İlham Əliyevin yüksək beynəlxalq nüfuzunun növbəti təcəssümü
Azərbaycan Prezidenti bu dəfə Qoşulmama Hərəkatını koronavirus pandemiyasına
qarşı səfərbər etdi
Dünyanı çənginə alan koronavirusla demək olar ki, bütün ölkələr mübarizə
aparırlar. Bu qlobal problemə qarşı ən effektiv mübarizə aparan ölkələrdən söz açdıqda
isə Azərbaycanın
adı birincilər cərgəsində gəlir.
Reallıq da ondan ibarətdir ki, həyata keçirilən düzgün və səmərəli qabaqlayıcı və qoruyucu tədbirlər
sayəsində respublikamızda bu virusun ciddi fəsadlar törətməsinə imkan verilmədi.
Azərbaycan koronavirusa qarşı
beynəlxalq əməkdaşlığın
təşəbbüskarıdır
Effektiv nəticələrə görə
Azərbaycanda koronavirusa qarşı aparılan mübarizə beynəlxalq
səviyyədə təqdir olunur. Həyata keçirilən tədbirlər
dünyanın aparıcı
maliyyə-iqtisadi qurumları
tərəfindən yüksək
qiymətləndirilir. Lakin respublikamız koronavirusla mübarizədə yalnız yerli nümunələr yaratmaqla kifayətlənmir. Məsələ bundadır ki, Prezident İlham Əliyev virusun qlobal problemə çevrilməsini
nəzərə alaraq onunla mübarizədə
beynəlxalq əməkdaşlığı
zəruri hesab edir. İlham Əliyevin təşəbbüsü
ilə aprelin 10-da Türk Şurasının videokonfrans vasitəsilə
fövqəladə Zirvə görüşünün keçirilməsində
də əsas məqsəd koronavirusun yayılmasına qarşı
mübarizədə beynəlxalq
əməkdaşlığın həyata keçirilməsindən
ibarət olub.
Türk Şurasının fövqəladə
Zirvə görüşü pandemiya ilə mübarizəyə həsr olunmuş ilk beynəlxalq tədbir idi. Bu tədbir isə məhz Prezident İlham Əliyevin təşəbbüsü ilə
reallaşdı. Təsadüfi deyil ki, məhz bundan sonra qlobal problemin mənfi təsirlərini azaltmaq üçün dövlətlərin
birgə səy göstərmələri bütün dünyada aktuallaşmağa başladı. Mayın
4-də isə İlham Əliyevin təşəbbüsü
ilə ikinci beynəlxalq tədbir
- Qoşulmama Hərəkatının
Təmas Qrupu formatında videokonfrans vasitəsilə "COVID-19-a qarşı
birlikdəyik” mövzusunda Zirvə görüşü keçirildi.
Məlum olduğu kimi, ötən ilin oktyabrında keçirilmiş sonuncu Zirvə görüşündən sonra Qoşulmama Hərəkatına rəhbərliyi
Azərbaycan həyata keçirir. Hərəkatın
sədri isə Prezident İlham Əliyevdir. Çoxtərəfli
diplomatiyanın təşviq
edilməsi, üzv dövlətlər arasında
əməkdaşlığın və həmrəyliyin gücləndirilməsi cənab İlham Əliyev tərəfindən Azərbaycanın Qoşulmama Hərəkatında
rəhbərliyinin prioritetlərindən biri kimi müəyyən edilib. Eyni zamanda Azərbaycan
təşkilata rəhbərliyi bütün dünya üçün həssas bir dövrdə qəbul edib və bu, müasir dünyanın
çağırışlarına uyğun və effektiv reaksiyalar tələb edir.
Bu baxımdan Qoşulmama Hərəkatının videokonfrans vasitəsilə Zirvə görüşünün keçirilməsi
göstərdi ki, Prezident İlham Əliyev bütün dünyanın narahat günlər
yaşadığı indiki vəziyyətdə təşkilatın
fəaliyyətini üzv dövlətlərin maraqları
naminə uğurla təmin edir.
Etibar və etimadın göstəricisi
Qeyd edək ki, Azərbaycan Prezidentinin Zirvə görüşünün keçirilməsi ilə bağlı təşəbbüsü Qoşulmama Hərəkatına üzv dövlətlər
tərəfindən də
yekdilliklə dəstəklənib. BMT Baş Assambleyasından sonra dünyada ikinci ən böyük beynəlxalq
təsisat olan Qoşulmama Hərəkatında
120 dövlətin təmsil olunduğunu nəzərə alaraq, Zirvə görüşü coğrafi təmsilçilik prinsipi əsasında, Avropa, Asiya, Afrika və
Latın Amerikasında
yerləşən ölkələrin
iştirakı ilə
Təmas Qrupu formatında keçirildi.
Zirvə görüşündə
40-a yaxın ölkənin
dövlət və hökumət başçısının, xarici işlər nazirlərinin, o cümlədən
BMT Baş Assambleyasının prezidentinin, Afrika İttifaqının sədrinin, Ümumdünya Səhiyyə
Təşkilatının Baş direktorunun iştirak etdiyi Zirvə toplantısı, ilk növbədə, Azərbaycana və Prezident İlham Əliyevə olan inamın, etibarın və etimadın göstəricisi kimi tarixə düşdü.
O cümlədən Zirvə
görüşünə BMT Baş katibi Antonio Quterreşin və Avropa İttifaqının ali nümayəndəsi
və Avropa Komissiyasının vitse-prezidenti Cozef Borelin videomüraciət ünvanlaması,
habelə Zirvə görüşünü təşkil etdiyi və pandemiya ilə mübarizəyə ciddi əməli töhfələr
verdiyinə görə,
Azərbaycan Prezidentinin fəaliyyətinin təqdir
olunması, ünvanına
çoxsaylı təşəkkürlər
bildirilməsi ölkəmizin
və onun liderinin beynəlxalq arenada yüksək nüfuzunun növbəti
əyani göstəricisidir.
Avropa İttifaqı rəsmisinin
Zirvə görüşündə
iştirakı və çıxışı isə Qoşulmama Hərəkatının
tarixində ilk dəfə baş vermiş hadisədir. Məhz Azərbaycan daim bir-biri ilə əks-qütblərdə olan Qoşulmama Hərəkatı ilə Avropa İttifaqını koronavirus təhlükəsi
zamanı bir araya gətirməyə
müvəffəq oldu.
Bu tədbiri keçirməklə
Azərbaycan bir daha təsdiq etdi ki, Qoşulmama Hərəkatına
sədrliyi öz üzərinə götürərkən
beynəlxalq arenada üzv ölkələrin
maraqlarının müdafiə
edilməsi üçün əməli addımlar atacağına, həmrəyliyi
gücləndirəcəyinə və qarşılıqlı
dəstəyi rəhbər
tutacağına dair vədlərinə qətiyyətlə
əməl edir. Eyni zamanda Zirvə görüşü göstərdi ki, ölkəmiz koronavirus pandemiyası ilə bağlı formalaşan yeni reallıqlara, yaranmış vəziyyətə çevik və adekvat reaksiya verir. Ən əsası isə
Zirvə görüşü koronavirusla qlobal mübarizənin daha da gücləndirilməsinə
təkan verəcək. Prezident İlham Əliyev Zirvə görüşündəki yekun nitqində bu barədə dedi: "Qoşulmama Hərəkatına üzv ölkələrin bir-birinin problemlərini anlayışla
qarşılaması, həmrəylik nümayiş etdirməsi
və çoxtərəfli
əməkdaşlığa üstünlük verməsi böyük əhəmiyyət
kəsb edir. Qlobal pandemiya şəraitində ölkələr
və beynəlxalq təşkilatlar arasında
həmrəylik və
əməkdaşlıq xüsusilə
aktualdır. Əminəm ki, bu gün dövlət və hökumət başçıları, beynəlxalq
təşkilatların rəhbərləri
tərəfindən edilən
çıxışlarda səslənən
dəyərli fikirlər
və təkliflər koronavirus xəstəliyinə
qarşı bizim birgə mübarizəmizə
töhfə verəcəkdir”.
Zirvə görüşü ilə
bağlı başqa bir mühüm məqam isə ondan ibarətdir ki, Qoşulmama Hərəkatının sədri olan Azərbaycanın fəal surətdə çoxtərəfli diplomatiyanı
və multilateralizmi təşviq etməsi dünya birliyi tərəfindən təqdir olunur. Qəbul olunmuş yekun bəyannamədə dəyərli
və vaxtında irəli sürülmüş təşəbbüsə görə Prezident İlham Əliyevə xüsusi təşəkkürün öz əksini tapması da bunun bariz göstəricisidir.
Qlobal əməkdaşlığa güclü ehtiyac duyulduğu bir şəraitdə dövlətlər,
eləcə də bir sıra beynəlxalq və regional təşkilatlar adekvat reaksiya göstərə, beynəlxalq
həmrəyliyin gücləndirilməsi
ilə bağlı zəruri addımlar ata bilməyiblər. Azərbaycan Prezidenti İlham Əliyev isə qlobal liderliyə ehtiyac duyulan bir şəraitdə və vaxtda təşəbbüslə
çıxış edərək
beynəlxalq əməkdaşlığın
dövlətlərə faydalı
olacağını nümayiş etdirdi və dünyanın ayrı-ayrı
qitələrindən müxtəlif siyasi və ideoloji quruluşlara malik ölkələri bir araya gətirməyə nail oldu. Türk Şurasından sonra Qoşulmama Hərəkatının
Zirvə görüşünün keçirilməsinə nail olmaqla Prezident İlham Əliyev pandemiyaya yalnız qlobal əməkdaşlıq
və həmrəylik
sayəsində qalib gəlməyin mümkünlüyünü bir daha dünyaya nümayiş etdirdi.
Rəşad CƏFƏRLİ
Azərbaycan.-2020.- 7 may.- S.1;7.