Azərbaycan Prezidenti
ölkələr arasında həmrəylik yaradır
Bütün dünyanın Korona virus pandemiyası ilə üzləşdiyi çətin bir vaxtda təcrübəli dövlət başçısına məxsus müdrik siyasətinizi nümayiş etdirirsiniz. Pandemiyaya garşı mübarizədə Sizin təklifinizlə Qoşulmama Hərakatı Təmas grupunun video konfrans şəklində Zirvə toplantısı keçirildi.
Keçən il Bakida qəbul edilmiş tədbirlər planına uygun olaraq təşkilatın sədri kimi irəli sürdüyünüz təşəbbüs Azərbaycanın qüdrətli ölkə oldugunu qöstərir. Ölkəmizdə pandemiyaya qarşı qabaqlayıcı və əsaslı tədbirlərin görülməsində Azərbaycanın nümunəsini Ümumdünya Səhiyyə Təşkilatı və Avropa İnkişaf Bankı kimi beynəlxalq təşkilatlar təqdir edir.
Öncə Türk dövlətləri, daha sonra Qoşulmamaq Hərəkatının Təmas qrupunu təmsil edən ölkə rəhbərləri səviyyəsində Sizin təşəbbüsünüzlə keçirilən birləşdirici tədbir dünyanın böyük bir hissəsində hazırki ümumi bəlaya qarşı mübarizədə həmin ölkələrin bir araya gəlməsində mühüm addımdır. Bu yolda Birləşmiş Millətlər Təşkilatının növbəti tədbirinin Kovid-19-a qarşı mübarizəyə həsr edilməsi haqqında təşəbbüsünüz çox əhəmiyyətlidir. BMT-nin Baş katibi, Avropa Komissiyası, Afrika Birliyinin yüksək nümayəndələri, habelə çıxış edən dövlət başçılarının Sizə ünvanladiqları minnətdarliq sözlərinə görə hər bir Azərbaycan vətəndaşı qürur hissi keçirir.
Möhtərəm Prezident, bir əsr bundan əvvəl tanınmış ədibimizin təəssüflə qeyd etdiyi sözləri - "Xalqımızın imzasının dünya xalqlarının imzaları arasında olmadıgını” xatırladıqca müstəqilliyini əldə etmiş, Ulu Öndərin qurdugu və Sizin rəhbərliyinizlə inkişaf edən Azərbaycanın adını şərəfləndirməyiniz hamını sevindirir. Xalqımızın imzası nəinki dünya xalqlarının imzaları arasında var, eyni zamanda onun nüfuzlu lideri ölkələr arasında həmrəylik yaradır, təşəbbüs qöstərir, onları ümumi mübarizədə birləşdirir.
Dünya əhəmiyyətli işləri yerinə yetirməklə yanaşı Siz hər bir Azərbaycanlının Prezidenti kimi xalqımızın qayğısına qalır, onun saglamlıgını qorumaq, cəmiyyətin hər bir üzvünün sosial vəziyyətini yaxşılaşdırmaq və çətinliklər şəraitində ölkəmizin davamlı iqdisadi inkişafını təmin etmək üçün böyük işlər görürsünüz.
Hörmətli Prezident, Sizin məqsədyönlü siyasətiniz nəticəsində ölkəmizdə aparılan islahatlar belə bir çətin şəraitdə də davam etdirilir. Bu islahatlar həyatın tələblərindən doğur və xalqımızın istəyinə cavab verir. İslahatlar fəaliyyətimizin bütün sahələrini əhatə edir. Sizin qətiyyətli yanaşmağınız nəticəsində idarəetmənin bütün mərhələlərində yeniliklər tətbiq edilir və bu tələblərə cavab verməyən və ya onları pozan məmurlar layiqli şəkildə cəzalandırılır.
Sizin göstərdiyiniz qayğının nəticəsidir ki, aztəminatlı ailələr, şəhid ailələri, işsizlər, ehtiyacı olan insanlar dövlət tərəfindən nəzərdə tutulan yardımlarla təmin olunurlar. Çox təəssüf ki, aramızda elə məmurlar və məsul işçilər vardır ki, onlar həmin yardımları lazım olan ünvanlara çatdırmır və ya onları mənimsəyirlər. Lakin müvafiq dövlət orqanları tərəfindən onların iç-üzü açılır, hərəkətləri ifşa olunur. Mətbuatda elan edildiyi kimi, Neftçala, Beləsuvar, Yevlax, Saatlı, Salyan, İmişli, İsmayıllı Rayon İcra Nümayəndələrinin yaramaz əməllərinin üstü açılmlş və günahkarlar vəzifələrindən azad edilməklə məsuliyyətə cəlb edilmişlər.
Hörmətli Prezident, dövlət idarə strukturlarında və cəmiyyətin bütün sahələrində məsuliyyətsizlik və əliəyriliklə mübarizədə hamı iştirak etməli, aramızdaki yaramaz ünsürlər cəzalarına çatmalıdırlar. Dəyişən və irəliyə doğru gedən ölkəmiz üçün islahatlar qaçılmazdır.
Möhtərəm Prezident, Azərbaycanımızın qüdrətinin və dünyada nüfuzunun yüksəlməsi, xalqımızın rifahının yaxşılaşdırılması yolunda fəaliyyətinizi dəstəkləyir, sıravi bir vətəndaş, ziyalı və agsaqqal səmimiyyətilə Sizə təşəkkür edirik.
Bakı şəhəri, Nəsimi rayon Ağsaqqallar Şurası adından
Aydın HEYDƏROV,
İmamverdi HƏMİDOV