanlıq və materiallar, qidaya, təcrübə mübadiləsinə ehtiyacı olan insanların təmin edilməsi istiqamətində həmrəyliyin və başqalarının ehtiyacına laqeyd qalmamaqla əməkdaşlığın üstün gəldiyi yerdə yüksək səviyyəli etikhumanist yanaşma tələb olunur.

 

12. Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə və beynəlxalq hüquqa zidd olaraq Hərəkata üzv dövlətlərə qarşı tətbiq olunan birtərəfli məcburiyyət tədbirlərinin elan olunması və tətbiq edilməsini kəskin şəkildə pisləyir, beynəlxalq hüquqa uyğun olaraq belə tədbirlərdən zərər çəkən dövlətlərə dəstəyimizi ifadə edir və beynəlxalq ictimaiyyəti COVID-19 pandemiyasına milli cavabların səmərəliliyini təmin etmək məqsədilə Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsi və ya beynəlxalq hüququn prinsipləri ilə ziddiyyət təşkil edən belə tədbirlərin istifadəsinin ləğv edilməsi istiqamətində təcili və səmərəli tədbirlərin qəbul edilməsinə çağırırıq.

 

13. Məlumat, elmi bilik və ən yaxşı təcrübə mübadiləsi ilə və ÜST tərəfindən tövsiyə olunan müvafiq qaydaları tətbiq etməklə, pandemiyanın nəzarətdə saxlanması, azaldılması və məğlub edilməsi üçün intensivləşdirilmiş beynəlxalq əməkdaşlığa çağırırıq.

 

14. Üzv dövlətlərin iqtisadiyyatlarına pandemiyanın mənfi təsirlərinin qarşısını almaq üçün birgə səylərin göstərilməsinin vacibliyini vurğulayırıq.

 

15. COVID-19 nəticəsində yaxınlarını itirmiş ailələrə dərin hüznlə başsağlığı verir və hazırda COVID-19 ilə mübarizə aparan və müalicə olunan bütün insanlarla həmrəy olduğumuzu bildiririk.

16. Tibbi heyətin və səhiyyə işçilərinin bu humanitar fövqəladə vəziyyətdə böyük töhfələrinə və fədakarlıqlarına görə minnətdarlığımızı bildiririk.

17. Sədrlik tərəfindən mümkün dəstək və kömək üçün bütün donor ölkələrə, beynəlxalq humanitar təşkilatlara, beynəlxalq maliyyə institutlarına, sosial məsuliyyət layihələri həyata keçirən transmilli özəl təsisatlara və başqalarına təqdim olunacaq Qoşulmama Hərəkatı üzv dövlətlərinin əsas humanitar, tibbi ehtiyac və tələbatlarını ehtiva edən məlumat bazasının işlənməsi məqsədilə Qoşulmama Hərəkatının İşçi Qrupunun yaradılmasını qərara aldıq.

18. Bu vaxtında və dəyərli görüşün keçirilməsi təşəbbüsü ilə çıxış etdiyi üçün Azərbaycan Respublikasının Prezidenti, Qoşulmama Hərəkatının sədri Zati-aliləri cənab İlham Əliyevə minnətdarlığımızı bildiririk.

 

Azərbaycan.-2020.- 5 may.- S.1;5.