250 milyon dollardan artıq sərmayə

 

Avropa Yenidənqurma İnkişaf Bankı Prezident İlham Əliyevin müəllifi olduğu müxtəlif layihələrə investisiya yatırmağı planlaşdırır

 

 

"Ötən bir neçə ay Azərbaycanın gözəl hekayəsi sayıla bilər. Sizin ölkə dünyada ilin ilk rübündə iqtisadi artıma nail olmuş azsaylı ölkələrdəndir, bəlkə yeganə ölkəsiniz.

Bununla yanaşı, iqtisadiyyatın şaxələndirilməsinin vacibliyini nəzərə alaraq, böhran vaxtı qeyri-neft sektorunun xüsusilə yaxşı göstəriciləri qeyd olunmalıdır. Çox gözəl bir hekayədir gün gələcək Azərbaycanla müqayisə aparılacaq”.

Bu fikirləri aprelin 28-də Prezident İlham Əliyevlə Avropa Yenidənqurma İnkişaf Bankının geniş tərkibli heyəti arasında keçirilən videokonfransda təşkilatın rəhbəri Suma Çakrabarti söyləyib.

 

 

Pandemiya dövründə qeyri-neft sektorunda 3 faizlik artım rekord göstəricidir

 

 

Videokonfrans zamanı Avropa Yenidənqurma İnkişaf Bankının rəhbərliyi Azərbaycanın koronavirus pandemiyasına qarşı mübarizədə həyata keçirdiyi tədbirləri yüksək qiymətləndirdi, pandemiyanın doğurduğu sosial-iqtisadi fəsadların qarşısının alınması üçün ölkəmizdə görülən səmərəli işlərin böyük əhəmiyyət daşıdığını vurğuladı.

Qlobal pandemiya dövründə Prezident İlham Əliyevin ölkədə makroiqtisadi sabitliyi qorumaq üçün atdığı hər bir addımı təqdir edən Suma Çakrabarti hesab edir ki, dünyanın qlobal böhranla mübarizə apardığı dövrdə Azərbaycanda ilin birinci rübündəki iqtisadi artım müsbət qiymətləndirilməlidir.

Həqiqətən , dünyanın böyük dövlətləri koronavirus pandemiyası qarşısında aciz durumda qaldıqları bir dönəmdə Azərbaycanda qeyri-neft sektorunun inkişafı tarixi nailiyyət hesab edilə bilər. Xatırladaq ki, ilk rübdə qeyri-neft sektorunda 3 faizlik, qeyri-enerji sahəsində 23 faizlik artım qeydə alınıb. Suma Çakrabarti bunu çox gözəl hekayə adlandıraraq gələcəkdə məhz Azərbaycanla müqayisə aparılacağını vurğulayıb: "Gələn il bizim illik iclasımız olacaq növbəti 2-3 il ərzində biz ölkələr üzrə dəyərləndirmə aparacağıq. Azərbaycan burada artıq öndədir”.

Əlbəttə ki, bütün bunlar Prezident İlham Əliyevin həyata keçirdiyi qətiyyətli siyasətin növbəti təntənəsidir. Düşünülmüş, uzaqgörən siyasəti ilə Azərbaycanı istənilən böhran vəziyyətindən az itkilərlə çıxarmağı bacaran cənab İlham Əliyev koronavirusla mübarizədə ortaya qoyduğu nümunə ilə bir çox ölkələrə yol göstərdi.

Prezident pandemiya ilə mübarizədə həyata keçirilən qabaqlayıcı tədbirləri, infeksiyanın daha çox yayılmaması üçün görülən ciddi işləri, tikilən tibbi müəssisələri göstərməklə yanaşı karantin dövründə xalqın sosial rifah halının yaxşılaşdırılması, sahibkara güzəştlərin edilməsi, işsiz qalan vətəndaşlara maddi yardımın göstərilməsi ilə bağlı genişmiqyaslı iqtisadi sosial paketin qəbul edildiyini diqqətə çatdırdı. Bildirdi ki, mənfi təsirə məruz qalmış özəl sektorun müvafiq sahələrinə ciddi dəstək paketi təqdim edilib, xidmət digər sahələrdə çalışan 600 min vətəndaşın mikrosahibkarlıq subyektlərinin əməkhaqlarının böyük hissəsi dövlət tərəfindən ödənilib. Bununla yanaşı, 600 min aztəminatlı, işsiz qeyri-rəsmi çalışan vətəndaşa minimal meyara uyğun olaraq ödənişlər edilib.

Təbii ki, bu, Azərbaycan üçün böyük xərcdir. Vergi güzəştləri nəzərə alınsa, bu gün bu rəqəm 3,5 milyard manat ya 2 milyard dollardan çoxdur. Dövlət başçısının söylədiyi kimi, bu, ölkənin büdcəsi üçün böyük yükdür, çünki neftin qiymətinin kəskin azalması ölkənin valyuta ehtiyatlarına mənfi təsir göstərəcək.

Lakin hər zaman siyasətinin mərkəzində Azərbaycan vətəndaşı dayanan cənab İlham Əliyev bu çətin durumda da xalqı düşündü, hər zamankı kimi, sosial paketini təqdim etdi.

 

 

Azərbaycanda çoxlu dəyişikliklər olub bu proses davam etməkdədir

 

 

Avropa Yenidənqurma İnkişaf Bankının (AYİB) qarşıdakı planları haqqında məlumat verən təşkilatın rəhbəri qeyd etdi ki, ötən illərlə müqayisədə keçən il Azərbaycana sərmayə həcmi aşağı səviyyədə olub, qurum neft-qaz sahəsinə yatırım etməyib. Bu il isə AYİB yenidən Azərbaycana böyük sərmayə yatıracaq:

"Bu, böhrana cavab tədbirləri iqtisadiyyatın canlandırılması baxımından düzgün olardı. Biz münbit şərait olduqda bu il Azərbaycana 250 milyon dollardan artıq sərmayə yatırmağı planlaşdırırıq. Bu sərmayənin qoyulması üçün bizə suveren subsuveren zəmanət tələb olunacaq. Bu layihələr xüsusilə dövlət sektorunu əhatə edir buraya enerji, infrastruktur İKT sahələri daxildir. Buraya bəzi dövlət müəssisələrinin kommersiyalaşması da daxildir”.

AYİB rəhbərinin fikirlərindən bəlli oldu ki, qurum ölkəmizdə bir neçə layihənin reallaşdırılmasına maliyyə yardımı ayırmağa hazırdır. Bunlardan biri elektrik enerjisi şəbəkəsidir. Bunu bu şəbəkənin təkmilləşdirilməsinə təxminən 100-200 milyon avro sərmayə yatırmağı təklif edir.

Suma Çakrabarti qeyd etdi ki, həmçinin bərpaolunan enerji mənbələrinə özəl yatırımlar üçün imkanlar yaranıb. Daha sonra "yaşıl şəhərideyası da mövcuddur: "Azərbaycan "yaşıl şəhərtəşəbbüsünə qoşulan ilk ölkələrdən oldu. Tullantıların idarə edilməsi layihəsi baxımından Gəncə bu çərçivə təşəbbüsünə mart ayında qoşuldu. Biz təklif edirik, o, ilk "yaşıl şəhərlayihəsi olsun. Həmçinin "Aztelekomşirkəti ilə bağlı təklifimiz var. Bizim alt suveren 15-25 milyon avroluq mühüm investisiya layihəmiz var. Rayonlarda genişzolaqlı internet imkanları genişlənəcək. Bu da çox vacibdir. Böhrandan sonra bərpa mərhələsi üçün bunun əhəmiyyəti olacaq.

Biz dövlət müəssisələrinin kommersiyalaşdırılması özəlləşdirilməsinə keçidə həqiqətən kömək etmək istərdik. Biz həmçinin Azərbaycanın yeni İnkişaf Korporasiyasının yaradılması istiqamətində çalışırıq”.

Prezident İlham Əliyev AYİB rəhbərliyinin təkliflərini yüksək qiymətləndirərək vurğuladı ki, əvvəlcə planlaşdırılan işlərin əksər hissəsi artıq yerinə yetirilib. Hazırda iqtisadi inkişafın əsas məqsədlərindən biri kölgə iqtisadiyyatının miqyasının azaldılmasıdır: "Ötən il biz yaxşı irəliləyişə nail olduq. Bu il isə biz bu istiqamətdə çox uğurla irəliləyirik. Azərbaycanda çoxlu dəyişikliklər olub. Prezident Administrasiyasında, hökumətdə, parlamentdə, yerli icra hakimiyyəti orqanlarında dəyişikliklər baş verib. Onlar davam edir”.

Aparılan danışıqlar zamanı bir daha bildirildi ki, Avropa Yenidənqurma İnkişaf Bankı Azərbaycanla gələcəkdə müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsində maraqlıdır.

 

R.BAXŞƏLİYEV

Azərbaycan.-2020.- 5 may.- S.1;10.