Dövlətə və xalqa həsr olunan ömür

 

Tarix boyu dövlətlərin və xalqların əldə etdikləri nailiyyətlərdə siyasi liderlərin əvəzolunmaz xidmətləri olmuşdur. Yalnız hər kəs tərəfindən qəbul edilən və sevilən güclü siyasi lideri olan xalqlar öz gələcək talelərini doğru-düzgün müəyyən etmiş, dövlətçiliklərini yaşada bilmişlər. Müasir Azərbycan dövlətinin qurucusu olan Heydər Əliyev XX əsrdə xalqımızın taleyində müstəsna rolu olan belə tarixi şəxsiyyətdir. Heydər Əliyevin ömür yolunun hər anı, hər səhifəsi bugünkü və gələcək nəsillərə nümunə olacaq unudulmaz tarixdir. Rəhbərlikdə olduğu 34 il müddətində Ulu Öndər daim öz xalqının və dövlətinin mənafeyi uğrunda əzmlə mübarizə aparmışdır.

Heydər Əliyevin Azərbaycan dövləti və xalqı qarşısında tarixi xidmətləri 1969-cu ilin yayından başlayır. Mənim ali məktəbə daxil olduğum həmin il Ulu Öndər respublikamızın birinci katibi seçilmişdi. Bu hadisə ölkənin hər yerində güclü ruh yüksəkliyinə səbəb olmuş, cəmiyyət həyatının bütün sahələrində sanki bir canlanma yaranmışdı. Bu da səbəbsiz deyildi. Çünki o dövrdə zəngin yeraltı və yerüstü sərvətlərinə, iqtisadiaqrar potensialına baxmayraq, Azərbaycan ittifaq miqyasında inkişaf baxımından çox geri qalırdı, iqtisadiyyatda vəziyyət ürəkaçan deyildi. Hətta yalnız dotasiya ilə yaşayan ittifaq ölkələri də bizdən çox qabağa getmişdilər.

O dövrdə Ulu Öndər geniş kütlə tərəfindən yaxından tanınmasa da, tezliklə hər kəs Azərbaycana yeni fəaliyyət metodlarına malik rəhbərin gəldiyinin şahidinə çevrildi. Bütün bunlar isə çox sadə formada baş verirdi. Bu sadəliyin arxasında böyük təfəkkürün və baş verəcək dəyişikliklərin dayandığına heç kəs şübhə etmirdi. Heydər Əliyev çox gözəl bilirdi ki, respublikanın gələcək inkişafında əsas strateji amil iqtisadiyatın dirçəldilməsidir. Məhz Heydər Əliyevin işgüzarlığı, təşəbbüsləri və tələbkarlığı ilə respublikada həyata keçirilən genişmiqyaslı islahatlar nəticəsində tezliklə Azərbaycanın taleyində və tarixində müsbətə doğru dönüş başlandı. İqtisadiyyatın bütün sahələrində vüsətli dəyişikliklər baş verdi və ölkəmiz SSRİ-nin tərkibində o dövr üçün yüksək iqtisadi göstəricilərə malik olan respublikaya çevrildi. Məhz Heydər Əliyevin qətiyyəti, iradəsi və təşəbbüskarlığı ilə keçmiş SSRİ-nin bir sıra strateji əhəmiyyətli müəssisələri Azərbaycanda inşa olundu. Böyük strateqin təkidi ilə keçmiş ittifaq rəhbərliyi respublikamızda bir sıra iri müasir maşınqayırma, kimya, neft-kimyası, elektron sənayesi, əlvan və qara metallurgiya, toxuculuq, yeyinti, emal müəssisələrinin tikintisinə razılıq verdi, paralel olaraq energetika və nəqliyyat kompleksi inkişaf etdirildi.

Beləliklə, Heydər Əliyev sayəsində Azərbaycan ittifaq respublikaları arasında öz layiqli yerini tapdı. Bununla həm də respublikamızın gələcək müstəqilliyinin iqtisadi əsası da formalaşdırıldı. Belə ki, müstəqil Azərbaycanın sosial-iqtisadi bünövrəsi məhz ötən əsrin 70-80-ci illərində qoyuldu və ölkəmizin gələcəyi üçün möhkəm təməl yaradıldı. Həmin illərdə Bakıda, Sumqayıtda, Gəncədə və digər şəhərlərdə inşa olunan müəssisələr bugünün özündə də iqtisadiyyatın güclü sənaye kompleksinin formalaşmasına zəmin yaradan möhkəm təməldir.

Ölkə iqtisadiyyatının əsas hissəsini təşkil edən kənd təsərrüfatı da o illərdə sürətlə inkişaf etdirildi. Əkinçiliyin ayrı-ayrı sahələri - pambıqçılıq, taxılçılıq, üzümçülük, tütünçülük, bağçılıq, bostan və tərəvəz, eləcə də heyvandarlıq məhsullarının istehsalı 1982-ci ildə 1969-cü illə müqayisədə dəfələrlə artmışdı.

Azərbaycanda ötən əsrin 70-ci illərində tikinti, abadlıq işləri də geniş vüsət almışdı. Hər yerdə, elə indiki günlərdə olduğu kimi, böyük sürətlə tikinti işləri aparılırdı. Bu fikrin hansı gerçəkliyi əks etdirdiyini rəqəmlər də təsdiq edir. Belə ki, 1970-1985-ci illərdə ölkədə ümumi sahəsi 22,2 milyon kvadratmetr olan mənzillər tikilmişdi. Bakıda yeni yaşayış massivləri salınmışdı. Çöl-biyabanı xatırladan ərazilərdə planlı şəkildə 5 və 9 mərtəbəli yaşayış evləri ucaldılır, mikrorayonlar salınırdı. Əhmədli, Yeni Günəşli, Yeni Yasamal yaşayış massivlərinə məhz həmin dövrdə rəvac verildion minlərlə insan rahat, yaraşıqlı, hər cür kommunal şəraiti olan mənzillərdə yaşamağa başladı.

Heydər Əliyevin təşəbbüsləri ilə sovet dövründə xalqımızın milli mənlik şüurunun inkişafına güclü təkan verən tədbirlər həyata keçirildi. Ona görə təkcə sosial-iqtisadi yüksəliş deyil, o dövrdə milli-mənəvi dəyərlərə qayıdış da Heydər Əliyevin adı ilə bağlı idi. Sovet ideologiyasının hakim kəsildiyi bir zamanda Heydər Əliyev xalqımızın mənəvi dəyərlərinin əriyib itməməsi üçün əlindən gələni etdi. Bu mənada Heydər Əliyevin sovet illərində ölkəmizə rəhbərliyini Azərbaycanın milli intibah dövrü kimi də səciyyələndirmək olar. Sözün əsil mənasında o illərdə Azərbaycan xalqı özünü tapdı. Manqurtlaşmaqdan, başqa mədəniyyətlərin təsirinə düşməkdən xilas oldu, mənəvi dəyərlərimiz özümüzə qaytarıldı. Təbii ki, Heydər Əliyevin sayəsində. O zamanlar milli düşüncə sahibi olduqlarına görə təqib edilən ziyalıları da müdafiə etməyi qanı, canı, bütöv ruhu ilə milli köklərə bağlı olan Heydər Əliyev üzərinə götürə bilərdi.

Tarixi proseslərin sonrakı gedişi sübut etdi ki, Heydər Əliyevin 1969-1982-ci illərdə gördüyü işlər gələcəkdə milli dövlətçilik ideyalarının hərəkətverici qüvvəyə çevrilməsi və cəmiyyətin bu ideya ətrafında səfərbər olması üçün şərait yaratdı. Həmin dövrdə respublikada bərqərar edilən əsl işgüzarlıq mühiti, sosial ədalətə əsaslanan sağlam mənəvi-psixoloji ab-hava iqtisadi tərəqqinin yüksək həddə çatmasına, Azərbaycanın keçmiş ittifaq miqyasında nüfuz qazanmasına, eləcə də beynəlxalq səviyyədə daha yaxından tanınmasına imkan verdi.

Həlledici məqamlarda xalqı üzləşdiyi çətinliklərdən xilas etmək qüdrətli şəxsiyyətlərin çiyninə düşür. Ölkənin, xalqın taleyində siyasi liderin rolutarixi missiyası da bununla müəyyən olunur. Bu mənada siyasi müdrikliyi, uzaqgörənliyi, dərin məntiqi, möhkəm polad iradəsi ilə fərqlənən Heydər Əliyevin simasında Tanrı xalqımıza XX əsrdə əsl xilaskar bəxş etmişdir. Müstəqilliyimizin ilk illərində ölkədə baş verən hadisələr hamımızın yaxşı xatirindədir. O ağır günlərdə hər kəsi yalnız bir sual düşündürürdü: dövləti kimə etibar etmək olar? Qərar isə yekdil oldu! Xalq özünün sədaqətli oğlunun, görkəmli dövlət xadimidünya şöhrətli siyasətçi Heydər Əliyevin yenidən ölkə rəhbərliyinə qayıtmasını təkidlə tələb etdi. Heç zaman öz seçimində yanılmayan xalq Azərbaycanın xilasını, xaosanarxiyadan qurtuluşunu, müstəqilliyinin qorunmasını və əbədiliyə çevrilməsini məhz onun fəaliyyətində görürdü.

Ulu Öndər xalqın arzu və çağırışına biganə qalmadı və tarixi vəzifəsini gerçəkləşdirməkdən ötrü Bakıya gəldi, xilaskarlıq missiyasını müdrikliklə, yenilməz iradə, qətiyyət və böyük uzaqgörənliklə yerinə yetirdi. Əgər həmin məqamda Heydər Əliyev hakimiyyətə gəlməsəydi, Azərbaycan adlı dövlət dünya xəritəsindən silinə bilərdi. Heydər Əliyev ölkəni gözləyən bütün təhlükələri dəf etməklə müstəqilliyimizin əbədi olmasını təmin etdi, müasir Azərbaycan dövlətinin banisinə çevrildi.

Böyükgüclü şəxsiyyətlər cəmiyyətdə, o cümlədən geosiyasi arenada baş verən hadisələrə çox ciddi təsir göstərir. Onların dünyagörüşü, uzaqgörənliyi, analitik düşüncə tərzindən irəli gələn həyat təcrübəsi və siyasi iradəsi hər hansı bir ölkənin inkişaf strategiyasının xüsusiyyətlərini müəyyənləşdirməklə, gələcək üçün düzgün yol seçimini formalaşdırır. 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin Azərbaycanda rəhbərliyə gəlişi və ondan sonra ölkədə baş verən pozitiv yeniliklər bunu təsdiq edir. Təkcə onu demək kifayət edir ki, Ümummilli Liderin bu nadir keyfiyyətləri sayəsində həmin mürəkkəb geosiyasi dövrdə ölkə vətəndaş qarşıdurması və hərc-mərclikdən sonra dərin iqtisadisosial-siyasi böhran vəziyyətindən də çıxarıldı, inkişafın təməli qoyuldu. Heydər Əliyev respublikamızın qüdrətlənməsinə, sosial rifahın yaxşılaşmasına xidmət edən dövlət quruculuğu xəttini böyük ardıcıllıqla həyata keçirdi. Azərbaycan tezliklə dünyanın sayılıb, seçilən ölkələrindən birinə çevrildi.

Aradan ötən illər bizə Heydər Əliyevin müəllifliyi ilə yaranan Azərbaycan tarixinin əzəmətini, möhtəşəmliyini tam mahiyyəti ilə anlamaq, Ulu Öndər fenomeninin milli dövlətçilik qarşısındakı əvəzsiz xidmətlərini mahiyyəti üzrə daha dərindən dərk etmək imkanı verir. Heydər Əliyevin istər sovet illərində, istərsə də müstəqil Azərbaycana rəhbərlik etdiyi dövrdə xalqın intizarında olduğu arzular, niyyətlər, məramlar gerçəyə çevrilmiş, yeni milli dövlətçilik ənənələri formalaşmışdır.

Heydər Əliyev yolunun uğurla davam etdirilməsinin nəticəsi olaraq ötən 17 ildə Azərbaycanın dövləti müstəqilliyi daha da möhkəmləndirilmiş, ölkədə tarazlı və davamlı inkişaf təmin edilmişdir. Əldə edilən uğurlar nəticəsində respublikamız beynəlxalq aləmdə nüfuzlu söz sahibinə çevrilmişdir. Heydər Əliyevin layiqli siyasi davamçısı kimi Prezident İlham Əliyev bütün sahələrdə ölkəmizin inkişafına nail olmaqla Ulu Öndərin arzularını reallığa çevirmişdir. Ötən 17 ilin statistikasına nəzər salsaq, qürur doğuran nailiyyətlərin qazanıldığını görərik. Ən mühüm uğurlarımızın sırasında Azərbaycanda ümumi daxili məhsul istehsalının 3,3 dəfə artımını xüsusi qeyd etməliyik. Və elə ÜDM-nin tərkib hissəsi olaraq ölkənin sənaye potensialı 2,6 dəfə çoxalıb ki, bu da ölkənin keçdiyi nümunəvi inkişaf yolunun mühüm göstəricisidir. Valyuta ehtiyatlarımızın bu dövrdə 50 milyard dollara çatması, iqtisadiyyata 270 milyard dollar sərmayənin yatırılması keçdiyimiz inkişaf yolunun ayrı-ayrı səhifələridir. Bu, ümumiyyətlə, analoqu olmayan yüksəliş nümunəsidir. Bu qısa dövrdə Azərbaycan bir neçə onilliyə bərabər inkişaf yolu keçib.

Bu gün Azərbaycan kosmik klubun üzvü, Bakı isə beynəlxalq tədbirlər mərkəzidir. Prezident İlham Əliyev yeni enerji və nəqliyyat layihələrinin həyata keçirilməsini təmin etməklə ölkəmizin dünyada ve regionda mövqelərini daha da gücləndirmişdir. Təsadüfi deyil ki, malik olduğu iqtisadi potensialla Azərbaycan Cənubi Qafqazın aparıcı dövləti statusunu daşıyır.

Beləliklə, Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyimüasir dövrdə Prezident İlham Əliyev tərəfindən ardıcıllıqla həyata keçirilən siyasi xəttin tam düzgünlüyü dövlət müstəqilliyimizin daha da möhkəmləndirilməsi, ölkəmizin iqtisadi tərəqqisi və dünya birliyində öz layiqli yerini tutması ilə real təsdiqini tapmışdır. Cənab İlham Əliyevin təşəbbüsləri nəticəsində reallaşan layihələr sayəsində Azərbaycan öz iqtisadi nəticələri ilə aparıcı dövlətlər sırasındadır.

Bu gün hər birimizin qarşısında duran mühüm vəzifələrdən birincisi, vətəndaşlıq mövqeyindən çıxış etmək, ölkəmizin daha da qüdrətlənməsi üçün çalışmaq və Prezident İlham Əliyevin siyasi kursuna dəstək verməkdir. Bu şərəfli vəzifələr naminə əlindən gələni əsirgəməmək hər birimizin borcudur. Bu baxımdan Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın həyata keçirdiyi fəaliyyət hər kəs üçün nümunədir. Ona görə də Mehriban Əliyevanın gördüyü işlər hər bir vətəndaş tərəfindən dərin məmnuniyyət hissilə qarşılanır. Bu fəaliyyət hər addımda Ulu Öndər Heydər Əliyevin xalqımızın işıqla gələcəyinə yönəlmiş ideallarının reallaşmasına, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasi, sosial-iqtisadi, mədəni-humanitar kursun dəstəklənməsinə və uğur qazanmasına xidmət edir.

Azərbaycan bu gün öz yüksəlişinin yeni mərhələsini yaşayır. Aparılan islahatlar cəmiyyət həyatının bütün sahələrində tərəqqini təmin edir. Dövlətimiz öz nailiyyətləri ilə regionun lideri, dünyanın qabaqcılları sırasındadır. Qazandığımız hər bir uğur həm də onu təsdiq edir ki, alternativi olmayan Heydər Əliyev siyasi xəttinin davam etdirilməsi Azərbaycanın bugünkü və gələcək inkişafının yeganə etibarlı təminatıdır.

 

Eldar QULİYEV,

Milli Məclisin deputatı

Azərbaycan.-2020.- 7 may.- S.3.