Koronavirus pandemiyası ilə mübarizədə könüllülərin əməyi də diqqətçəkəndir

 

Azərbaycan Prezidenti İlham Əliyevin fərman və sərəncamlarına əsasən hazırda respublikada hamının diqqəti insanların sağlamlığına və ölkənin gözəgörünməz koronavirus bəlasından mümkün qədər az itkilərlə çıxması üçün aparılan mübarizə tədbirlərinə yönəldilib.

Dövlət başçısının tapşırıq və tövsiyələrinə rəğmən bütün zəruri və mümkün tədbirlər həyata keçirilir. İctimaiyyət də bu işdə dövlətin yanındadır və hər kəs bu mübarizədə bacardığı qədər köməyini göstərir. Bu sırada 1 saylı "ASAN xidmət” Mərkəzinin könüllüləri öz fəallıqları ilə seçilirlər.

Akademik Həsən Əliyev küçəsində yerləşən bu ünvana hər gün yüzlərlə insan müəyyən sənəd və məlumat almaq üçün gəlir. Lakin karantin rejimi tətbiq ediləndən yüzlərlə gənc "ASAN xidmət”in xətti ilə bu xidmətdən nəsə gözləyənlərin, xüsusən də aztəminatlı ailələrin, ahılların, yaşı 65-dən yuxarı olan tənha insanların görüşünə gedir və onların qulluğunda dururlar. Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqət və qayğısı ilə əhatə olunan könüllülər koronavirusla mübarizədə beynəlxalq və yerli əhəmiyyətli tədbirlərdə, çağırışlarda fəallıqla iştirak edirlər. Dövlət başçısı tərəfindən 2020-ci il "Könüllülər ilielan olunduğundan "ASAN könüllülər”, ümumilikdə "ASAN könüllülük” hərəkatının hər bir üzvü hər işə, hər tapşırığa daha böyük məsuliyyətlə yanaşırlar. Bunun nəticəsidir ki, müxtəlif könüllülük hərəkatlarında birləşmiş könüllülər fərqli uğurlu layihələrə imza atırlar.

Bu gün bütün dünyanı bürüyən koronavirus pandemiyası ilə mübarizədə könüllülərin əməyi də diqqətçəkəndir. "ASAN könüllülər”i respublikamızda koronavirus pandemiyasına qarşı mübarizəyə qoşulan, dövlət başçısının çağırışına cavab verən ilklərdən olmuşlar. Yaranmış vəziyyətlə əlaqədar olaraq "ASAN könüllülər”i "ASAN xidmət” əməkdaşları ilə birlikdə bir neçə istiqamət üzrə fəaliyyət göstərməyə başlamışlar. İlk addım kimi mart ayının 16-dan başlayaraq 15 nəfərdən ibarət "ASAN könüllülər” qrupu Heydər Əliyev adına Beynəlxalq Hava Limanında Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (publik hüquqi şəxs TƏBİB) əməkdaşları ilə xarici ölkələrdən gələn vətəndaşlarımızı qarşılayaraq onları tibbi vasitələr və maarifləndirici materiallarla təmin edirlər. TƏBİB tərəfindən zəruri tibbi təhlükəsizlik vasitələri ilə tam təmin olunan könüllülər eyni zamanda TƏBİB-in şimal bölgəsində yerləşən qərargahında da çalışırlar. Könüllülərin böyük cəsarət və həvəslə bu işdə çalışmaları ilk növbədə onların vətənə və dövlətə olan sevgisinin göstəricisidir.

"ASAN könüllülər”i cari il mart ayının 24-dən xüsusi karantin rejiminin elan olunması ilə əlaqədar "ASAN məktub” sosial proqramı çərçivəsində yaşı 65-dən yuxarı olan vətəndaşlarımıza dəstək olurlar. Yaşlı əhaliyə tətbiq olunmuş məhdudiyyət nəticəsində onların ərzaq və dərmanlara olan ehtiyaclarını ödəyirlər. Bu istiqamətdə indiyədək 850-dən artıq yaşlı vətəndaşımıza yardım göstərilmişdir. Bu təkcə Bakı şəhərini deyil, Sumqayıt, Gəncə, Sabirabad, Bərdə, Mingəçevir, Qəbələ, Quba, Masallı, İmişli, Şəki, Tovuz, Şamaxı, Kürdəmir və digər rayon və şəhərlərdə də icra olunmuşdur. Könüllülər "ASAN məktub” sosial proqramı çərçivəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin aidiyyəti bölmə əməkdaşları ilə birgə ahıl vətəndaşlarla görüşür, onları zəruri qida məhsulları, lazımi tibbi dərmanlarla təmin edirlər.

Yaşlı vətəndaşlarımıza dəstək eyni zamanda Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzi (AKƏM) çərçivəsində də həyata keçirilir. Belə ki, aprel ayının 6-dan "Könüllü qonşu” aksiyasına qoşulan "ASAN könüllüləri”n ahıl insanların diqqət və qayğı ilə əhatə dairəsi daha da genişlənmişdir. Onların ahıllara münasibəti, eyni zamanda, ölkə rəhbərliyinin gənclərimizdə görmək istədiyi milli-mənəvi irsə qayğının nümunəsidir. Onlar humanist fəaliyyətləri ilə bu dəyərləri yaşadırlar.

Bakı şəhərində və regionlarda yaşayan könüllülər xüsusi karantin rejimi tətbiq ediləndən "Yaşıl ASAN” ekoloji proqramı çərçivəsində sosial şəbəkələrdə "Evdə qal, təbiəti qorukimi 100-dən çox maarifləndirici müraciətlər paylaşıblar. Vətəndaşlarımızı sahibsiz heyvanlara qayğı ilə yanaşaraq yaşadıqları bina və evlərin qarşısında bir ovuc yemsu qabları yerləşdirməyə çağırıblar. Bundan başqa, "Yaşıl ASAN” ekoloji proqramı martın 28-dən etibarən bütün dünya tərəfindən keçirilən iqlim dəyişikliyinə qarşı mübarizəyə həsr edilmiş "Beynəlxalq Yer saatı” aksiyasına dərhal dəstək vermiş və 200-dən çox "ASAN könüllü evdə qalmaq şərtilə işıqları bir saat söndürməklə çağırışa qoşulmuşlar.

Koronavirusla mübarizə günlərində "ASAN könüllülər”i Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzinin elan etdiyi "Könüllü donor” aksiyasına qoşularaq talassemiyahemofiliya xəstəliyindən əziyyət çəkən uşaqlara qan vermiş və təşkilati işlərdə kömək etmişlər. Könüllülər bu ərəfədə UNİCEF ilə birgə layihə çərçivəsində valideyn himayəsindən məhrum uşaqların və əlilliyi olan gənclərin ailələrinə qida yardımları paylayırlar. Layihə Avropa İttifaqının maliyyə yardımı, habelə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəstəyi ilə həyata keçirilir. Bu layihədən iki mindən çox ailənin faydalanacağı nəzərdə tutulur. Layihə Bakı şəhərini və respublikamızın bir çox bölgələrini əhatə edir.

"ASAN könüllülər”i tərəfindən əhalinin maarifləndirilməsi istiqamətində də ciddi işlər aparılır. Bu sahədə "ASAN könüllülər”i müxtəlif videoroliklər hazırlayaraq sosial şəbəkələr vasitəsilə onları yayırlar. UNİCEF ilə əməkdaşlıq çərçivəsində koronavirus pandemiyası ilə mübarizə metodları barəsində maarifləndirici materialları əhaliyə çatdırırlar. Eyni zamanda Ümumdünya Səhiyyə Təşkilatının "Təmiz Əllər” kampaniyasına ilkin olaraq qoşulmuş "ASAN könüllülər”i estafeti digər könüllü təşkilatlara ötürmüşlər. "ASAN könüllülər”i ahıl və uşaqlarla yanaşı, xüsusi təyinatlı xəstəxanalarda karantin rejimində olan vətəndaşlarımızın və orada çalışan tibb işçilərinin suya olan tələbatını ödəmək üçün layihəni də həyata keçirmişlər. Bu layihə çərçivəsində "Coca-Cola Azərbaycan” şirkətinin dəstəyi ilə respublikamızın müxtəlif bölgələrində müvafiq xəstəxanalara ödənişsiz 120 min ədəd "Bonaquasuyu çatdırılmışdır. Bu günlərdə "ASAN könüllüləri”nin "Coca-ColaFondu ilə əməkdaşlığı çərçivəsində yeni bir layihəyə də start verilmişdir. Bu layihəyə görə 3.500 aztəminatlı ailəyə qidatibbi ləvazimatlar çatdırılıb. Bununla yanaşı, 1000 nəfər tibbi heyətə "COVID-19” virusundan tibbi müdafiə vasitələri çatdırılması və geniş əhali kütləsi arasında maarifləndirmə işləri aparılması da nəzərdə tutulub. Layihə Bakı şəhərini və respublikamızın bir sıra bölgələrini əhatə edəcək.

Aprel ayının son həftəsindən başlayaraq "ASAN könüllüləri”, həmçinin "Var olun!” sosial çağırışı ilə daha bir layihəyə də start veriblər. Məqsəd xüsusi karantin rejimi dövründə fasiləsiz xidmət göstərən polislərə vətəndaşlarımızın təşəkkür mesajının çatdırılmasıdır. Layihə 4 gün ərzində davam edərək 160 stasionar polis postunu əhatə etmişdir. "ASAN könüllülər” Hərəkatının Mingəçevir regional "ASAN xidmət” Mərkəzinin gəncləri karantin rejimi ilə əlaqədar olaraq şəhər Mərkəzi xəstəxanasının tibbi heyəti ilə birlikdə ahıl və tənha yaşayan şəkərli diabet xəstələrinə dərmanlar paylamışlar. Bundan başqa, onlar tibb işçiləri ilə birlikdə şəkərli diabet xəstələrinin vahid elektron registrinin və məlumat bazasının təkmilləşdirilməsi, onların dərman preparatları, özünənəzarət vasitələri ilə təmin edilməsi və s. kimi işlərə kömək göstərmişlər.

"ASAN xidmət” mərkəzində olarkən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnsan resursları və təlim şöbəsinin müdir müavini, "ASAN könüllülük” məktəbinin rəhbəri Cahangir Hacıyev bildirdi ki, görülmüş bütün bu işlərin əsas qayəsi dövlətimiz və vətəndaşlarımız üçün çətin olan dönəmdə onların yanında olmaq, Azərbaycan Prezidentinin "Biz birlikdə güclüyük!” çağırışına həmrəylik nümayiş etdirərək ölkə rəhbərliyinin etimadını doğrultmaqdır.

 

Rəhman SALMANLI

Azərbaycan.-2020.- 7 may.- S.6.