Rumıniyanın AGERPRES agentliyi Azərbaycan Prezidentinin
təşəbbüsü ilə Qoşulmama
Hərəkatının Təmas Qrupu
formatındakı Zirvə görüşü
barədə məlumat yayıb
Rumıniyanın
AGERPRES xəbər agentliyi Azərbaycan Prezidenti İlham
Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatının
Təmas Qrupu formatında videokonfrans vasitəsilə
koronavirusla mübarizəyə həsr olunmuş "COVID-19-a
qarşı birlikdəyik” mövzusunda Zirvə
görüşün barədə geniş məlumat
yayıb.
Məqalədə qeyd olunub ki, Qoşulmama Hərəkatında 120 dövlətin təmsil olunduğunu nəzərə alaraq, Zirvə görüşü coğrafi təmsilçilik prinsipi əsasında Avropa, Asiya, Afrika və Latın Amerikasında yerləşən ölkələrin iştirakı ilə Təmas Qrupu formatında keçirilir. Qırxdan çox üzv ölkənin dövlət və hökumət başçılarının qatıldıqları videokonfransda BMT-nin baş katibi, BMT Baş Assambleyasının prezidenti, Afrika İttifaqının sədri, Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru, Avropa İttifaqının ali nümayəndəsi də iştirak ediblər.
Bundan
əlavə bildirilib ki, Azərbaycan Respublikasının
Prezidenti, Türkdilli Dövlətlərin Əməkdaşlıq
Şurasının sədri İlham Əliyevin təşəbbüsü
ilə bu il aprelin 10-da Türk Şurasının videokonfrans
vasitəsilə fövqəladə Zirvə görüşü
də keçirilib. Türk
Şurası dünyada dövlət
başçıları səviyyəsində koronavirus
pandemiyasına həsr olunmuş Zirvə görüşü keçirən ilk beynəlxalq təşkilatdır.
Azərbaycan.-2020.- 5 may.- S.9.